Ümümdünya sağlamlıq günü.

            7 aprel Ümumdünya sağlamlıq günü

1948-ci ildə birinci Ümumdünya Səhiyyə Assambleyası Ümumdünya Səhiyyə Təşkilatının yaradılmasını qeyd etmək üçün Ümumdünya Sağlamlıq Gününün təsis edilməsi təşəbbüsü ilə çıxış etdi. 1950-ci ildən başlayaraq Ümumdünya sağlamlıq günü hər il 7 aprel tarixində qeyd edilir. Hər il Ümumdünya Sağlamlıq Gününün mövzusu ÜST üçün prioritet sayılan bir problemi diqqət mərkəzinə gətirir. Ümumdünya Sağlamlıq Günü diqqəti səhiyyə sahəsində beynəlxalq ictimaiyyətə təsir göstərən başlıca problemlərə yönəltmək üçün dünya səviyyəsində bir imkandır. 

 

 Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) haqqında

Ümumdünya Səhiyyə Təşkilatı Birləşmiş Millətlər Təşkilatının səhiyyə məsələləri üzrə ixtisaslaşmış agentliyidir. O, 7 aprel 1948-ci ildə yaradılmışdır. ÜST-ün Nizamnaməsində müəyyən olunduğu kimi, onun əsas məqsədi bütün insanların mümkün ola biləcək ən yüksək sağlamlıq səviyyəsinə nail olmalarını təmin etməkdir. Sağlamlıq ÜST-ün Nizamnaməsində yalnız xəstəliklərin, yaxud fiziki qüsurların olmamağı ilə deyil, tam fiziki, psixi və sosial sağlamlıq vəziyyəti kimi müəyyən olunur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *