Eko – Aləm İB – nə 11 sentyabr 2014 – cü il tarixində Avropa, Xarici İşlər və İnteqrasiya Avstriya Federal naziri Cənab Sebastian Kurz səfəri münasibəti ilə Avstriya Konsulluğunda Avstriya Respublikasının səfiri xanım Silviya Meyer-Kaybiç tərəfindən təşkil edilən mərasimdə mükafat təqdim olunmuşdur. Tədbirdə Avstriya Ticarət Palatasının nümayəndələri və Avstriya Iqtisadiyyat Palatasının Bakıdakı Nümayəndəliyinin yerli təmsilçisi Sabir Məmmədov və b. Iştirak etmişdilər.
Energy Globe müsabiqəsinin bütün qalibləri 2014-cü il 5 iyun tarixində BMT-nin Beynəlxalq Ekologiya Günündə dünya ictimaiyyətinə təqdim olunmuşdur. Eko – Aləm İB – nin layihəsi qalib layihə kimi ətraf-mühitin mühafizəsinə davamlı töhfə üçün nümunəvi layihə kimi qiymətləndirilərək Energy Globe platformasında www.energyglobe.info saytında yerləşdirilmişdir. UNESCO və UNEP (BMT-nin Ekologiya Proqramı) rəhbərliyi altında keçiriləcək bu tədbirin əsas məqsədi dünyada qarşıya çıxan hər ekoloji problemin həlli istiqamətində möhtəşəm layihələr həyata keçirən yaradıcı insanların olduğunu diqqətə çatdırmaqdır. Qeyri-kommersiya təşkilatı olan Energy Globe 30 ildən artıq bir müddətdə insanların təbii resursların səmərəli və qənaətcil istifadəsi və Yaxşı Təcrübələrdən istifadə etməklə bərpaolması sahəsində maarifləndirilmə işini həyata keçirir.