XÜSUSİ MÜHAFİZƏ OLUNAN TƏBİƏT ƏRAZİLƏRIİN ADLARI

Mühafizə olunan ərazilərin statusu, yerləşməsi və əhatə edilməsi.

Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri Azərbaycan Respublikasının Milli sərvətidir və xüsusi ekoloji, elmi, mədəni və estetik dəyərə malikdir.

Xüsusi mühafizə olunan təbiət ərazilərinin statusu «Ətraf mühitin mühafizəsi haqqında» və «Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında» Azərbaycan Respublikasının Qanununda müəyyən edilmişdir.

Azərbaycan Respublikasında mühafizə məqsədləri və istifadənin xüsusiyyətlərinə görə fərqlənən xüsusi mühafizə olunan təbiət ərazilərinə aşağıdaki status verilir:

•          dövlət təbiət qoruqları, o cümlədən biosfer qoruqları;

•          milli parklar və təbiət parkları;

•          ekoloji parklar;

•          təbiət abidələri;

•          dövlət təbiət yasaqlıqları;

•          zooloji parklar;

•          nəbatat və dendroloji parklar;

•          müalicə-sağlamlıq yerləri və kurortlar.

Azərbaycan Respublikasının qanunvericiliyi ilə xüsusi mühafizə olunan başqa təbiət ərazilərinin növləri də nəzərdə tutula bilər.

Təbiətin etalon ərazilərinin, bitki və heyvanlar aləminin genetik rəngərənliyinin qorunmasında qoruqlar sistemi ən ciddi və əhəmiyyətlisidir.

Respublika ərazisində qoruqların qeyri-bərabər şəkildə yerləşməsinə baxmayaraq,onlar əsas landşaftları əhatə edir və təbiət komrlekslərinin qorunmasında mühüm əhəmiyyət kəsb edir.

Hazırda respublikamızın ərazisində 13 Dövlət Təbiət Qoruğu , 6 Milli Park, 21 Dövalət Təbiət Yasaqlığı fəaliyyət göstərir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *