“Şərq Tərəfdaşlığı” Proqramı üzrə Vətəndaş Cəmiyyəti IV Forumuna Azərbaycan nümayəndələrinin seçkisi

 İqtisadi Araşdırmalar Mərkəzinin ofisində Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramı üzrə Vətəndaş Cəmiyyəti IV Forumuna Azərbaycan nümayəndələrinin seçkisi keçirilib. Forumun bu il oktyabrın 28-30-da Stokholmda keçirilməsi gözlənilir.

Gizli səs vermə ilə keçirilən seçki eyni zamanda Vətəndaş cəmiyyəti Forumunun Milli Platformasına yeni üzvlərin seçilməsi sayılır.
Səsvermədə Milli Platformanın 38 həqiqi üzvü iştirak edir, Stokholm forumunda iştirakla bağlı Brüsselə ərizə verən 110 QHT arasından 26 nümayəndə (23 əsas + 3 ehtiyat) seçirlər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *