DAVAMLI İNKİŞAF KONSEPSİYASI

Davamlı inkişaf dedikdə elə inkişaf başa düşülür ki, indiki nəsillərin tələbini ödəyir, lakin gələcək nəsillərin tələbinin ödənilməsini təhlükə altına almır.

Davamli Inkişaf Konsepsiyasının əsas ideyası sosial-iqtisadi və ekoloji inkişafın qarşılıqlı bağlılığı üçün şərait və mexanizmlərin yaradılması, təbii mühitin problemlərinin sosial-iqtisadi proseslərlə vəhdətdə baxılmasıdır.

Ətraf mühitə və inkişafa dair Rio-de-Jeneyro bəyannaməsinə aşağıdakı ideyalar daxildir:

  • İnsanlar təbiətlə həmahəng sağlam və məhsuldar yaşamaq hüququna malikdirlər.
  • Bugünki inkişafı gələcək nəsillərin ziyanına olaraq həyata keçirilməməlidir.
  • Davamlı inkişafı həyata keçirtməkdən ötrü ətraf mühitin mühafizəsi inkişaf prosesinin ayrılmaz hissəsini təşkil etməlidir və buna ondan ayrılıqda baxılmamalıdır.
  • Sabit inkişafı təmin etmək və əhalinin çoxunun tələblərini ödəməkdən ötrü yoxsulluğun kökünün kəsilməsi və dünyanın müxtəlif hissələrində həyat səviyyələrinin qeyri-bərabərliyinin ləğvi.
  • Dövlətlər Yer ekosistemlərinin qorunması, mühafizəsi və bütövlüyünü bərpa etmək məqsədi ilə əməkdaşlıq edir. İnkişaf etmiş ölkələr, davamlı inkişafı təmin etməklə beynəlxalq cəhdlər üçün öz məsuliyyətini dərk edirlər.
  • Dövlətlər istehsalın həyat qabiliyyəti olmayan modellərini məhdudlaşdırmalı və ləğv etməli, uyğun demoqrafik siyasəti müdafiə etməlidirlər.
  • Ekoloji məsəslələr ən səmərəli şəkildə bütün marağı olan vətəndaşların iştirakı ilə həll edilir.  Dövlətlər ekoloji informasiyaya geniş yol açmaqla əhalinin inkişafını inkişaf etdirir və genişləndirirlər.
  • Dövlətlər bütün ölkələrdə iqtisadi yüksəlişə və davamlı inkişafa gətirib çıxararaq açıq beynəıxalq iqtisadi sistemin yaradılması işində əməkdaşlıq etməlidirlər.
  • Ətraf mühiti çirkləndirən, bu çirklənməyə görə maliyyə məsuliyyəti daşımalıdır.
  •  Davamlı inkişaf problemin daha dərindən elmi dərk edilməsini tələb edir.
  • Davamlı inkişafa çatmaqdan ötrü qadınların hər tərəfli inkişafı vacibdir. Gənclərin yaradıcı qüvvələrinin iştirakı zəruridir.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *