Qoruqlar

Bəsitçay dövlət təbiət qoruğu – Nadir Şərq çinarının qorunub saxlanılması məqsədilə 1974-cü ildə 107 hektar ərazidə yaradılmışdır. Qoruq Zəngilan rayonunda Kiçik Qafqazın cənubi-şərq hissəsinin Bəsitçay ətrafı boyunca ərazini əhatə edir. Çinarlıq qoruq ərazisinin 93,5%-ni təşkil edir. Çinar ağaclarının orta yaşı 170 ildir. Lakin, əsl nəhəng-yaşı 1200-1500 il,hündürlüyü 50m və diametri 4m qədər olan ağaclara da rast gəlmək olar.

Bəsitçay dövlət təbiət qoruğu işğal altındadır və qoruq rejimi məhv edilmişdir.

Qaragöl dövlət təbiət qoruğu – Qoruq 1987-ci ildə buzlaqlardan əmələ gəlmiş dağ gölünün nadir ekoloji sisteminin və su hövzəsi ətrafı təbiət kompleksinin qorunub saxlanılması məqsədilə 240 hektar ərazidə yaradılmışdır. Göl əsasən qar.yağış və qismən də bulaq suları hesabına qidalanır. Qoruğun florasında 278 ailəyə,68 cinsə və 100-dən artıq növə Aid bitkilər təmsil edilmişdir.1967-ci ildə gölə forel balığı buraxılmışdır.

Qaragöl dövlət təbiət qoruğu işgal altındadır və qoruq rejimi məhv edilmişdir.

Qarayazı dövlət təbiət qoruğu – Kür sahili tuqay meşələrinin qorunması və bərpası məqsədilə 1978-ci ildə 4855 hektar ərazidə yaradılmışdır.

Əsas qorunan obyekti Kür çayının orta axarı boyunca yerləşən nadir və tükənməkdə olan tuqay ekoloji sistemidir. Tuqay meşələrində əsas ağac növlərindən ağyarpaq qovaq,palıd, qızılağac və ağ akasiya üstünlük təşkil edir.

Dırnaqlı heyvanlardan qabana və nəcib marala, quşlardan isə qırqovula,qaratoyuğa, göyərsinə və s.rast gəlmək olar. 2003-cü il 2 iyun tarixində Qarayazı dövlət təbiət qoruğunun ərazisi 4803 hektar genişləndirilərək 9658 hektara çatdırılmışdır.

Qızılağac dövlət təbiət qoruğu – 1929-cu ildə Xəzər dənizi (gölü) sahilinin cənub-qərbində 88,4 min hektar ərazidə köçəri,su,bataqlıq və çöl quşlarının qışlaması, artırılması və qorunması məqsədilə yaradılmışdır. Qoruq keçmiş İttifaq dövründə 1976-cı ildə YUNESKO-nun « Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyətlit olan Sulu-bataqlıq yerlər haqqında» Konvensiyanın su bataqlıq regionunun biri kimi siyahısına daxil edilmişdir.

Azərbaycan müstəqil dövlət elan edildikdən sonra həmin Konvensiyaya   qoşulmuş və 2001-ci ildə yenidən Beynəlxalq Əhəmiyyətli Sulu Bataqlıq Yerləri Siyahısına daxil edilmişdir. Respublikanın «Qırmızı Kitabı»na düşən quşların əksər növləri qoruqda və sərhəd ərazildərdə müşahidə olunur.Burada 248 növ quşlara rast gəlmək olar.

Qoruqda qaban,canavar,qamış pişiyi, porsuq, su samuru, tülkü və s. məməlilər məskunlaşmışdır. Qoruğun su hövzəsində 54 növ balıq vardır.

Zaqatala dövlət təbiət qoruğu – Qoruq Baş Qafqaz sıra dağlarının cənub ətəklərinin orta hissəsində Zaqatala və Balakən rayonlarının ərazisində 1929-cu ildə 25,2 hektar ərazidə yaradılmışdır. Qoruğun ərazisi dəfələrlə dəyişmiş və hazırda 23,8 min hektardır. Qoruğun yaranmasının əsas məqsədi Böyük Qafqazın cənub yamaclarının subalr bitkilərinin , al rvə nival qurşaqlarının təbiət komplekslərinin qorunmasıdır. Qoruqda qədim növlərdən rododendron,fıstıq,dəfnəgiiiiilas.Qafqaz qaragtləsi,məxməri ağcaqayın,ayı döşəyi,və s.vardır. oruğun faunası çox zəngindir. Burada dağıstan dağ kəli,qararaça,maral,cüyür,qaban,ayı,porsuq, tülkü,meşə pişiyi, vaşaq, sincab, gəlincik və s.məskunlaşmışdır. Zaqatala dövlət təbiət qoruğunun ərazisinin genişləndirilərək biosfer dövlət təbiət qoruğunun yaradılması günün ən ümdə məsələlərindən biridir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Nazirlər Kabineti qarşısıvnda vəsatət qaldırılmışdır.

İlisu dövlət təbiət qoruğu – Qoruq 1987-ci ildə 9,3 min hektar ərazidə Böyük Qafqazın cənub yamaclarının təbii kompleksini,nadir və nəsli kəsilmək təhlükəsində olan fauna və florapı qorumaq və artırmaq,meşələrin əvvəlki vəziyyətini bərpa etmək, torpaqların eroziya və sel hadisələrinin qarşısını almaq məqsədilə yaradılmışdır. Qoruqlda 500 növ bitki vardır ki,onlardan 60-a yaxınıendemik növlərdir. Burada maral,cüyür, dağ kəli, qaban, dələ ,qarapaça və s. heyvanlar məskunlaşmışdır. 2003-cü ilin mart ayında İlisu dövlət təbiət qoruğunun ərazisi 17381,6 hektara çatdırılmışdır.

İsmayıllı dövlət təbiət qoruğu – Qoruq Böyük Qafqazın cənub yamacının şərq hissəsindəki təbiət komplekslərinin qorunub saxlanılması məqsədilə 5778 hektar ərazidə yaradılmışdır. 2003-cü ilin iyun ayında qoruğun ərazisi 10,96min hektar genişləndirilərək ümumi ərazisi 16,7 min hektara çatdırılmışdır. Meşəlik əmələ gətirən ağac növləri əsasən fıstıq, vələs və palıd qismən də ağcaqayın,göyüş.cökə və .s. ağaclardan ibarətdir. Onlardan üçüncü dövrə aid şabalıdyarpaq palıd və qaraçöyrə Azərbaycanın «Qırmızı Kitabı»na daxil edilmişdir. Qoruq ərazisində 170-ə yaxın onurğalı heyvan növü yaşayır. Burada 13 dəstəyə aid 104 quş növünə rast gəlmək olar. Məməlilərdən boz ayı,meşə pişiyi, vaşaq, qafqaz nəcib maralı,cüyür, qararaça,dağıstan turu və s. heyvanlar yaşayır.

Türyançay dövlət təbiət qoruğu – Bozdağın arid meşə landşaft komplekslərini qorunması və bərpası,dağ ətəkləri,eroziya mənbələrinin məhdudlaşdırılması məqsədilə 1958-ci ildə 12,63min hektar ərazidə Türyançay dövlət təbiət qoruğu yaradılmışdır. Qoruğuqn ərazisi 2003-ci ilin yanvar ayında qoruğun ərazisi 22,5 hektara çatdırılmışdır. Qoruqda 3 növ ardıc( iyli, qırmızı,çoxmeyvəli)gürcüstan palıdı,adi göyüş,nar və başqa ağac cinsləri vardır. Qoruqda 24 məməli,112 quş, 20 sürünən və 3 suda-quruda yaşayan növlər məskunlaşmışdır.

Göy-Göl dövlət təbiət qoruğu – 1925-ci ildə Azərbaycanda yaranan ilk qoruqdur. Qoruğun yaranmasında əsas məqsəd Kiçik Qafqaz silsiləsinin şimal ətəklərinin suvalr qurşaqlarında təbiət komplekslərinin qorunub saxlanılmasıdır. Bu qoruq bir neçə dəfə (1950,1961-ci illərdə) ləğv edilmiş, statusu dəyişdirilmiş və 1965-si ildə üçünci dəfə təşkil edilmişdir. Onun ərazisi iki hissədən : Göy-Göl dövlət təbiət qoruğundan və onun «Eldar şamı»filialından ibarətdir.Ümumi sahəsi 7131hektar olan qoruğun 3086 hektarı meşə örtüklü ərazidir. Qoruğun heyvanlar aləmi müxtəlif heyvan və quş növləri ilə zəngindir. Heyvanlardan-nəcib qafqaz maralı,qonurayı,cüyür,vaşaq,quşlardan toglugötürən,qara quzğun,dağ kəkliyi,xəzər iları və s. göstərmək olar.Su hövzələrində forel balığı vardır. 420-dən artıq bitki növləri vardır,onlardan 20 endemikdir.

Pirqulu dövlət təbiət qoruğu – Qoruq 1968-ci ildə 1521 hektar ərazidə tirik dağ-meşə landşaftlarını,xüsusi ilə müxtəlif növ bitki örtüyünü,torpağın münbit qatını qorumaq,meşə örtüklü sahələri artırmaq,astroiqlimə mənfi təsir göstərən havanın tozlanması kimi hadisələrin qarşısını almaq məqsədilə yaradılmışdır. Qoruğun florası 60 növdən artıqdır. Məməlilərdən boz ayıya, canavara, meşə pişiyinə, vaşaqa, gəlinciyə, zolaqlıgoreşənə, qabana,cüyürə və s. rast gəlmək olar. Qoruğun ərazisi 2003-ci ildə 2753 hektar genişləndirilərək 4274 hektara çatdırılmışdır.

Şirvan dövlət təbiət qoruğu – 1969-cu ildə Bəndovan dövlət təbiət yasaqlığının bir hissəsində 17745hektar ərazidə seyranların,su quşlarının qorunması və artırılması məqsədilə yaradılmışdır. 1982-ci ildə qoruğun ərazisigenişləndirilərək 25,8 min hektara çatdırılmışdır.Ərazinin 3.5 hektarını su hövzəsi təşkil edir. Qoruğun ornitoloji faunası çox zəngindir.Su-bataqlıq ərazilərdə nadir və qiymətli köçəri quşlar qışlayır və yuvalayır. Azərbaycan Respublikası Prezidentinin sərancamı ilə 2003-cü ilin 5 iyul tarixində Şirvan Milli Parkı yaradılarkən Şirvan dövlət təbiət qoruğunun ərazisi 6232 hektar qalmışdır.

Şahbuz dövlət təbiət qoruğu – Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun inzibati ərazisində 3139hektar sahədə ətraf mühütin mühafizəsi, nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin qorunması məqsədilə 2003-cü ilin iyun ayında yaradılmışdır.

Eldar şamı dövlət təbiət qoruğu – 2004-cü ilin dekabr ayında yaradılmışdır. Ərazisi 1686 hektardır. Qoruğun yaradılmasının əsas məqsədi bu ərazidə yerləşən endemik ağac növlərinin mühafizə olunmasıdır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *