26 aprel Radioaktiv qəzalarda həlak olanların anma günü.

20-ci əsrin ilk böyük atom qəzasıdır.Ukraynanın Kiyev rayonuna bağli Çernobıl şəhərindəki Atom Elektrik Stansiyasının 4-cü birləşimində 26 aprel 1986-ci ildə şəhərin erkən saatlarında baş verən qəza sonrasında atmosferə böyük miqdarda uran məhsulları dağılır. Bunu 30 aprelde bütün dünya öyrənir.
1972-də Ukraynada Kiyevin 140 km-də Cernobıl şəhərində qurulan AES-də meydana gələn qəzaya hər biri 1000 meqawatt gücünde 4 reaktordakı quruluş xətaları ilə reaktorlardan birində təcrübə etmək üçün təhlükəsizlik sisteminin buraxılması nəticəsində meydana gələn bəzi xətalar seriyasi sonunda baş verən qəzadır. Təcrübənin ediləcəyi 25 aprel 1986-da əvvəlcə reaktorun gücü yarıya qədər azaldıldı. Ardındanda təhlükəsizlik sistemi buraxıldı. 26 aprel gecə saat 01:00-da texniklər təcrübənin son hazırlıqlarını tamamlamaq üçün əlavə su pompalarını qoşdular.Bunun nəticəsində gücünün 7%-lə çalışan reaktorda buxar tıixacı düşdü. Bunun nəticəsində su səviyyəsi aşağı düşdü. Su səviyyəsini qaldırmaq üçün buxar sisteminə su buraxıldı. Saat 01:23-də təcrübənin başlamaq üçün hazır olduğu müəyyən edildi. Təcrübənin məqsədi, reaktorun qəflətən dayanması vəziyyətində, buxar turbinlərinin nə qədər çaıişacağını və belecə nə qədər təcili təhlükəsizlik sisteminə güc verə biləcəyini öyrənməkdi.Bunun üçün turbinlərə geden buxar exisi dayandırıldı. Bunun nəticəsində reaktorun soyutma sistemləri dayandı.Yanacaq kanallarında qəfil güclü isinmə başladı. Təhlükəni başa düşən texnikler vəziyyəti ələ almağa çalışdılar. Amma saat 01:24-də yeni təcrübə başlandıqdan 1 dəqiqə sonra 2 partlayiş oldu. 3 saniyə içində reaktorun gücü 7%-dən 50% qalxdı.Yanacaq parçalarının soyutma suları ilə qarşılaşmasıyla suyun bir anda buxara dönməsinə yol açdi. Reaktordakı zirkoniumun yüksək istilikdə buxarla qarşılaşmasından yaranan hidrogen yanaraq bütün sentrali alovlara bürüdü. AES-in partlamış 4-cü enerji blokunun təhlükəsiz hala salınması üçün keçirilən “Sarkofaq” əməliyyatında 129 Azərbaycan vətəndaşı da iştirak edib ki, onların hamısı müxtəlif səviyyəli radioaktiv şüalanma alıblar. Hadisə zamanı 7000-ə yaxın insan həlak oldu, 25000 insan güclü radiasiya nəticəsində ömürlük şikəst oldu, on minlərlə insan isə sonsuz qaldı. Bu faciədən sonra Çernobılda doğulan uşaların 90 %-də əlillik yaranır. Hadisədən neçə illər keçsə də, radiasiyanın fəsadları hələ də Avropada dolanmaqdadır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *