Eko-Aləm İctimaibirliyinin sədri 2011-ci il dekabr ayından Mədən Sənayesi Şəffavlıq Koalisiyasının Kordinatoru seçilmişdir. Hazırda bu vəzifədə çalışır. Şəffavlıq Koalisiyasının 19 iyun tarixində Ambosodor otelində Konfransı keçirilmişdir.
Şirkətlərin əksəriyyəti fərdi hesabatlığın əleyhinədir
QHT Koalisiyası “MSŞT hesabatlarının təkmilləşdirilməsi” mövzusunda konfrans keçirib
Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə QHT Koalisiyasının təşkilatçılığı ilə “MSŞT hesabatlarının təkmilləşdirilməsi” mövzusunda konfrans keçirilib.
“Ambassador” oteldə düzənlənən tədbirdə Koalisiya üzvləri, mədən sənayesində fəaliyyət göstərən şirkətlər, xarici ölkə səfirlikləri, nazirliklər və MSŞT üzrə katibliyin təmsilçiləri iştirak edib.
MSŞT Koalisiyasının Şura əlaqələndiricisi Sevil Yüzbaşeva mövzu ilə bağlı iştirakçılara ümumi məlumat verib və Koalisiyanın hesabatların təkmilləşdirilməsi məsələsinə ciddi əhəmiyyət verdiyini qeyd edib.
Konfransda MSŞT üzrə katibliyin rəhbəri Fərid Fərzəliyev hesabatların təkmilləşdirilməsi və şirkətlərin fərdi hesabatlığa keçidi məsəlsilə bağlı Hökumət Komissiyasının mövqeyini açıqlayıb. O, fərdi hesabatlığa keçidlə bağlı MSŞT Koalisiyasının fəaliyyətini təqdir edərək bu məsələyə Hökumət Komissiyasının da müsbət yanaşdığını deyib: “Bizdə olan məlumata görə, şirkətlərin bir çoxu fərdi hesabatlığa keçməyə hazırdır. Amma bu məslə konsensus yolu ilə həll olunduğundan gərəkdir ki, şirkətlərin hamısı razılığını bildirsin”.
MSŞT-yə qoşulmuş şirkətlərin sayının azalması, lakin sənədlərdə hələ də bu sayın 31 göstərilməsinə gəldikdə, F.Fərzəliyev siyahının yaxınlarda yenilənəcəyini deyib: “Ötən müddət ərzində şirkətlərin bəzisi fəaliyyətini dayandırıb. Hazırda MSŞT qoşulmuş şirkətlərin sayı 26-dır”.
Daha sonra Koalisiya Şurasının və MSŞT üzrə Beynəlxalq İdarə Heyətinin üzvü Sabit Bağırov hasilat şirkətlərinin hesabatlığının artırılması sahəsində beynəlxalq vəziyyətə dair təqdimatla çıxış edib.
Növbəti təqdimata isə MSŞT Koalisiyasının, Çoxtərəfli Qrupun üzvü Qubad İbadoğlu çıxış edib. “Azərbaycanda MSŞT üzrə hesabatların təkmilləşdirilməsi” mövzusunu əhatə edən təqdimatdan məlum olub ki, əslində fərdi hesabatlığa keçidin əleyhinə olan şirkətlərin sayı daha çoxdur: “Devon, Chevron, ExxonMobil, Total., Petro-HongKong-Pirsaat, Azgerneft, Karasu operating company, Itochu oil exploration (Azerbaijan) Inc., Rafi Oil FZE, Shirvan Oil, Anşad Petrol, Abşeron Operating Oil Limited Commonwealth”.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Hess (ACG) Limited şirəkəti yalnız digər şirkətlərin razılaşdığı təqdirdə fərdiləşdirilmiş hesabatlığa keçməyə hazır olduqlarını bəyan ediblər.
Fərdiləşdirilmiş hesabatlığa keçidə razı olan şirkətlər isə bunlardır: “ BP, Middle East Petroleum Company, Shell, Statoi-Hydro, Binagadi oil Company”.
Konfransda Şirkətlər BP-nin təmsilçisi Araz Yusubov mövzu ilə bağlı Şirkətlər Qrupunun mövqeyinin açıqlayıb.
Auditor şirkətinin(Moore Stephens” təmsilçisi Hikmət Allahverdiyev təklif edib ki, hesabat hazırlamaq istəyən auditor şirkətləri əvvəlcə akreditasiyadan keçməlidirlər.
MSŞT Koalisiyasının və Çoxtərəfli Qrupun üzvü Azər Mehdiyev isə çıxışında əsas diqqəti məlumatların dəqiqliyinə yönəldib. O qeyd edib ki, hər şeydən öncə təqdim olunan məlumatların dərinliyi və səhihliyi təmin olunmalıdır.
Sonda konfrans iştirakçıları mövzu ilə bağlı ümumi müzakirə aparıb bır sıra təkliflərlə çıxış ediblər.