EKOLOJİ MƏDƏNİYYƏT VƏ TURİZM
Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Mədəni turizmin inkişafı məqsədi ilə ekoloji maarifləndirici ustad dərslərinin təşkili” layihəsi çərçivəsində hazırlanıb
Layihənin və Kitabın müəllifi Yüzbaşeva Sevil İsmayıl qızı
AĞACIN YAŞINI NECƏ TƏYİN ETMƏLİ
ekoloji oyun
Əgər ağac kəsilibsə, onda onun yaşını təyin etmək üçün heç bir çətinlik yoxdur. Kötükdəki halqaları saysaq onun yaşını təyin edə bilərik.
Əgər ağac kəsilməyibsə, bəs onda onun yaşını necə təyin edə bilərik?
Bu halda yerdən 1,5 m hündürlükdə ağacın diametrini ölçmək lazımdır. Gəldiyimiz nəticə təqribi olacaqdır. Onun dəqiqiliyi bir neçə faktordan ağacın cinsindən və xüsusiyyətindən asılıdır. Ümumiyyətlə bu üç factordan asılıdır:
- Sürətlə böyüyən ağaclar üçün diametrinin hər 20 sm 10 il – bunlar qovaq, şabalıd və cökə;
- Orta sürətlə böyüyən ağaclar üçün diametrinin hər 15 sm 10 il – yalançıçinar Platanus orientalis;
- Yavaş böyüyən ağaclar üçün diametrinin hər 10 sm 10 il – bunlar palıd, fistıq, vələs.
Bir metr diametri olan palıd ağacının yaşi 100 il ola bilər.