Məktəbdənkənar təhsil uşaq, yeniyetmə və gənclərin maraq, meyl və bacarıqlarının, intellektual səviyyələrinin, yaradıcılıq qabiliyyətlərinin inkişafı, fiziki cəhətdən sağlam böyümələri üçün əlverişli şərait yaradır, onların istirahətinin, asudə vaxtlarının mənalı təşkilini təmin edir. Məktəbdənkənar təhsil müəssisələrində məşğul olan uşaqlar, şagirdlər, tələbələr məktəbdənkənar təhsil müəssisələrinin xidmətlərindən pulsuz və güzəştlə istifadə edirlər. Məktəbdənkənar təhsil müəssisələrində işin məzmun və formalarını həmin müəssisələrin şuraları müəyyən edir. Uşaq yaradıcılıq mərkəzlərində bütün təqvim ili ərzində dərnək üzvləri ilə müxtəlif mədəni-kütləvi tədbirlər, idman yarışları, müsabiqələr, sərgilər, bayram şənlikləri, ekskursiyalar keçirilir, onların respublika və beynəlxalq səviyyəli tədbirlərdə iştirakı təmin olunur. Hazırda Respublikada fəaliyyət göstərən ekoloji mərkəzlərdə dərnək məşğələləri ekologiyanın əksər sahələrini əhatə edən proqramlar əsasında keçirilir.
Uşaq yaradıcılıq, texniki yaradıcılıq və mərkəbdənkənar tərbiyə işi, gənc turistlər və diyarşünaslıq, ekoloji tərbiyə və təcrübəçilik, estetik tərbiyə mərkəzlərində, bədii yaradıcılıq evində, uşaq-gənclər idman və şahmat məktəblərində uşaq, yeniyetmə və gənclərin dövlətçiliyə sədaqət, vətənpərvər, milli-mənəvi dəyərlərinizə dərin hörmət və ehtiram ruhunda tərbiyə olunmaları, onların mənəvi, fiziki, ekoloji, hüquqi, estetik tərbiyəsinin, bədii və texniki yaradıcılıq qabiliyyətlərinin istiqamətləndirilməsi və inkişaf etdirilməsi ilə əlaqədar məqsədyönlü işlər görülür.
1991-ci ildə Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə Yuri Qaqarin adına Bakı şəhər Uşaq – Gənclər Yaradıcılıq Sarayının adı dəyişdirilərək Tofiq İsmaylov adına Uşaq – Gənclər Yaradıcılıq Sarayı adlandırılmışdır. Həmin vaxtdan Sarayın nəzdində Uşaq Dünyası Rəsm Qalareyası və Uşaq Yaradıcılıq Evi fəaliyyət göstərməyə başlamışdır. Tofiq İsmaylov adına Uşaq – Gənclər Yaradıcılıq Sarayı da belə nümunəvi müəssisələrindən biridir.