Müasir Beynəlxalq qorunan ərazilərin və milli parkların müdafiəsi gününün tarixi XIX əsrin 40-cı illərdən başlayır. Hərəkatın təməlini öz ailəsi ilə birlikdə Nebraska ştatına köçüb gələn Con Sterlinq Morton öz xanımı ilə agac əkməklə bu hərəkatın təməlini qoymuşdur. 1872-ci ildə Morton ştatının Kənd təsərrüfatı idarə heyətinin yığıncağında təklif etmişdir ki, ağac əkmək üçün gün təyin edilsin və bu gün ştatın əhalisi ağac əkməklə məşğul olsunlar. Təklif geniş vüsət almış və məhz həmin gün 1000-dən çox ağac əkilmişdir.