Konfransda dünyanın 50-dən çox ölkəsindən 200-dək vətəndaş cəmiyyəti nümayəndələri və şəffaflığı dəstəkləyən beynəlxalq təşkilatların təmsilçiləri iştirak edir.
Konftans “Ödədiyi açıqla” beynəlxalq koalisiyasının 2020-ci ilə qədər olan strategiyasını qəbul etdikdən sonra Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə (MSŞT) üzv olan ölkələrdə bu beynəlxalq təşəbbüsün tətbiqi vəziyyəti sahəsində son dəyişikləri və qiymətləndirmə məsələlərini müzakirə etmişdir.
Eyni zamanda konfransın müzakirə mövzularından biri də MSŞT hesabatlarının keyfiyyətinin artırılması və bu sahədə informasiyalara vətəndaşların çıxış imkanlarının genişləndirilməsi olmuşdur. Konfransda bu mövzuda çıxış edən MSŞT beynəlxalq katibliyinin rəhbəri Yonas Moberq hesabatların şirkətlər üzrə fərqi qaydada açıqlanmasına dair üzv ölkələrə tələbin qoulacağını bildirmişdir.
Konfrans iştirakçıları Avropa Parlamentinin bü günkü sesiyasında qəbul olunan “Təbii sərvətlərlə zəngin ölkələrdə şəffaflığın artırılmasına dair” qətnaməni alqişlamış və onun gözlənilərn təsirləi barədə müzakirəlrə aparmışdılar. Avropa Parlamentinin bu gün qəbul etdiyi qətnaməyə görə, dünyanın təbii sərvətlərlə zəngin olan bütün ölkələri istisnasız olaraq şəffaflıq təşəbbüsünə qoşulmalı, yerli hökümətlər şirkətlərlə imzaladığı dəyəri 80 min avrodan yuxarı olan bütün ödənişlərə dair açıqlama verməli, layihələr üzrə ayrıca hesabatlar verilməlidir.
Azərbaycan nümayəndə ölkə təcrübəsindən çıxış edərək, müzakirə olunan istiqamətlər üzrə fikirləini konfrans iştirakçıları ilə bölüşmüşdur.