MÜHAFİZƏ OLUNAN ƏRAZİLƏR

Şirvan Milli Parkı – Azərbaydcanda ilk Milli Park 2003-ci ildə Respublika Prezidentinin müvafiq sərəncamı ilə Qaradağ,Salyan,Neftçala rayonlarının inzibati əraziləridə 54374 hektar sahədə yaradılmışdır. Milli Parkın yaradılmasında əsas məqsəd yarımsəhra landşaftının başlıca komponentlərini, Azərbaycan Respublikasının «Qırmızı Kitabı»na düşmüş ceyranların və o ərazi üçün səciyyəvi olan fauna növlərini qoruyub saxlamaq,ekoloji monitorinqi həyata keçirmək, əhalini ekoloji maarifləndirmək, turizm və istirahət üçün şərait yaratmaqdır. Milli Park yarımsəhra zonasında yerləşsə də, heyvanlar Aləmi ilə zəngindir. Burada xeyli miqdarda məməlilər, sürünənlər,quşlar, suda-quruda yaşayanlar, balıqlar, həşəratlar vardır.

Ağ göl Milli Parkı – 2003-cü ildə Ağcabədi və Beyləqan rayonlarının inzibati ərazilərində Ağ göl dövlət təbiət qoruğu və Ağ göl dövlət təbiət yasaqlığının bazasında 17924 hektar ərazidə yaradılmışdır.Ağ göl Kür – Araz ovalığının Mil düzənliyində yerləşir və respublika ərazisində quşların ən vacib qışlama və yuvalama yeri olduğu üçün «ornitoloji vayə»də adlandırıla bilər. Buranın ornitoloji faunası çox zənğindir. 140-dan çox quş növlərinə rast gəlmək olar, onlardan 89 növü bilavasitə yuva salan quşlardır. Ağ gölün əsas mühafizə obyektləri köçəri,su ətrafı və su quşlarının kütləvi yuva salma və qışlama yerləri olan su-bataqlıq ekoloji sistemləridir. Ağgöl YUNESKO-nun «Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyətli olan Sulu-bataqlıq yerləri haqqında » Konvensiyasının Siyahısına daxil edilmişdir.

Ordubad Milli Parkı – 2003-cü ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun inzibati ərazisində olan Ordubad dövlət təbiət yasaqlığının 12131 hektarında akademik Nəsən Əliyev adına Ordubad Milli Parkı yaradılmışdır. Ordubad Milli Parkı zəngin bioloji müxtəlifliyə malikdir. Azərbaycanın «Qırmızı Kitabı»na daxil edilmiş 58(35 onurğalı və 23 həşərat) heyvan və 39 bitki növü vardır. Milli Parkın ərazisində nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan fauna növlərindən ön Asiya bəbirinin,dağ qoyunu-muflonu, bezoar keçini göstərmək olar.

Hirkan Milli Parkı – 2004-cü ildə Hirkan dövlət təbiət qoruğunun və onun ətrafındakı meşə təssərrüfatı torpaqlarının ərazisində 21435 hektarında yaradılmışdır. Burada Üçüncü dövrün qədim relikt və endemik bitki növləri qorunur.Azərbaycanda yayılan 435 ağac və kol növünün 150-si Hirkan meşəldərində inkişaf edir. Vi meşələrdə Azərbaycanın «Qırmızı Kitabı»na düşmüş Hirkan şümşadı,dəmirağacı, şabalıdyarpaq palıd, Hirkan ənciri,Hirkan armudu, Xəzər lələyi, İpək akasiya, Qafqaz xurması, Hirkan bigəvəri, üçəkuarpaqlı qızılağac və s., heyvan növlərindən bəbir, Talış qırqovulu, Hirkan arıquşu,qara leylək, berkut və sairə vardır. Hirkan meşəldərinin YUNESKO-nun Təbii və Mədəni İrs Siyahısına daxil edilməsi üçün elmi cəhətdən əsaslandırılmış sənədlər tərtib olunur.

Altıagac Milli Parkı – Böyük Qafqaz sıra dağlarının cənubi-şərq hissəsində yerləşir və sahəsi 11035 ha-dır. 1990-cı ildə Altıağac-Xızı massivinin nadir və qiymətli bitki və heyvan növlərinin bərpasını təmin etmək məqsədilə yaradılmış dövlət təbiət qoruğunun bazasında 2004-cü ilin avqust ayında təşkil olunmuşdur. Milli parkın ərazisinin 90,5%-ni enliyarpaq meşələr təşkil edir. Əsas ağac növləri gürcü palıdı, Qafqaz vələsi, şərq fıstığı, adi göyüş və s. təşkil edir. Ərazidə cüyür,ayı,qaban,vaşaq,yenot ,tülkü,dovşan,dələ,canavar və s. heyvanlar məskunlaşmışdır.

Abşeron Milli Parkı-Abşeron yarımadasın …yerləşməklə 784 ha ərazini əhatə edir. Eyni adlı yasaqlığın bazasında 2005-ci ilin fevralında yaradılmişdır.

Almaniya hökumətinin dəstəyi ilə ANT İnternational GMBH,TAESCO, WWF və KFW təşkilatlar tərəfindən «Samur- Yalama Milli Parkı»nın yaradılması layihəsi işlənib hazırlanır.

Dövlət Təbiət Yasaqlıqları – Şəki ,Qusar, Qəbələ , İsmayıllı, Qax DTY Böyük Qafqazın təbiət komplekslərinin, Qubadlı , Laçın , Daşaltı, Qızılca, Arazboyu, Ordubad DTY Kiçik Qafqazın təbiət komplekslərini, Zuvand DTY üçüncü dövrün endemik və relikt,qiymətli Hirkan florasını,Qarayazı-Ağstafa,Bərdə,Şəmkir DTY-Kür ətrafı tuqay meşələri və faunanı,Kiçik Qızıl ağac, Gil DTY köçəri Sulu-bataqlıq və çöl quşlarının, Bəndovan və Korçay DTY- ceyranların və su quşlarınqın qorunması məqsədilə yaradılmışdır. Qeyd etmək lazımdır ki, erməni təcavüzü nəticəsində xüsusi mühafizə olunan təbiət ərazilərindən 2 DTQ (Vəsitçay və Qara göl) və 4 DTY(Laçın,Qubadlı,Daşaltı,Arazboyu) əraziləri işğal edilmiş, onların fəaliyyəti tamamilə dayandırılmışdır.

Mənbə: Səhifədə verilmiş məlumatlar Ekologiya və Təbii Sərvətlər Nazirlyinə məxsusdur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *