21 may 2003 cü ildə ilk dəfə Ümumdünya mədəni müxtəlifliklərin dialoq naminə inkişafı günü (World Day for Cultural Diversity for Dialogue and Development) kimi qeyd olunur. BMT Baş Asambleyası 2002-ci il dekabrın 20-də 57/249 qətnaməsi ilə 21 may Ümumdünya mədəni müxtəlifliklərin dialoq naminə inkişafı gününün qeyd olunmasını bütün hökumətlərə- üzvlərə, dövlətlərarası orqanlara BMT-nin bütün orqanlarına və QHT-na teklif etmişdir. Bu təklifdə qeyd edilirdi ki, mədəni müxtəlifliklərin dəyərini, vacibliyini və qiymətini ictimaiyyətin, KİV – rin diqqətinə maarifləndirmə yolu ilə çatdırılsın.