Beynəlxalq Tütünçəkmədən İmtina Günü 1988-ci ilin 31 mayında ÜST Assambleyasında rəsmi olaraq elan olunub. 2003-cü ildə isə dünyanın 50-dən artıq ölkəsi ÜST-ün Tütünlə Mübarizə üzrə Çərçivə Konvensiyasına qoşulub. Azərbaycanın da 2005-ci ildə qoşulduğu bu konvensiya tütün məmulatlarının istehsalını, satışını və istifadəsini tənzimləyən ilk beynəlxalq razılaşmadır.