17 aprel Ümumdünya Hemofiliya günü kimi qeyd olunur !

Hemofiliya – qanın laxtalanma xüsusiyyətinin pozulması ilə xarakterizə olunan irsi xəstəlik. Xəstəlik zamanı oynaqlara, əzələlərə və daxili orqanlara öz-özünə, zədə və ya cərrahi müdaxilə nəticəsində qanaxmalar baş verir.

Hətta xırda zədələr nəticəsində hemofiliyalı xəstələrin beyninə və ya digər həyati əhəmiyyətli orqanlarına qan axmasının ölümlə nəticələnməsi ehtimalı yüksəkdir. Hemofiliyanın ağır formasından əziyyət çəkən xəstələr oynaqlara (hemartroz) və əzələlərə (hematoma) tez-tez qan axması nəticəsində əlil halına düşürlər. Hemofiliya hemostazın plazma həlqəsinin pozulmasından irəli gələn hemorraqik diatezlərə (koaqulopatiya) aid edilir.

Tarixdə bu xəstəliyə kral xəstəliyi deyirlər. Belə ki, Fransada kral Lüdoviklər nəslində əsasən oğlan uşaqları bu xəstəlikdən əziyyət çəkirdi. Bu gün isə qan çatışmazlığı dünyada bir problem kimi yaşanan hemofiliya xəstəliyidir. İrsi qan xəstəliyi olan hemofiliya dünyanın bir çox ölkələrində əsasən Asiya, Afrika qitəsində, Aralıq dənizi hövzəsində daha çox yayılıb. Azərbaycanda isə bu xəstəlikdən 1000-dən artıq insan əziyyət çəkir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *