YASAQLIQLAR

Yasaqlıq-təbii komplekslərin ərazi, yaxud akvatoriya daxilində xüsusi qanunla qorunan hissədir. Qoruqlardan fərqli olaraq yasaqlıqlarda bütün təbii kompleks deyil, onun ayrı-ayrı komponentləri (bitki örtüyü, heyvan, quş) qorunur və mühafizə olunur.

 ŞƏKİ DÖVLƏT YASAQLIĞI

Şəki dövlət yasaqlığı 10,4 min hektar sahədə yaradılmışdır. Yasaqlığın yaradılmasında məqsəd buradakı heyvan və quşları, xüsusilə də qırqovul, turac kimi quşları, qonur ayı və çöl donuzu kimi heyvanları qorumaqdır. Meşə massivlərində yemişan, əzgil, böyürtkan, qaratikan,alça,liana və s. kollar keçilməz gəncərliklər əmələ gətirmişdir. Nisbətən quraqlıq olan sahələrdə palıd,tut, alma və s. bitkilər yayılmışdır. Yasaqlıqda çöl donuzu, canavar, tülkü, dovşan, çaqqal, meşə pişiyi, lenolt, porsuq, samur, meşə dələsi, sincab və s. heyvanlar, meşə göyərçini, albaxta, meşə cüllütü, bekas, bildirçin, boz kəklik, yaşılbaş ördək, cürə,ağ və boz vağ və s. quşlar vardır.

  LAÇIN DÖVLƏT YASAQLIĞI

Laçın dövlət yasaqlığı 21,3 min hektar sahədə yaradılmışdır. Yasaqlığın yaradılmasında məqsəd burdakı heyvan (cüyür, qaya keçisi, çöl donuzu və s.) və quşları (turac, kəklik və s.) qoruyub artırmaqdan ibarətdir. Meşələri əsasən, palıd, vələs,cökə,ağcaqayın və s. ağacların qarışığından ibarətdir.

  DAŞALTI DÖVLƏT YASAQLIĞI

Daşaltı dövlət yasaqlığı əsasən, “Topxana” adlanan meşə sahəsinin mühafizəsi məqsədilə 0,4 min hektar sahədə yaradılmışdır. Qar-qarçayı hövzəsində yerləşən yasaqlığın ərazisi nadir bitkilərdən ibarət təbiət muzeyidir. Burada palıd, vələs, ağcaqayın, cökə, göyrüş, yemişan, itburnu, zolğal, əzgil, alma, armud, alça və s. ağac və kol bitgiləri bitir.

 ARAZBOYU DÖVLƏT YASAQLIĞI

Arazboyu dövlət yasaqlığı Zəngilan rayonun ərazisindən, İranla sərhəd boyunca 2,2 min hektar sahədə yaradılmışdır. Yasaqlaq Zəngilan rayonun Arazboyu sahəsində nadir tuqay meşələrinin qorunması və bərpası məqsədilə yaradılmışdır. Burada ulğun, saqqızağacı, ağyarpaq qovaq, çinar, qarağac, alça, iydə, söyüd, böyürtkən və biyan bitgiləri yayılmışdır. Yasaqlıqda çöl donuzu, canavar, çaqqal kimi heyvanlar, quşlardan isə kəklik,qırqovul,turac və s. məskunlaşmışdır.

 QUBADLI DÖVLƏT YASAQLIĞI

Orubadlı dövlət yasaqlığı 20 min hektar sahədə yaradılmışdır. Yasaqlığın yaradılmasında məqsəd həmin ərazilərin heyvanlar aləminin, xüsusilə burdakı cüyür, çöl donuzu,qırqovul və s. heyvanlar və quşları qorunub nəslini artırmaqdan ibarətdir.

 QƏBƏLƏ DÖVLƏT YASAQLIĞI

Qəbələ dövlət yasaqliği 39,6 min hektar sahədə yaradilmişdir. Yasaqliğin yaradilmasinda məqsəd qəbələ rayonunun ərazisində olan nadir meşə landşaftinin və heyvanat aləminin qorunub saxlanilmasindan ibarətdir. Yasaqliqda topal,üçyarpaq yonca, tonqalotu, əvəlik, yarpiz,qaymaq çikəyi, qoz, findiq,vələs, palid, yabadi şabalid, dəmirağaci, saqqiz, fistiq, ağcaqayin, alma, armud, ağaclari və əzgil, zoğal, itburnu, böyürtkən,yemişan,çaytikani kimi, kol bitkiləri yayilmişdir. Yasaqliqda nəcib qafqaz marali, qarapaça,vaşaq, çöl pişiyi,çöl donuzu, daş dələsi, cüyür, lenot, canavar kimi heyvanlar, quşlardan isə kəklik, qirqovul və s. Məskunlaşmişdir.

 QARAYAZI – AĞSTAFA DÖVLƏT YASAQLIĞI

 Qarayazı – Ağstafa dövlət yasaqlığı Ağstafa rayonu ərazisində, Qarayazı meşəsində 17,9 min hektar sahədə yaradılmışdır. Yasaqlığın yaradılmasındı məqsəd Küryanı Tuqay meşələrinin bərpası və mühafizəsi, nəcib Qafqaz maralı,qırqovul və s. heyvan və quşların qorunub çoxalıdmasından ibarətdir.

 ŞƏMKIR DÖVLƏT YASAQLIĞI

Şəmkir dövlət yasaqlığı 10 min hektar sahədə Kür çayının hər iki sahili boyunca yaradılmışdır. Yasaqlığın yaradılmasında məqsəd burdakı quşları və heyvanları, xüsusilə də çöl donuzu, kəklik, turac, qırqovul və ördəkləri qorumaqdır. Yasaqlıqda tuqay və yarımsəşra bitki növləri yayılmışdır. Tuqay meşə və kolluqları Kür çayı yatağının ətrafında yerləşir, onlar söyüd, aəyarpaq dovdaq, qaratikan, böyürtkən, yulğun və s.-dən ibarətdir. Burada çöl donuzu, dovşan, canavar, çaqqal, tülkü, meşə pişiyi kimi heyvanlar, kəklik, turac, qırqovul və s. müxtəlif su quşları vardır.

QIZLICA DÖVLƏT YASAQLIĞI

Qızlıca dövlət yasaqlığı Gədəbəy rayonunun Qızlıca meşəliyi sahəsində 5,1 min hektar ərazidə yaradılmışdır. Yasaqlığın yaradılmasında məqsəd ərazinin nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvanlar aə bitki aləminin nümunələrini qorumaqdır. Ərazidə meşə və meşəaltı torpaqlarda dağ-bozqur bitkiləri inkişaf etmişdir. Burada meşəni əmələ gətirən əsas ağac növləri palıd, fıstıq və vələsədir. Yasaqlıqda cüyür, qonur ayı, çöl donuzu, dovşan və s. heyvanlar, eləcə də müxtəlif quşlar qorunur.

 İSMAYILLI DÖVLƏT YASAQLIĞI

İsmayıllı dövlət yasaqlığı 34,4 min hektar sahədə yaradılmışdır. Yasaqlığın yaradılmasında məqsəd burdakı heyvan və quşların qorunması və sayının artırılmasından ibarətdir. Ərazinin bitki örtyü alp, subalp dağ-çəmən və meşə bitkilərindən ibarətdir. Meşə ilə örtülü sahə, əsasən vələs, fıstıq, və palıd ağaclarından ibarətdir. Yasaqlıqda təkə, cüyür, nəcib Qafqaz maralı, köpcər, çöl donuzu, vaşaq, canavar, tülkü, dovşan, çaqqal, meşə pişiyi, yenot, porsuq, dələ və s. heyvanlar, kəklik, qırqovul, turac, alabaxta, bildirçin, boz kəklik, yaşılbaş ördək, cürə, ağ və boz vağ və s. quşlar məskunlaşmışdır.

 ORDUBAD DÖVLƏT YASAQLIĞI

Ordubad dövlət yasaqlığı 40 min hektar sahədə yaradılmışdır. Yasaqlığın yaradılmasında məqsəd ərazidəki nadir və qiymətli heyvanları və quşları qoruyub artırmaqdır. Yasaqlığın ərazisində beozar keçisi, köpgər, daş dələsi, canavar, çaqqal, tülkü kimi heyvanlar, turac, qırqovul, kəklik, bildirçin, alabaxta və s. quşlar məskunlaşmışdır.

QUSAR DÖVLƏT YASAQLIĞI

Qusar dövlət yasaqlığı 15 min hektar sahədə yaradılmışdır. Yasaqlığın yaradılmasında məqsəd burdakı bir sıra ov əhəmiyyətli heyvan və quşları (qırqovul, boz kəklik, cüyür, çöl donuzu, dovşan və s.) qoruyub artırmaqdır. Meşə sahəsi fıstıq, vələs, ağcaqayın, göyrüş qarışığı olan palıdlıdır. Burdakı meşəaltı kol bitkiləri yemişan, zoğal, armud, alma, alça, itburnu, bcyürtkən, qaratikan və s. ibarətdir. Tuqay meşələrində ağcaqovaq. Titrək dovdaq, qızılağac, söyüd, palıd və s. ağaclar vardır. Bozqur sahələrdə dənli bitkilər daha çoxdur. Yasaqlıqda çöl donuzu, cüyür, canavar, tülkü, dovşan, çaqqal, meşə dələsi, daş dələsi, porsuq, samur, yenot və s. heyvanlar, qırqovul, turac, çöl göyərçini, bildirçin, kəklik, və s. quşlar məskunlaşmışdır.

 ABŞERON DÖVLƏT YASAQLIĞI

Aşeron dövlət yasaqlığı Bakı şəhərinin dənizkənarı ərazisində 0,8 min hektar sahədə yaradalmışdır. Yasaqlığın yaradılmasında məqsəd ceyranların, Xəzər suitisi və su quşlarının qorunub artırılmasını təmin etməkdir.

ZUVAND DÖVLƏT YASAQLIĞI

Zuvand dövlət yasaqlığı Talış sıra dağlarının şimal-şərq yamacında, 15 min hektar sahədə yaradılmışdır. Yasaqlığın yaradılmasında məqsəd dağ, quru bozqır şəraitində qaya keçisi, kaftar, çöl donuzu, dovşan, canavar, tülkü, beozar keçisi, talış qırqovulu, kəklik kimi heyvan və quşların qorunmasıdır.

 KORÇAY DÖVLƏT YASAQLIĞI

Korçay dövlət yasaqlığı Xanlar və Göranboy rayonlarının ərazisində, 15 min hektar sahədə yaradılmışdır. Yasaqlığın yaradılmasında məqsəd ərazidəki ov əhəmiyyətl heyvan və quşları qorumaqdır. Yasaqlığın təbii bitki örtüyü yovşanlı-şoran bitki kompleksindən ibarətdir. Burada heyvanlardan ceyran, dovşan, çaqqal, tülkü, canavar, quşlardan kəklik, turac və s. məskunlaşmışdır.

 AĞGÖL DÖVLƏT YASAQLIĞI

Ağgöl dövlət yasaqlığı Ağcabədi və Beyləqan rayonları ərazisində 9,1 min hektar sahədə yaradılmışdır. Yasaqlığın yaradılmasında məqsəd burada məskunlaşmış su, bataqlıq və quru ərazilərin köçəri və oturaq quşların, heyvanların qorumaqdır. Burada ilboyu çöl donuzu, qunduz, dovşan, tülkü, canavar, qamışlıq pişiyi, porsuq və s. heyvanlar yaşayır. Ağgölün suyunda çəki, naxa, sıf, küləmə və s. balıqlar var. Ağğöldə və onun ətrafında oturaq və köçəri quşlardan müxtəlif qazlar, ördəklər, çürələr, vağlar, sultan toyuğu, bəzgək, ərsindimdik, qırıldaq, qıvrımlələk, qutan və s. quşlara təsadüf edilir. Ağgöl yasaqlığının bərpa edilməsi üçün M.Zukov fondu hesabına layişə həyata keçirilməsi nəzərdə tutulur.

 BƏRDƏ DÖVLƏT YASAQLIĞI

Bərdə dövlət yasaqlığı 7,5 min hektar sahədə yaradılmışdır. Yasaqlığın yaradılmasında məqsəd Kürətrafı Tuqay meşələrin və onların faunasını zənginləşdirməkdir. Yasaqlığın təbii bitki örtüyü əsasən, palıd.

Qovaq, söyüd, tut və s. ibarət meşəlikdən, yulğunun üstünlük təşkil etdiyi kolluqlardan ibarətdir. Burada çöl donuzu, çaqqal, tülkü, meşə pişiyi, qamışlıq pişiyi, porsuq, dovşan, meşə dələsi, qunduz kimi heyvanlar qırqovul, turac, fitçi cürə, qırmızıbaş ördək, kiçik və böyük qarabatdaq, alabaxta, meşə cüllütü, bəzgək, boz və ağ vağ və başqa quşlar məskunlaşmışdır.

 BƏNDOVAN DÖVLƏT YASAQLIĞI

Bəndovan dövlət yasaqlığı Səlyan və Qaradağ rayonlarının ərazisində, 22 min hektar sahədə yaradılmışdır.
Yasaqlığın yaradılmasında məqsəd bu ərazidə ceyranları və digər heyvanları, köçəri oturaq və su və quru quşlarını qoruyub artırmaqdır. Burada ceyran, dovşan, çaqqal, tülkü, canavar, qamış pişiyi, çöl pişiyi, porsuq, qunduz və s. heyvanlar məskunlaşmışdır. Xəzər dənizinin sahil sularında suiti, çoxlu müxtəlif balıqlar yaşayır. Yasaqlıqda qu quşu, çay ördəyi, dalğıc örpdəyi, vağ, qarabatdaq, sultan toyuğu, qaşqaldaq, bəzgək, bekas, turac, bildirçin, ağquyruq dəniz qartalı, qırğı, çöl qartalı, məzar qartalı, ütəlgi, əyridimdik və s. quşlara təsadüf edilir.

 GİL ADASI DÖVLƏT YASAQLIĞI

 Gil adası dövlət yasaqlığı 0,4 min hektar sahədə Abşeron yarmadasının yaxınlığında. Xəzər dənizində yaradılmışdır. Yasaqlığın yaradılmasında məqsəd, əsasən, adada və onun ətrafındakı quşları, xüsusilə də gümüşü qağayıları qorumaqdır.

 KİÇİK QIZILAĞAC DÖVLƏT YASAQLIĞI

 Kiçik Qızılağac dövlət yasaqlığı Lənkaran-Astara zonasında Kiçik Qızılağac körfəzində, 10,7 min hektar sahədə yaradılmışdır. Yasaqlığın yaradılmasında məqsəd buradakı su, bataqlıq və quru ərazilərin köçəri və oturaq quşlarını qorumaqdır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *