BMT-nin baş katibi Pan Gi Mun 15 may 2011-ci il – Beynəlxalq Ailə Günü münasibətilə dünya ölkələrinə müraciət edib. Müraciətdə bir çox ailələrin daimi olaraq çətinlik çəkdiyi qeyd edilib. İşsiz və ifrat yoxsulluqda yaşayan böyüklər öz uşaqlarını lazımi qədər qida ilə təmin edə bilmir, bu da onlarda ömürlük fiziki və emosional iz buraxır. Ailənin digər üzvləri etinasızlıq və məhrumiyyətdən əziyyət çəkir. Baş katib bildirib ki, problemin kökündə çox vaxt sosial təcridolunma durur. Ayrı-seçkilik və sosial xidmətlərdən qeyri-bərabər istifadə ailələri uşaqları üçün daha yaxşı gələcək planlaşdırmaq imkanından məhrum edir. Geniş, bir valideynli, başçıları işsiz, xəstə və ya əlil olan, şəhər xarabalıqlarında və ya kəndlərdə yaşayan ailələr daha çox risk altındadırlar. Yerli və miqrant, o cümlədən münaqişə və ya iğtişaş bölgələrində yaşayan ailələr, həmçinin təcrid və məhrum olunur. Baş katib hər kəsi Beynəlxalq Ailə Günündə uşaqları böyüdən, yaşlılara qulluq edən, hər kəs üçün dözümlülük və ləyaqət prinsipləri üzərində qurulan möhkəm icmalar yaradan ailələrə dəstək verməyə çağırıb.