İqlim dəyişikliyinin uşaq sağlamlığına zərərli təsir risklərinin azaldılması.

Eko Aləm İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2013-cü il üçün maliyyə yardımının alınması barədə elan etdiyi müsabiqədə “İqlim dəyişikliyinin uşaq sağlamlığına zərərli təsir risklərinin azaldılmasıi” layihəsi ilə iştirak etmiş və müsabiqənin qalibi olmuşdur. Layihəni həyata keçirilməsində əsas məqsəd təbiətdə gedən iqlim dəyişiklərinin uşaq sağlamlığına və inkişafına zərərli təsir risklərinin azaldılmasıdır. Uşaqlar yaranmış ekoloji amillərin təsirinə xüsusilə həssasdırlar. Yaranan ekoloji təhlükələr uşaqların fizioloji xüsusiyyətlərinə təsir edərək, sürətli böyümə prosesinə daha sonralar bir sıra xəstəlik risklərinin yaranması kimi nəticələrə gətirib çıxardır. Uşaqların sağlamlıq vəziyyəti dünyada ən aktual problemləridən biridir. Statistika göstərir ki, dünyada müasir məktəb yaşlı uşaqların 90 %-inin sağlamlığında normal hallardan bu və ya digər kənara çıxmalar vardır: 50% də funksional pozğunluqlar, 40% də xroniki xəstəliklər vardır. Məktəbə gələnlərin artıq 20%-ində xəstəlik aşkar ediril ki, məktəbi bitirəndə isə xəstələrin sayı 2 dəfə artır. Bunun əsas səbəbi kimi həkimlər, gündən-günə daha çox xarici mühitdə vəziyyətin proqressivləşən pisləşməsi ilə əlaqədar olduğunu söyləyirlər. İqlim dəyişiklikləri bütün dünyada sağlamlıq və təhlükəsizlik üçün “ciddi və getdikcə artmaqda olan” təhlükə doğurur. Hazırda aşkar edilmişdir ki, tədris-tərbiyə müəssisələrində hər bir qrup üçün müxtəlif yaş qruplarında olan uşaq və yeniyetmələrin sağlamlığına ətraf mühitin amillərinin (və ya komplekslərinin) təsirinin prioritetliyi mövcuddur. Uşaq və yeniyetmələrin sağlamlığı və gigiyenası ciddi diqqət yetirilməlidir. Hələ uşaq yaşlarından başlayaraq insanlar sağlamlıqlarına diqqət yetirməlidirlər ki, düzgün qidalanmalı, ətraf mühit və ətraf mühitin çirklənmələri barədə məlumatlı olmalı, piyada gəzməli  və ya velosipedlə hərəkət etməli, yəni  aktiv həyat tərzi keçirtməlidirlər. Belə hallar xəstəliklərin və depressiyanın inkişafının qarşısını alaraq, azaldacaq. Bu ekoloji risk amilləri ilə mübarizə aparmaq üçün uşaqların sağlamlıq potensialın gücləndirilməsinə ciddi ehtiyac tələb olunur.

Layihə üzrə işi 3 ay ərzində bir mərhələdə həyata keçiriləcək.Layihə üzrə nəzərdə tutulan tədbirlər İsmayıllı, Qəbələ, Qax, Zakatala və Balakən şəhərlərində həyata keçiriləcəkdir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *