GENDER VƏ EKOLOJİ TƏHSİLƏ YARDIM
Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Təhsil müəssisələrində uşaqlara gender məsələləri və ekoloji tərbiyə ilə bağlı biliklərin verilməsinə yardım” layihəsi çərçivəsində hazırlanıb
Layihənin və Kitabin müəllifi “Eko –Aləm “ İctimai Birliyinin sədri
Sevil Yüzbaşeva
Giriş
Gender anlayışı – bioloji cinsindən asılı olaraq, insanlara cəmiyyət tərəfindən təlqin edilib sosial və mədəni normaların məcmusunu ifadə edir. “Gender” anlayışı yeni məna daşıyan qədim sözdür. Qadın və kişilərin psixoloji xüsusiyyətlərini, davranış modellərini, peşə və fəaliyyətinin növlərini müəyyən edən bioloji cins deyil, sosial-mədəni qaydalardır. Cəmiyyətdə kişi və ya qadın olmaq yalnız bu və ya digər anatomik xüsusiyyətlərə sahib olmaq deyil, həm də cəmiyyət tərəfindən müəyyən edilmiş bu və ya digər gender rolunu icra etmək deməkdir.
Gender – qadın və kişinin cəmiyyətdəki sosial rolunu və vəziyyətini təyin edən sosial model kimi cəmiyyət tərəfindən təşkil edilir. Gender sistemi cinslərindən asılı olmayaraq, insanlara ünvanlandırılan asimmetrik mədəni qiymətləri və gözləmələri əks etdirir. Sosial normalar zamanla dəyişir, ancaq gender asimmetriyası olduğu kimi qalır. Gender cəmiyyətin sosial stratifikasiyası (laylanması) üsullarından biridir. Bu üsullar irq, milliyyət, sinif, yaş kimi sosial demoqrafik faktorlara uyğun olaraq sosial iyerarxiya sistemini təşkil edir. Gender sisteminin saxlanılması və inkişafında əsas rolu insan şüuru oynayır.
Genderin müasir tərifi: insanlar yalnız bioloji olaraq kişi ya qadın cinsinə mənsub doğulurlar, inkişaf prosesində isə, ilk növbədə ailədə və cəmiyyətdə tərbiyə almaqla, onlar oğlan və ya qız olmağı öyrənir, böyüyəndə qadın və ya kişiyə çevrilirlər. Onlar müvafiq davranışa və baxışlara, rol və fəaliyyətə, özgə adamlara necə münasibət bəsləməyi öyrədilirlər. Genderi eyniləşdirən və gender rolunu müəyyən edən də elə bu davranışdır.
Gender – dinamik konsepsiyadır: bir mədəniyyət daxilində kişilər və qadınlar üçün gender rolları mədəniyyət və sosial qruplardan asılı olaraq çox fərqlənirlər; İrq, sinif, iqtisadi şərait, yaş həddi – bunlar hamısı kişilər və qadınlar üçün məqbul sayılan səviyyələrə təsir edir. Bundan başqa mədəniyyət dinamikdir, sosial-iqtisadi şərait isə zaman-zaman dəyişir. Beləliklə, gender anlayışları da dəyişir. Bəzən dəyişikliklər daimi xarakter daşıyırlar. Gender digər fərqləri də dərk etməyə kömək edir: gender fərqlərinin və gender ayrı-seçkiliyinin düzgün (adekvat) dərki bizə digər əsaslarda olan fərqləri və ayrı seçkilikləri anlamaqda köməklik edir.
Gender şüurunun – yaradılması fərdlərin sosial və mədəni stereotiplərin, normaların və təlimatların saxlanması və yayılması vasitəsi ilə baş verir. İnsan doğulandan etibarən gender sisteminin təsir obyektinə çevrilir – uşağa, cinsindən asılı olaraq müxtəlif rəngli pal-paltar, oyuncaqlar alınır. Hətta əksər hallarda oğlan uşağının anadan olması daha böyük fərəhlə qarşılanır. Tədqiqatlar göstərir ki, yeni doğulmuş oğlan uşaqlarını daha çox yedirirlər. Qız uşaqları ilə isə daha çox danışırlar. Ailə tərbiyəsi prosesində (valideynlərin və qohumların simasında), təhsil sistemində (uşaq müəssisələrində tərbiyəçi və müəllimlər simasında), ümumiyyətlə, mədəniyyət prosesində (kitablardan və kütləvi informasiya vasitələrindən) uşaqların inkişafda olan şüuruna gender normaları yeridilir, müəyyən olunmuş davranış qaydaları formalaşdırılır və “əsl kişi” kimdir, “əsl qadın” necə olmalıdır haqqında təsəvvür yaradılır. Sonralar bu gender normaları müxtəlif sosial və mədəni mexanizmlərin köməyi ilə saxlanılır. Öz statusları ilə əlaqədar rol gözləmələrini həyata keçirən individlər mikrosəviyyədə gender fərqlərini və eyni zamanda onların əsasında yaranmış hökmranlıq və üstünlüyü saxlayırlar. Cins və gender anlayışlarının fərqləndirilməsi sosial proseslərin dərk edilməsinin yeni nəzəri səviyyəsini ifadə edir.
80 – ci illərin sonunda feminist tədqiqatçılar tədricən gender tədqiqatlarına keçdi. Burada ön plana insan cəmiyyətinin bütün aspektlərinin, mədəniyyətin və qarşılıqlı münasibətin gender yanaşmaları çəkilir. Müasir elmdə sosial və mədəni proseslərdə və hadisələrin analizində gender yanaşmalardan çox geniş istifadə olunur. Gender tədqiqatların gedişatında ənənəvi gender asimmetriyası və hakimiyyət iyerarxiyasını tamamlamaq üçün cəmiyyətin qadın və kişilərdən tələb etdiyi rollar, normalar, dəyərlər, xarakter əlamətləri nəzərdən keçirilir.
Gender şüuru – Gnder elə belə olaraq mövcud inkişaf modellərinə əlavə oluna, inkişaf və yardım proqramlarına daxil edilə bilməz. Gender şüuru ayrıca və ya əlavə məsələ deyildir. Bu bizim insanları və cəmiyyəti dərk etməyimizi formalaşdıran baxış tərzidir. Gördüyümüz kimi, gender insan şüurunun və münasibətlərinin, əqidə və hərəkətlərinin mərkəzindədir. Biz onu görmürük, lakin biz ona diqqətlə yanaşanda və öyrəndikdə aşkar edirik ki, dünya başqa cür görünür. Gender şüuru – dünyaya yeni gözlə baxmaq və həmişə yeni biliklər üçün açıq olmaq deməkdir. İnkişaf və yardım işlərini yeni baxışla nəzərdən keçirəndə məhz onu görmək olar ki, qadınların və kişilərin tələbatları fərqlidirlər, bu isə indi bütün dünyada sayagəlməz nümunələrdə sənədləşdirilmişdir, əvvəllər bu əksər humanitar agentliklər tərəfindən qeydə alınmırdı. Nəticədə bir çox inkişaf proqramları qadınların vəziyyətini nəinki yaxşılaşdırmış, əksinə, ağırlaşdırmışdır. Bunun başa düşülməsi – inkişafın qadının vəziyyətinə təsirinin öyrənilməsinə gətirmiş və Gender və İnkişaf analizinin başlanğıcını qoymuşdur.
Gender yanaşma – ların bir neçə istiqaməti mövcuddur. Bu gün sosial və humanitar elmlər tərəfindən qəbul olunmuş əsas gender nəzəriyyəsi genderin sosial təşkil olunması nəzəriyyəsidir. Bundan başqa, psevdogender yanaşma da mövcuddur. Burada bu anlayışdan cins sözünün və ya sosial cinsi rolların sinonimi kimi istifadə olunur. Belə vəziyyət o zaman təşəkkül tapır ki, tədqiqatçı müəlliflər şüurlu və ya şüursuz olaraq biodeterminist mövqedə dayanır, gender sözündən isə “daha müasir” mənasında istifadə edirlər. Situasiya hətta o zaman dəyişmir ki, müəlliflər tərəfindən cins bioloji fakt kimi və gender sosial konstruksiya kimi fərqləndirilir ki, əks “genderin” mövcudluğu isə, iki müxtəlif bioloji cinsin inkişafı kimi qəbul olunur. Sosial cins yanaşmasının tipik nümunəsi sosioloqların yalnız qadınlara yönəltdiyi ənənəvi suallardır: “Əgər belə maddi imkan əldə etsəydiniz, evdə oturmaq istərdinizmi?” və ya məşhur “qadın siyasətçi ola bilərmi” mövzusunda sorğu. “Kişi və qadın” peşələri və iş yerlərinin təsviri bu differensiyasının səbəb və məqsədlərinin təhlili ilə müşayiət olunmayan əmək sosiologiyası üzrə tədqiqatlar da psevdogender tədqiqatlara aiddir. Sosial cins yanaşması mövqeyindən izah etmək mümkün deyil ki, nə üçün keçmiş SSRİ – də həkimlərin, hakimlərin və ya bank qulluqçularının böyük hissəsini qadınlar təşkil etdiyi halda, Avropa və Amerikada kişilər təşkil edirdi. Vəziyyət yalnız o zaman aydınlaşır ki, tədqiqatçılar gender nəzəriyyəsi mövqeyindən bu və ya digər peşənin cəmiyyətdəki nüfuzunu və əmək haqqının miqdarını təhlil edir. Aydındır ki, keçmiş SSRİ-də həkimlərin böyük əksəriyyətinin qadınlar olması, onların “anadangəlmə daha şəfqətli və fədakarlığa meylli olması” (biodeterministlərin söylədiyi kimi) və ya bu sosial rolun onların cinsinin nümunəsi olduğuna görə yox (sosial cins nəzəriyyəsi tərəfdarlarının fikrincə), bu işin daha aşağı maaşlı, (məsələn, hərbi-sənaye kompleksi ilə müqayisədə) və ümumiyyətlə az nüfuzlu (məsələn, fəhlələr həkimlərdən daha çox sosial imtiyazlara sahib idilər) olmasına görə idi.
Genderin sosial təşkili nəzəriyyəsi iki postulata əsaslanır:
1. Gender – sosiologiya, əmək bölgüsü, gender rollar sistemi ailə və kütləvi informasiya vasitələrinin köməyilə yaradılır.
2. Gender həm də individlərin özləri vasitəsilə – onların şüur səviyyəsində (gender identifikasiyası) yaranır.
Bu nəzəriyyə gender eyniyyəti, gender ideologiyası və gender rolları anlayışlarından geniş istifadə edir. Gender eyniyyəti insanın öz mədəniyyəti çərçivəsində mövcud olan “qadınlıq” və “kişilik” tərifini qəbul etməsidir.
Gender ideologiyası – gender fərqləri və gender strasifikasiyasına sosial bəraət qazandıran ideyalar sistemidir.
Gender differensiyası – qadın və kişilər arasındakı bioloji fərqlərin sosial mənada verilməsi və sosial təsnifat vasitəsi kimi tətbiq edilməsi prosesidir.
Gender rolu – müəyyən olunmuş sosial təlimatların, daha doğrusu, nitq, manevrlər, geyim, jestlər şəklində cinsə müvafiq davranışların yerinə yetirilməsi kimi anlaşılır.
FEMINIZM
FEMINIZM (lat. femina – “qadın”) – qadınların hüquqları uğrunda ictimai – siyasi hərəkat.
İndiki dövrdə feminizmi müxtəlif formalarda müəyyən edirlər. Çox zaman feminizm qadınların azadlıq uğrunda hərəkatının əsasında duran cinslərin bərabərliyi nəzəriyyəsi kimi anlaşılır. Lakin daha çox onu geniş şəkildə – cinslərin hüquq bərabərliyi təsəvvürlərinə əsaslanan qadın hüquqlarının müdafiəsi üzrə müxtəlif hərəkatlar kimi izah edirlər (bu halda termin qadın hərəkatının sinonimi kimi işlədilə bilər).
Feminizm qadınlara verilən ictimai qiymətləndirmədə ədalətsizliyin olmasının qəbul edilməsindən meydana çıxmışdır. O, qadınların sıxışdırılmasının əsaslarını və səviyyələrini təhlil edərək, onların azadlığına nail olmağa çalışır. Axırıncı heç də birmənalı şəkildə başa düşülmür. Feminizmin ilk dalğası XIX əsr – XX əsrin birinci yarısına təsadüf edir. Onun əsas məzmunu cinslərin hüquq bərabərliyinə nail olmaq uğrunda mübarizədən ibarətdir. XX əsrin ortalarından etibarən feminizmin ikinci dalğası başladı. Onun əsasında qadınların kişilərlə faktiki bərabərliyi uğrunda mübarizə dururdu. 70-ci illərin ortalarında və sonunda Qərbdə, xüsusilə ABŞ – da hərəkat daha kütləvi xarakter aldı. Bu çoxsaylı aksiyalarda bir sıra təşkilatların və bir çox lidersiz və öz ənənəvi anlamında nəzəri strategiyasız kiçik qrupların yaranmasında təzahür etdi. 80 – ci illərin ortalarında feminizmin təsiri bir qədər azalır, tədqiqatçılar bunu qərb ölkələrində neokonservativ istiqamətin möhkəmlənməsi, həmçinin feminizmin öz daxilində yaranan kəskin özünütənqidlə izah edirlər. Əgər 80 – ci illərin ortalarına qədər nəzəriyyəçilər tərəfindən əsasən Qərbi Avropa və Şimali Amerikanın orta təbəqəsindən olan ağ qadının təcrübəsi nəzərdən keçirilirdisə, sonralar digər qrupların və onların spesifik maraqlarının öyrənilməsinin və nəzərə alınmasının zəruriliyi qəbul olundu. Bu hərəkatın yalnız praktikasının deyil, nəzəriyyəsinin də vəziyyətində öz əksini tapdı, hansı ki, get – gedə daha çox qeyri-tarixi faktorlara yönəlmə ilə bağlı kateqoriya və metodlardan imtina edirdi.
Feminizmdə cinsin təcrübəsi deyil, genderin təcrübəsi nəzərdən keçirilir, yəni bioloji-anatomik deyil, mədəni-psixoloji xarakteristikalar, belə ki, praktiki olaraq, cinsin təzahürü və bioloji cinsilik yalnız “qarşılıqlı təsirin insaniləşmə”sinin məhsulu kimi mövcuddur. Müəyyən mədəniyyətə, “insanın təbiəti”nə, onun cins xarakteristikalarına xas olan cins təsəvvürlərinin feminizmə müvafiq aid edilməsi patriarxatla bağlı bir sıra gizli məsələlərin qeyri – tənqidi qəbulu deməkdir. Bura əmək bölgüsünün müəyyən tiplərini, tabeliliyin iyerarxik prinsiplərini, elmin, fəlsəfənin, tərəqqinin mücərrəd-texnoloji anlamını aid etmək olar. Bu səbəblərdən irəli gələrək feminizmdə cinslərarası münasibətlər hakimiyyət münasibətlərinin bir tipi kimi başa düşülür, belə ki, “obyektivlik” adı altında bəşəriyyətin özünün maraqları olan bir hissəsi, eyni zamanda, o biri hissəsinin də maraqlarını təqdim edir. Feminizm nəzəriyyəçilərinin fikrincə, bu tip mədəniyyətlərdə qadın sadəcə “başqası kimi” təqdim olunur. Feminizm nümayəndələri hesab edirlər ki, cəmiyyətin kişi və qadınlara münasibətdə tətbiq etdiyi rasional nəzarət sxemi fərqlənir, bununla bərabər, qadın mənəviyyatı tipi təmin olunmamış qalır. Ona görə də feminizmin məqsədi – qadın mənəviyyatının “susma sferasından” çıxarılmasıdır.
Feminizmin bir sıra istiqamətləri mövcuddur, onlardan bir qismi az tanınmış (məsələn, anarxofeminizm, konservativ feminizm, humanist feminizm), bəziləri isə kifayət qədər geniş müzakirə olunandır (burjua feminizmi, radikal feminizm, liberal feminizm, “Qara feminizm” və s.). Belə bölgünün özünü problematik hesab etmək olar, belə ki, o, feminizm kimi qeyri-ənənəvi dünyagörüşün (özünün nəzəriləşdirmə və praktika üsullarının alternativləri ilə) ənənəvi nöqteyi-nəzərdən qiymətləndirilməsini nəzərdə tutur (məs., burjua və ya marksist feminizm və s.). Amma istiqamətlərin bu bölgüsü hələ də qəbul olunur, baxmayaraq ki, çox zaman o müxtəlif əsaslarla aparılır. Bundan əlavə, feminizm termini elmin müəyyən sahələrinə – ekofeminizm, kiberfeminizm və s. – cins/gender problemini daxil edən yeni istiqamətlərin adına daxildir.
TƏHSIL SISTEMINDƏ GENDER MƏSƏLƏLƏRI
Təhsil sistemi cəmiyyətləri formalaşdırır və onlara xidmət edən cəmiyyətlər tərəfindən formalaşır. Bu, təhsilin bütün səviyyələrinə və mərhələlərinə münasibətdə baş verir, beləki bu məktəbəqədər proqramlardan başlamış, ali məktəbi qurtardıqdan sonra ən inkişaf etmiş təkmilləşmə səviyyələrinə qədər. Təhsildə aşkarlığın, xüsusən də avrointeqrasiya prosesində amil kimi vacibliyinə, respublikada son onillikdə baş verən böyük dəyişikliklər səbəb olmuşdur. Xarici, xüsusilə də Avropa təhsil sisteminə inteqrasiya prosesi daha mürəkkəbdir, belə ki, təhsil mühafizəkar sferadır o, şəffaflıqdan uzaqdır və həm texniki, həm də elmi xarakterli çoxlu problemləri vardır.
Gender və cins fərqli anlayışlardır. Cins və gender arasında fərq əsasən ona görə qoyulmuşdur ki, kişilər və qadınlar nə iş görsələr belə, onların cinsi funksional müxtəlifliyi istisna olmaqla, onlardan nə gözlənilsə də, hər şeyin dəyişə bildiyini və zaman keçdikcə dəyişdiyini, və bu dəyişikliklərə uyğun olaraq sosial və mədəni faktorların da dəyişdiyini xüsusi qeyd etmiş olsunlar. Cins və gender arasındakı konseptual fərq, cins bioloji olaraq irəlicədən müəyyən olunub, gender isə kişiləri və qadınları istənilən icmada xarakterizə etdiyindən, qabaqcadan sosial və fizioloji hal kimi müəyyən edilib. Bioloji və fiziki quruluş (xromosomlar, daxili və xarici orqanlar, hormonal struktur, ikinci dərəcə cinsiyyət əlamətləri) kişi və qadın cinsinin müəyyən edilməsinə əsas verir. Lakin genderi təyin etdikdə kişi və qadın xüsusiyyətlərinin və rollarının sosial və mədəni qavranışına fikir vermək vacibdir. Gender insana sosiallaşma prosesində onun məxsus olduğu cəmiyyətin mədəniyyəti vasitəsi ilə aşılanır. Bir çox mədəniyyətlərdə oğlanları kişilərə xas keyfiyyətli davranışa həvəsləndirir, qızlara isə özlərini qadın kimi aparmalarını öyrədirlər. Məsələn, uşaqlara bağışlanan oyuncaqlar vasitəsilə – oğlanlara silah, qızlara kukla bağışlanılır – və ya müxtəlif intizam tələbləri ilə, yaxud onların çalışıb nail olmaq istədikləri iş və karyera ilə, ya da mətbuatda yaradılan kişi və qadın obrazları ilə öyrədirlər. Uşaqlar doğulduğu məqamdan özlərinin bu və ya digər genderə mənsub olduqlarını öyrənirlər. Onlar dərk etməyə çalışırlar ki, özlərini necə aparsınlar ki, ətrafdakılar tərəfindən kişi və ya qadın kimi qəbul olunsunlar. Onların bütün həyatı boyu bu hal valideynlər, müəllimlər, həmyaşıdlar, mənsub olduqları mədəniyyət və cəmiyyət tərəfindən stimullaşdırılır. Bütün cəmiyyətlər müəyyən cinsə bioloji mənsubluğu gender təsvirinin əsas meyarlarından biri kimi istifadə edirlər, lakin bu sadə başlanğıç, əlamətdən başqa elə iki mədəniyyət tapılmaz ki, onlar bir gender digərindən fərqləndirən başqa əlamətlər üzrə tam razılığa gəlmiş olsunlar. Buna görə də gender rollarına baxışda mədəniyyətlər arasında xeyli fərqlər mövcuddur.
GENDER STREOTİPİNİN UŞAQLARIN TƏRBİYƏSİ VƏ TƏHSİLİNƏ TƏSİRİ
Müasir zamanda cəmiyyətin idarəetmə strategiyasında, cins faktoru nəzərə çarpacaq dərəcədə bir çox ciddi, sosial və pedoqoji tədqiqatların həllində mühüm rol oynayır. Qadın və kişi – bu iki insan tipidir. Onlar arasında olan bu əlaqəyə, Yer planetindəki bütün insanlar arasında olan münasibətin özülünü təşkil edən, bir model kimi baxılmalıdır. XX əsrin 80 – ci illərində başlayaraq, cinslər arasındakı münasibətlərin hümanitar araşdırmaların aparılması diferensial bir xarakter almışdır. Feministlər ilk dəfə olaraq, cinslərin ayrılmasını anotomo – bioloji “cins” və sosial “gender” kimi yəni özündə, qadın kişi münasibətlərini əks etdirən, sosial, təşkil olunmuş qrup və onlar arasındakı münasibətlərə, sosial – mədəni konstruktiv münasibətlər kimi baxmaq ideyasını irəli sürmüşlər. Gender sahəsində tədqiqatların, araşdırmaların aparılması, diqqəti qadın və kişi arasında olan sosial hərəkətlərin, onlar üçün təbiət tərəfindən ayrılan və hər bir fərd üçün tipik olan oxşarlıqların, streotiplərin və rolların öyrənilməsinə kömək edir. Cinslərə mənsubluq, özü – özündə cinslər üçün ayrılmış, sosial imkanlar və hədləri müəyyən etməyə şərait yaradır. Pedoqogika elmi sahəsində gender tədqiqatlarını analiz edərkən görürük ki, uşaqların tərbiyə olunması işində cinslərə ancaq bir tərəfli, cinsi və fizioloji aspektdə münasibət vardır. “Gender” anlayışı isə təmamı ilə yoxdur.
Müasir dövrdə qarşılıqlı gender münasibətləri problemləri istiqamətində aparılan araşdırmalar, sosial – pedoqoji elmi ictimaiyyət arasında əvvəllər olduğu kimi qıcıq doğurmur və bu ideyalardan imtina etmək kimi, fikirlər yaratmır. Pedoqoqların daha böyük hissəsi, istiqamətin spesifikliyindən asılı olmayaraq, getdikcə öz fəaliyyətlərində müxtəlif şəxsi və professional sferada olmaqla, optimal, pedoqoji qarşılıqlı gender münasibətlər modelindən, istifadə edirlər. Müasir cəmiyyətdə qadın və kişi münasibətləri, onlar üçün təbiət tərəfindən ayrılmış, cinsi rollar, xarakterik steriotiplər arasında olan münasibətlər kimi qiymətləndirilir. Uşaqların tərbiyəsinə laqeyd olmayan, bütün tədqiqatçılar, insanlar arasında olan real insani münasibətlərə, harmoniyaya və inkişafa əsaslanaraq, uşaqların cinsi tərbiyə olunması üçün konkret, məqsəd və vəzifələrini, müəyyən etməlidirlər.
XIX əsrin ortalarına qədər kütləvi halda cəmiyyətdə qadın və kişiyə ayrılan srreotip münasibətlər ondan ibarət idi ki, bütün aktiv hərəkətlər kişiyə, passiv hərəkətlər və aşağı səviyyəli münasibət isə kişidən asılı olan qadına aid edilirdi. Belə bir fikir və mövcud münasibət, hər iki cins həm qadınlar və həm də kişilər tərəfindən də qəbul olunmuşdu.
XIX – XX əsrlərdə xaricdə inkişaf etmiş ölkələrdə qadın və kişi münasibətlərdə olan nəzərəçarpan dərəcədə yeni münasibətlər – feminist münasibət – adlanan münasibət meydana gəldi. Yeni streotip olan bu yanaşma nəticəsində qadınların hərəkətlərində aktivlik və müstəqillik yaranmağa başladı. Bu hərəkətlər, cinslər arasınnda təbii dimorfizm (ikiformalılıq) olmasına baxmayaraq, onların mədəni cinsi bərabərliyini təsdiq edir. Feminizm harmoniyalı münasibət, qadın və kişilər arasında tərəfdaş münasibətlərinin qurulmasında özünü daha yaxşı göstərir.
Feminizmin əsas prinsipi – tolerantliq və qarşılıqlıyardım, iki subyektin şəxsi könüllülük əsasında münasibətlərində qarşılıqlıasılılıq, şəxsi keyfiyyətlərə hörmətdir. Müasir zamanda “mədəni fasilə” ilə birlikdə, qadın və kişi münasibətləri streotipini inkar edən – eklektik fikir formalaşmağa başlayır.
Eklektik fikir – insan beynində maskulin – yəni köhnə fikirlərin, yeni feminist fikirlərlə, mexaniki birləşməsinin nəticəsində yaranır. Eklektik streotiplər, iqtisadi siyasətin əsas məsələsi hesab edilən, industrializm və postindustrializm cərəyanlı cəmiyyətlərdə qəbul edilmiş və çox zaman – qadınlar həyatın bütün sferalarında müstəqildirlər – həqiqətləri qəbul edilən, ənənəvi tərbiyə üsulu ilə tərbiyə olunan, feminist tərbiyə alan, yəni hər yerdə qadını müstəqil görmək istəyən və eyni zamanda maskulin illuziyalı kişi ilə toqquşma nəticəsində yaranır. Burada belə bir fikir yaranır: bu streotiplərə malik olan insanların münasibəti, yetişməkdə olan gənc nəslin tərbiyəsində özünü necə biruzə verəcəkdir.
Son illərdə bir sira pedoqoji ədəbiyyatlarda uşaqların cinsi tərbiyə olunması haqqında danışılır. Bir sıra tədqiqatçıların apardıqları, tədqiqaların nəticələrinə görə belə qənaətə gəlinmişdir ki, yeniyetmələrdə, cinsi hərəkətlərə və münasibətlərə daha ciddi yanaşma formalaşdırılmalıdır. Yeniyetmələr tərəfindən sağlam, normal, düzgün hərəkətlərə qərar verildikdə bu düzgün qiymətləndirilməli, onlara yardım etmək üçün inanandırıcı informasiyalar təqdim olunmalı, sağlamlıq üçün fəsadlar törədən erkən hamiləlik, cinsi əlaqələrlə keçən xəstəliklər barədə məlumatlar və biliklər verilməlidir. Amma, bəzi tədqiqatçılar, belə münasibətin “uşaqların zəif qəlbini yaralayar və onlarda yetginlik həyatlarında maneə törədə biləcək komplekslər yaradar” kimi fikirlər söyləməklə, bu tip yanaşmanın əleyhinə çıxırlar. Bir sıra tədqiqatçılar isə hesab edirlər ki, yeniyetmələrin aldıqları məlumatlar onlar üçün faydalı olacaq. Bu səbəbdən bu hərəkətlərə olduqca, həssas yanaşılmalıdır.
Uşaqlara sərhədsiz biliklərin verilməsi bəlkə də, olduqca mühümdür. Sosial – ekonomik, demoqrafik və mədəni krizis keçirən, müasir ölkələrdə isə bu mümkün deyil. Uşaqlara sərhədsiz informasiya azadlığı verərkən, onların, buna psixoloji, əxlaqi, fizioloji və mədəni planda, lazımi səviyyədə yetginliyini nəzərə almaq lazımdır. Demək olar ki, müasir dövrdə bütün keçmiş sovet respublikalarında, kişilər üçün ayrılan bütün əmək sahələrində olduqca az əmək haqqının ödənilməsi, işsizliyin hökm sürməsi, kişilər üçün cəmiyyətdə əsrlərdən bəri mövcud olan standart ənənəvi kişi rolunu qoruyub, saxlamaq getdikcə çətinləşir. Bu səbəbdən onlar stres keçirir, onlarda kompleks yaranmağa başlayır və insanlarla ünsiyyət qurmaqda çətinliklər yaranır. Beləki ki, onlar öz hisslərini ifadə edə və başqalarının hisslərinə cavab verməkdə çətinlik çəkirlər. İndustrialist və postindustrialist cərəyanlı cəmiyyətlərdə isə bundan fərqli olaraq, qadınlar üçün, savadlı, güclü, aktiv, müstəqil və luder olmaq kimi rol ayrılmışdır. Getdikcə belə mühitdə qadınlarda, ana, ailədə qayğıkeş qadın olmaq üçün nə güc və nə də vaxt olmur, bəzi hallarda isə belə, buna olan maraq da itir. Qadını, ailəyə, ailə ocağını yandırmaq və nəsli artırmaq kimi ənənəvi fəaliyyətə qaytarmaq üçün aparılan bir sıra ideoloji kompaniyalar belə, bunun öhdəsindən gələ bilmir.
Müasir sosial – iqtisadi şərait ailə həyatının stabil olmamasına, tez – tez boşanmaların baş verməsi, qadının boşanmadan sonra həyatını sığortalayan, həqiqi gücə malik olan nigah müqavilələrinin bağlanmaması, dövlət tərəfindən ayrılan, cüzi sosial müaminətlər qadınları, tarixi formalaşan – ev qadını statusundan imtina etməyə, ailədən kənarda, iş yerində, dayanıqlı səviyyə qazanmağa sövq edir.
Demokratik cəmiyyətin məqsədi – qadınlar və kişilər arasında sosial bərabərhüquqlu, qarşılıqlı münasibətlər yaratmaq istəyən, onları tək bioloji subyekt kimi yox, şəxsiyyət kimi görmək istəməsidir.
Gender siyasəti – qarşılıqlıyardıma, hər iki tərəfin hüquqlarını başa düşən, ağıllı, düşünülmüş, ölçülüb – biçilmiş, dozümlülük prinsiplərinə əsaslanır.
Bu gün məktəblər, əsrlər boyu formalaşan streotipləri bərpa etməyə şalışmalıdır. Oğlanlarn dərslərdə, xüsusən də əmək və idman dərslərində kişi kimi, müstəqil, qeyri emosional, aktiv, məqsədlərinə çatmaq üçün israrlı olmaq kimi keyfiyyətlərlə tərbiyə olunması alqışlanmalıdır. Qızlara isə bunun əksi olaraq, xoşniyyətli, xoşxasiyyətli, ictimaiyyətdə özünü aparmağı bacarmaq, səliqəli, dözümlü olmaq kimi keyfiyyətlər tərbiyə olunmalıdır.
Cəmiyyətin bütövlükdə, köklü surətdə eklektik və gender münasibətləri ilə zədələnməsi, uşaqlara maskulin və feminist xüsusiyyətlərinin tətbiq edilməsi, iki cins arasında pozitiv münasibıtlırin yaranmasına səbəb ola bilər.
Məktəbəqədər müəssisələrdə və məktəblərdə əmək haqqı aşağı olduğundan, pedoqoqların perspektivi olmadığından kişilər məktəblərdə çalışmır və demək olar ki, bütövlükdə uşaqların tərbiyəsi ilə qadınlar məşğul olur. Elə buna görədə oğlan uşaqları, kişilərlə az ünsiyyətdə olur və özünü kişi kimi aparmağa və özündə kişi cinsi modeli haqqında təsəvvürləri formalaşdıra bilmir. Bunun nəticəsi olaraq, illər ərzində qurulmuş dəyərlər devalivasiya uğrayır.
Məktəb – bu sosial mühitdə uşaqlar, ictimai münasibətlərdə aktiv subyektlər kimi çıxış edir, qarşılıqlı əlaqələr qururlar, onlar üçün avtoritet olan böyüklərlə, müəllimlərlə ünsiyyətdə olurlar.
Uşaqlarin beynində gender sreotipləri haqqında fikirlər məktədə formalaşır. Bununla əlaqıdar olaraq, məktəb uşaqların potensial imkanlarını inkişaf etdirməli, harmoniyaya əsaslanan tərəfdaşlıq münasibətlərinin qurulmasına yardım etməlidir. Təəssüflər olsun ki, məktəblərdə çalışan müəllimlərin əksəriyyəti qadınlardır. Kiçik əmək haqqı, istrahət, müalicə, ailədə və şəxsi həyatda olan streslər məktəb müəllimləri üçün problemlər yaradır və bütün bu halların neqotiv təsiri isə uşaqlarda öz əksini tapır.
Müəllimlərin sosial – iqtisadi həyatının yüksəldilməsi, onların heç kimə lazım olmayan mənasız, bürokratik məsuliyyətdən azad edilməsi və bu sahədə çalışmalarına ehtiyac olan kişilərin cəlb olunmasına səbəb olar. Məktəblərin – uşaqların fızıkı – emosional imkanlarını fasilələrdə istifadə etmələri üçün idman, vətənpərvərlik təbliğ edən oyunlar, tədris olunan fənlərə aid səhnəciklər göstərmək üçün xüsusi ayrılmış (rəqs etmək, müxtəlif oyunlar oynamaq) və avadınlıqlarla təchiz olunmuş məkana ehtiyacı vardır. Bütün bu pozitiv hərəkətlər, ümumi insani dəyərlərin inkişafına xidmət etməklə yanaşı, gender – pedaqogikası konsepsiyasına daxil olmalı və uşağın müasir cəmiyyətdə inkişaf etməsinə və böyüyərək öz yerini tutmasına yardım etməlidır.
EKOLOJİ TƏHSİLİN GENDER MƏSƏLƏLƏRİ
AZƏRBAYCANDA GENDER VƏ EKOLOJİ TƏHSİL
BMT-nin ətraf mühit və inkişaf üzrə konfransı tərəfindən qəbul olunmuş “XXI əsrin gündəliyində” də qeyd olunur ki, “formal təhsilin, əhalinin məlumatlandırılmasının yüksəldilməsini və peşəkar hazırlığı elə bir proses kimi tanımaq lazımdır ki, bu prosesin köməyi ilə insan və cəmiyyət öz potensialını bütövlüklə aşkar edə bilsin. Maarifçilik, ölkələrin davamlı inkişafında, ətraf mühit və inkişaf məsələlərinin həllində imkanların genişlənməsi üçün böyük əhəmiyyət kəsb edir”.
Ekoloji təhsilin quruluşu 80 – ci illərdə H.Ə.Əliyev, Ş.Q.Qlazaçov, A.N.Zaxlebnıy kimi ictimai xadim və alimlər tərəfindən ifadə edilmiş metodoloji prinsiplərinə əsaslanır. İlk təsəvvürlərə görə, bəşəriyyət özünün əmələ gəlməsi, mövcudluğu və gələcəyi ilə təbiətlə bağlıdır; bəşəriyyət tarixi, təbiət tarixinin bir hissəsidir; təbii mühitinin tamlığı biosferdə təbii həyatın əsasını təşkil edir. Ekoloji cəhətdən sağlam olan mühitin keyfiyyəti, sosial şəraitlə yanaşı insanın fiziki və mənəvi sağlamlığının əsasıdır; əmək, insanın, cəmiyyətin təbiətlə qarşılıqlı əlaqəsinin əsası, təbiətin dəyişməsinin səbəbidir; təbii mühitin dəyişməsi labüddür, lakin onun hüdudları var, ona görə də şüurlu insan fəaliyyətinin məqsədlərində, təbiət qanunlarının təzahürləri hərtərəfli nəzərə alınmalıdır və s.
Alimlər tərəfindən ekoloji təhsilin spesifik prinsipləri işlənib hazırlanmışdır: idrak – duyğu-fəaliyyət birliyi prinsipi; fasiləsizlik prinsipi; ekoloji problemlərin təhlilinə və həlli yollarına olan qlobal və Milli yanaşma arasında qarşılıqlı əlaqə prinsipi; fənlərarası əlaqə prinsipi və ekoloji təhsilin əsasını təşkil edən digər prinsiplər. “Spesifik” qrupa daxil olan birinci prinsip, müəllimləri, təbiətin şüurlu dərk edilməsini və insanın təbiətdəki yerini genderdə olan əsas – emosional təsiri ilə uyğunlaşdırılmasına istiqamətləndirir. Fasiləsizlik prinsipinə, məşğələlər sistemində, eləcə də ictimai – faydalı əməyin bütün növlərində genderin ətraf mühitə məsuliyyətli münasibətinin təşəkkülü və inkişafı prosesini təmin edən təşkilatipedaqoji şərt kimi baxılır. Ekoloji təsirin məzmununu bilik və dəyrlərə istiqamətləndirmə kimi vacib komponentlər təşkil edir. A.N.Zaxlebnının fikrinə görə, ekoloji təhsil sisteminin özəyi, bir-biri ilə qarşılıqlı əlaqədə olan dörd komponentdən ibarətdir: dərketmə komponenti – təbiət və cəmiyyət arasında qarşılıqlı əlaqənin səciyyəsi, qlobal ekoloji problemlər və onların həlli yolları və s. haqqında əsas ideyalar; dəyərləndirmə komponenti – təbiətin çoxcəhətli ictimai və xüsusi əhəmiyyəti ilə bağlı dəyərlərin istiqamətləndirilməsi; normativ komponent – təbiətdən istifadənin mənəvi və hüquqi normalarının əsasları, ətraf mühitdə davranış qaydaları; fəaliyyət komponenti – ekoloji xarakterli dərk etmənin və əməli bacarıqların formalaşmasına yönəldilən fəaliyyət növləri və üsulları.
Ekoloji təhsil – bütün təhsil sisteminin həm keyfiyyətini artıran, yalnız təbiətə deyil, həm də cəmiyyətə, insana (ekohumanizm) başqa münasibəti formalaşdıran təbii və üstün hissəsidir. Təhsilin ekologiyalaşdırılması yeni dünya anlayışının, həmçinin noosfer – humanitar və ekoloji dəyərlərin formalaşmasına əsaslanan fəaliyyətə yeni yanaşmanın təşəkkül tapması deməkdir.
Hal-hazırda ekoloji təhsilin metodikası kifayət qədər yayılmasa da, bu sahədə, şübhəsiz, irəliləyiş müşahidə olunur. Ekoloji mövzuların müntəzəm genişlənməsi, o cümlədən alı təhsil sistemində onların sosial bazasının möhkəmləndirilməsi mövcuddur. Ekoloji təhsilin əhəmiyyəti qanunvericilik aktlarında təsbit edilmişdir. Ekoloji təhsilin nəzəri və praktiki sahəsində aparılan elmi tədqiqatların həcmi xeyli artmışdır. Nəticədə demək olar ki, ekoloji təhsil bütün ekoloji təhsil sisteminin islah edilməsinin vacib amilinə çevrilir. Ekoloji təhsilin ali məktəblərdə kifayət qədər inkişaf etməməsi onunla izah olunur ki, tarix ölçüləri baxımından, o hələ indi yaranır. Elm və tədrisin predmeti olaraq, ekologiyanın bir çox sahələrində olan problemlər, onların həll edilənlərdən daha çoxdur. Nəticədə ekologiyanın tədrisinin səmərəsi hələlik qeyriqənaətbəxşdir. “Müəllim – ekologiya üzrə mütəxxəssis” ixtisası kimi ixtisaslar üzrə kadr hazırlığı hələ başlanğıc mərhələsindədir. Ekoloji təhsil ilə bağlı problemlərin həlli, onun elmi əsasları bütöv strukturunun formalaşmasına kömək edə bilərdi. Aparıcı mütəxəssislərin rəyinə görə belə struktur bir sıra elementlərdən ibarət olmalıdır: pedaqoji ali məktəb tələbəsinin ekoloji təhsili, onun ümumi mədəniyyətinin təbii elementi kimi; ekoloji mədəniyyətin inkişaf etməsinin şərti kimi ali məktəbdə humanist mühitin formalaşması; təhsilin peşəkar hazırlığı səviyyəsində dərs demək üçün müəllim-ekoloqların hazırlanması. Otuz ilə yaxındır ki, genderin ekoloji təhsili sahəsində işlər aparılır. Bu dövr ərzində ekoloji təhsilin məqsədinin dəyişməsinin təhlili göstərir ki, 1970-ci illərin əvvəllərində o, yalnız maarifçilik kimi başa düşülürdü. (Qeyd edək ki, həmin zaman bir sıra ölkələr tərəfindən təbiətin mühafizəsinin və ekoloji təhsilin ekoloji problemlərinin həllinə yönəldilən fəaliyyətin zəruri olması artıq dərk edilmişdi.) 1980-ci illərin ikinci yarısında ekoloji təhsilin məqsədi, ekoloji mədəniyyətin formalaşması və təbii mühitin mühafizəsinə qayğı səviyyəsinə yüksəldi. 1990 – cı illərin əvvvəllərində təbiətə məsuliyyətli münasibətin formalaşması və ekoloji təfəkkürün təşəkkülü ön plana çəkildi. Hazırda ekoloji təhsilin məqsədi ekoloji mədəniyyətin (dünyagörüşü, əxlaq və hüquq normalları, insanların ünsiyyət formaları və üsulları, biliyi, vərdişləri daxil olmaqla) ətraf mühitə və öz sağlamlığına qarşı məsuliyyətli münasibətin yaradılmasından ibarətdir.
Genderin özünüreallaşdırması və şəxsiyyətin inkişafı, onun ekoloji şüurunun təşəkkülü, ekoloji problemlərin həllində onun şəxsi iştirakını təmin etmək üçün zəruri bilik və bacarıqların
mənimsənilməsinə cəhdlərin vacib olmasının dərk edilməsi də önəmlidir. Ekoloji təhsilin təcrübəsində istifadə olunan metodika, çox vaxt fundamental tətbiqi ekologiyanın nəzəri əsasları sahəsində xüsusi biliklərin verilməsinə yönəldilir. Bunula yanaşı məlumdur ki, genderin ətraf təbii mühit sahəsində olan bilik səviyyəsi ilə ona qarşı şüurlu və diqqətli münasibət arasında əlaqə yoxdur. Xüsusi biliklərin verilməsinə istiqamətlənmiş metodikaya əsaslanan ekoloji təhsil modeli, gələcəkdə, şərti olaraq, “ənənəvi” adlandırılacaq. Ənənəvi model genderin direktiv məlumatlandırılması (biliklərin bilavasitə müəllimdən təhsil alana verilməsi) üzərində qurulub, buna görə də direktiv informasion modeli kimi səciyyələndirilə bilər.
Ekoloji təhsilin humanist modeli (ETHM) genderin özünüreallaşdırmasının və şəxsiyyət inkişafının əsas şərtləri olan ətraf mühitə qayğı göstərilməsinə və sosial – ekoloji problemlərin həllinə istiqamətlənir. Ekoloji təhsilin direktiv informasion modelindən humanist modelinə surətli keçidin zəruriliyi ekoloji şəraitin gərginləşməsinə, biosferanın, dünya iqtisadiyyatının gələcək vəziyyətinə və insanların rifahının aşağı enməsinə dair həyəcanlı proqnozlardan irəli gəlir.
ETHM – in ideyaları ənənəvi modeli zənginləşdirərək, hər yerdən müəllimlərin təcrübəsinə nüfuz edir. ETHM mövqeyindən müəyyənləşmiş məqsəd ənənəvi modelin məqsədindən daha genişdir. Burada şəxsiyyətin inkişafı nəzərə alınıb. “Ətraf mühitə və öz sağlamlığına qarşı məsuliyyətli münasibət (ənənəvi model)” kimi xülasə edilmiş fikir, bir tərəfdən, fəaliyyət istiqamətli qlobal təfəkkür mövqeyindən ifadə olunan ümumiyyətlə ətraf mühitə qayğı alt məqsədinə, digər tərəfdən həyat keyfiyyətinin yüksəldilməsi alt məqsədinə uyğundur. Həyat keyfiyyəti yalnız sağlamlıqla deyil, həmçinin həyatın tamlığı, ətraf mühitin vəziyyəti və ekoloji problemlərin həllindən asılı olan insan tələbatlarının ödənilməsi dərəcəi ilə müəyyənləşir. Əhəmiyyətlidir ki, ETHM-in mövqeyində məqsəd təhsil alanlar tərəfindən müəyyən xüsusiyyətlərin formalaşmasına tələbin olmaması kimi yox, onların təşəkkülü üçün şəraitin yaradılması kimi görünür. Bilik və bacarıqların, lakin abstrakt biliklərin deyil, mövcud ekoloji problemlərin həllində insanların şəxsi iştirakını təmin edən və yeni ekoloji problemlərin qarşısını almaq üçün lazım olan bilik və bacarıqların mənimsənilməsinə şüurlu cəhdlərin zəruriliyinə xüsusi fikir verilir.
Ekoloji təhsil – insanın özü və gələcək nəsilləri üçün daha yaxşı həyat keyfiyyətini təmin etmək məqsədi ilə insanların təbiətlə ahəngdar yaşamağa can atması deməkdir. Axı həyatın keyfiyyəti – varlığın tamlığı ətraf mühitin vəziyyətindən və ekoloji problemlərin həll olunmasından asılıdır. Ekoloji təhsil sosial – ekoloji problemlərin həlli üçün zəruridir. İnsanların təbiətə olan münasibəti haqqında danışanda, bizə elə gəlir ki, “ekoloji təhsil” və “mədəniyyət” anlayışları arasında bərabərlik işarəsini qoymaq olar. Həqiqətən də əgər mədəniyyət anlayışı dünyagörüşü, əxlaq və hüquq normaları, bilik və vərdişləri, intellekt səviyyəsi, insan ünsiyyətinin növləri və üsulları kimi başa düşülürsə, onda ekoloji təhsil və mədəniyyət demək olar ki, üst-üstə düşür. Beləliklə, 25 ildən artıqdır ki, bütün postsovet məkanında ekoloji təhsil sahəsində işlər aparılır.
Ekoloji təhsil = mədəniyyət + …
Lakin bu müddətdə ətraf mühitin vəziyyətinin yaxşılaşdırılması barədə danışmağa dəyməz. Səmərəsizliyin səbəbini müəllim ekoloqların həll etməyə çalışdıqları məsələlərin ifalə edilməsində axtarmaq lazımdar. Ekoloji təhsilin məzmununun və təşkilinin təhlili göstərir ki, 80 – ci illərin II yarısında ekoloji təhsir ölkəmizdə ekoloji mədəniyyətin formalaşması və mühitin mühafizəsi kimi başa düşülürdü. 90 – cı illərin əvvəlində təbiətə məsuliyyətli münasibətinin formalaşması və ekoloji təfəkkürün təşəkkülü ön plana çəkildi. Bunun nəticəsində insanların qüvvəsi ilə təbii mühitin mühafizəsi kimi vacib məsələ kölgədə qaldı. Davamlı inkişaf konsepsiyasının meydana gəlməsi ilə bağlı son illər yeni vəziyyət yaranmışdır. Bir sıra dövlətlər davamlı inkişaf proqramlarının reallaşmasını rasional səviyyədə qəbul edir. Fransız bioloqu Rene Dübonun geniş yayılmış ifadəsində (qlobal düşünmək, lokal hərəkət etmək) bizə lazım olan iki toplanan vardır : qlobal təfəkkür və fəaliyyət. Onları formula əlavə etsək, onda yaza bilərik:
Ekoloji təhsil = mədəniyyət + qlobal təfəkkür + fəaliyyət…
Ekoloji təhsil davamlı inkişaf üçün lazım olan sosial bazanın formalaşmasına kömək edir. Bu mərhələdə ekoloji təhsilin məqsədi davamlı inkişafın reallaşmasına qadir olan nəslin formalaşması üçün şəraitin yaradılması kimi başa düşülə bilər. Müvəffəqiyyətin əldə edilməsi üçün tədris proqramları, ekoloji təhsilin məqsədlərinə və dəyərlərinə daha uyğun olan təhsil yanaşmalarına əsaslanmalıdır. Proqramm yalnız pedaqoji texnologiyalar vasitəsi ilə yenidən dərk edildikdə maraq doğurur. Belə olduqda o, müəllim və tələbə fəaliyyətinin vacib məhsuludur. Bu halda pedaqoji texnologiyalar dedikdə təlimin forma, metod və vasitələrin cəmi nəzərdə tutulur.
Beləliklə ekoloji təhsilin formulunu təkmilləşdirmək olar:
Ekoloji təhsil = (mədəniyyət + qlobal təfəkkür + fəaliyyət) x (pedaqoji texnologiyalar + tədris prosesinin səmərəliliyin qiymətləndirmə meyyarları)
Ekoloji təhsilin səmərəlilik meyarı nəsillərin növbələşməsi müddəti ilə müqayisə oluna bilən vaxt ərzində yerli ekoloji vəziyyətin yaxşılaşdırılması ola bilər. Lakin ekoloji təhsilin qarşısında böyüməkdə olan nəslin dünyagörüşünün dəyişdirilməsi məqsədi də qoyulur. Ekoloji təhsilə iki vuruğun hasili kimi baxmaq olar: onlardan birincisi nəyi öyrətmək, ikincisi necə öyrətməkdədir (tədris metodologiyası). Asanlıqla görünür ki, metodologiyanı yaxşı bilməmək bütün sağ hissəni sıfra çevirir, yəni təhsil prosesini mənasız edir. Eyni zamanda formul göstərir ki, ekoloji təhsil müəllimin üzərinə böyük məsuliyyət qoyaraq ondan yüksək mədəniyyət, qlobal təfəkkür tərzi və tədris prosesinin elə təşkil etmək bacarığını tələb edir ki, nəticədə tələbələr mümkün olan sosial ekoloji fəaliyyət göstərə bilsinlər. Davamlı inkişaf konsepsiyası antroposentrik və ekosentrik yanaşmaların nisbəti məsələsinin mərkəzi yer tutduğu təbiətlə cəmiyyətin qarşılıqlı təsiri nəzəriyyəsinin müasir inkişaf mərhələsidir.
Müasir ekoloji dünyagörüşünün əsasını antorposentrizmin və ekosentrizmin bir – birinin qarşılıqlı tamamlanması və tənzimlənməsi haqqındakı təsəvvür təşkil edir ki, bu da öz əksini davamlı inkişaf konsepsiyasında tapmışdır.
Davamlılığının əsaslarının (böhranların və inkişaf proseslərinin idarə edilməsinin, dayanıqlı vəziyyətdə keçidin qanunauyğunluqları və mexanizmləri) işlənilməsinə xüsusən kibernetika, sistemlərin ümumi nəzəriyyəsi özünütəşkil nəzəriyyəsi baxır. Davamlı inkişaf üçün təhsilin etik əsaslarının işlənilməsi ekoloji etikanın üzərinə düşür.
Ekoloji etika – yalnız insanlara və ətraf mühitə görə deyil, həmçinin gələcəyə və hələ doğulmamış nəsillərə görə məsuliyyət daşıyır, çünki bu nəsillərin də azad inkişafının zəmini olan tam yararlı ətraf mühitə hüququ var. Fundamental və tətbiqi biliklərin nisbəti məsələsində davamlı inkişaf üçün təhsil konsepsiyası iki fikrə əsaslanır.
1. Dünyanı anlayış tərzinin əsasını təşkil edən və ölkəmizin məktəblərində ənənəvi tədris olunan fundamental biliklərin öyrənilməsinə təhsil alanların istiqamətləndirilməsinin saxlanılması zəruriliyi. Bununla əlaqədar, konsepsiyada dünyanı anlayış tərzi ilə tanışlıq nəzərdə tutulur.
Davamlı inkişaf üçün təhsil müasir təhsilin humanistləşmə, sosialogiyalaşma, ekologiyalaşma, sənətşünaslıq və digər hərtərəfli sahələrin inkişafına əsaslanır ki, onlar da gənc nəslin dövlət təhsil standartlarına uyğun olan ümumi mədəniyyətinin təşəkkül tapmasına kömək etsinlər.
2. Davamlı inkişaf üçün təhsil, gündəlik praktik həyatın əsaslarından biridir. Buna görə də tətbiqi bilik, bacarıq və vərdişlərin formalaşması, mürəkkəb sistemlərin idarə edilməsi məsələlərində təhsil alanların səriştəsinin artırılmasına yardımın vacibliyi vurğulanmalıdır.
Davamlı inkişaf konsepsiyasının əsas potensialı tətbiqin siyasəti və təcrübəsindədir. Davamlı inkişaf üçün təhsil, yalnız və bir o qədər nəzəriyyəni deyil, nə qədər ki, aşağıdakıları təklif etməlidir: konsepsiyanın reallaşdırma perspektivi haqqında anlayışı; yerli cəmiyyətlərin sabitliyinin təminatı, onlardan hər birinin və bütövlükdə cəmiyyətin ətraf təbii mühitdə olan təsirinin azaldılmasının təminat üçün lazım olan təlabatların nəzərə alınması; inandırma səriştəsi və təcrübəsi, yerli cəmiyyətin nümayəndələrinin çox hissəsinin qərar qəbul etmə prosesinə cəlb edilməsi (yerli özünüidarəetmənin inkişafına uyğun); tələbatın şüurlu surətdə məhdudlaşdırılmasına əsaslanan dəyərlərin mənəvi sisteminin təşəkkülü üçün şərait, kəmiyyət artımına deyil, keyfiyyətli inkişafa istiqamətləndirilmə.
Tədqiqat predmetini sosio – ekoloqo – iqtisadi sistemlərin sabit şəraiti, tarazlaşdırılmış planlaşdırma və məhəlli qurumların, resusların, təsərrüfat sahələrinin davamlı idarə olunması təşkil edir. Davamlı inkişaf üçün təhsilin məzmunu sosial, iqtisadi və ekoloji məqsədlərə uyğun olaraq üç aspektlə müəyyən edilir:
1. sosial – insan hüquqları, konfliktologiya, həyat fəaliyyətin təmin edilməsi, etnoqrafiya, antropologiya, akmeologiya (ictimai fəallığın inkişafı, ekstremal vəziyyətdə davranış, yerli ənənələr və təsərrüfataparma xüsusiyyətlərinin qeydə alınması, dəyərlər orientasiyası, həyat keyfiyyətinin yüksəlməsi) sahələrində təhsil;
2. iqtisadi – iqtisadiyyatın idarə edilməsinin inkişaf imperativinin formalaşmasına yardım (resursların qorunması və bərpası, ərazilərin, resursların və təsərrüfat sahələrinin uzun müddətli perspektivdə davamlı idarə edilməsi);
3. ekoloji – ekosisteminin bütövlüyünü, biosferanın aparıcı qabiliyyətinin, bioloji müxtəlifliyinin, ətraf mühitin keyfiyyətinin mühafizəsi.
Davamlı inkişaf-kompleksli, təbiət, sosial və iqtisadi məsələ olduğuna görə, dayanıqlı inkişaf üçün təhsil kontekstində fənlərarası mahiyyəti sosial, iqtisadi və təbii elmi biliklərin bir-birinə təsiri kimi ən geniş mənada başa düşülür. Ekoloji təhsilin davamlı inkişaf üçün adi təhsildən köklü fərqi ondadır ki, sivilizasiyanın müasir qlobal böhranı mahiyyəti ekoloji böhran kimi yox, idarəetmə böhranı kimi başa düşülməsindədir. Davamlı inkişaf konsepsiyası – cəmiyyətin ətraf mühitin çox tez dəyişən şəraitinə uyğunlaşa bilməməsi, özünütənzimləmə və səmərəli idarəetmə qabiliyyətinin itirilməsi nəticəsində yaranmış böhrana qarşı reaksiyasıdır. Böhrandan çıxış – genden tərəfindən yaradılmış sistemlərin və təbiətin qarşılıqlı təsir növünün fəaliyyəti böhrana gətirib çıxaran sosial sistemlərin islahatı vasitəsi ilə dəyişdirilməsində, yəni idarəetmənin islahatı, sabit idarəetmənin nəzəriyyəsinin və praktikasının inkişafındadır. Davamlı inkişaf üçün təhsilin öyrənmə predmeti sosial təbii sistemlərin davamlılıq şəraiti, tarazlaşdırılmış planlaşdırılma və məhəlli qurumların, resurslar və təsərrüfatların davamlı inkişafıdır. Tarazlaşdırılmış planlaşdırma dedikdə, biz, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında tarazlığı nəzərdə tuturuq (varlı ölkələr tərəfindən tarazlığın zəruriliyinin dərk edilməsinə sübut olan antiqlobalizm və beynəlxalq terrorizm və s. bu kimi hadisələrə məhz tarazlığın pozulmasına qarşı reaksiya kimi baxılmalıdır). Dövlət, əhali, biznes marağların tarazlığı haqqında (məhz sektorlararası maraqların narazılığı cəmiyyətdə bir çox ziddiyyətlərin yaranmasına gətirib çıxarır):
– hazırda yaşayanların və gələcək nəsillərin tələbatları, maraqları arasında tarazlıq haqqında;
– müasir şəraitin nəzərə alınmaqla, təbiətdən istifadənin ənənəvi formaları və yeni texnologiyalar arasında tarazlıq haqqında;
– və şübhəsiz ki, müasir deyişkən dünyada baş verən hər hansı bir ictimai təbii proseslərin və hadisələrin müzakirəsində ictimai, iqtisadi, ekoloji amillərin tarazlığı haqqında.
Davamlı inkişaf üçün təhsil çərçivəsində strateji planlaşdırmanın (və müxtəlif maraqların nəzərə alınması metodu kimi strateji marketinqin) öyrədilməsi, ətraf ictimai – təbii mühitdə ölçülən müsbət dəyişikliklərin əldə olunmasına yönəlmiş tədris layihə fəaliyyətinin həyata keçirilməsi zəruridir. Davamlı inkişaf üçün təhsili ekoloji təhsildən fərqləndirən əsas məsələ əhalinin bütün təbəqələrinin davamlı idarəetmə sahəsində praktik hazırlanmasıdır. Davamlı inkişafın reallaşdırılması üçün əsas mexanizm: dünya birliyi, dövlətlər, regionlar, yerli cəmiyyətlər qarşısında duran ictimai, iqtisadi, ekoloji problemlərin kompleks həlli prosesində cəmiyyətin bütün sektorları – dövlət orqanları, sahibkarlıq strukturları, ictimaiyyət nümayəndələrinin qarşılıqlı təsiri olmasındadır. Bu mexanizm davamlı inkişaf konsepsiyasının təcrübədə tədqiqi nəticəsində təkmilləşdirilmiş və ərazilərin, resursların, təsərrüfat sahələrinin davamlı inkişaf etdirilməsinə dair milli və yerli layihələrdə özünün daha geniş əksini tapmışdır. Ekoloji təhsilin və davamlı inkişaf üçün təhsilin öyrənilmə predmeti və vəzifələri fərqlənir. Təhsil məsələləri həll olunmayıb, buna görə də metodikanın xeyli təkmilləşməsi tələb olunur. Ekoloji təhsil olub, var və olacaq, çünki ekosistemlərdə cərəyan edən proseslərin dərk edilməsinin, təbiəti hissetmə və anlamaq qabiliyyətinin, təbiətə diqqətli münasibətinin və ətraf mühitin vəziyyəti ilə bağlı təşvişin ekoloji problemlərin həllinə doğru cəhdlərin təminatına ancaq ekoloji təhsil imkan yaradacaq. Ekoloji təhsil və davamlı inkişaf üçün təhsil birgə inkişaf etmək iqtidarındadır və bu, onların borcudur.
Bu gün Azərbaycanda ekoloji problemlərin sayı az deyil. Problemlərin əsas səbəbi ətraf aləm, onun quruluşu sabitlik qanunları haqqında kifayət qədər məlumatın olmamasındadır. Lakin ekoloji böhran heç də çıxılmaz vəziyyət və ya dünyanın sonu deyil, hər bir böhran kimi, bu da hansısa köhnəliyin sonu və hansısa yeniliyin başlanğıcıdır. Yenilik, mühitin keyfiyyətinin pisləşməsi, təbii biogeosenozların deqradasiyası, ehtiyatların tükənməsi ilə səciyyələndirilən yeni şəraitə, insanların mədəni sürətdə uyğunlaşması üçün yolların axtarılmasından ibarətdir. Hər hansı bir böhrandan çıxış, dəyərlərin yenidən qiymətləndirilməsi, vəziyyətin başqa cürə dərk edilməsi, fəaliyyətə yanaşmalar və prinsiplərin dəyişdirilməsi ilə onlar isə öz növbəsində, yeni bilik və onu qavrayan insanlarla bağlıdır. Ekoloji böhranın digər böhran növlərindən əsas fərqi ondadır ki, o cəmiyyətdəki həyatın bütün sahələrini bürüyür. İnsanların bir-birinə olan münasibəti insanların heyvanlara və bitkilərə, yaşayış yerinə olan münasibətlər – bunların hamısı ekoloji münasibətlərdir və beləliklə hər şeyin əsasında hamının , xüsusi ilə böyüməkdə olan gənc nəslin ekoloji təhsilləndirilməsi durur. Ekoloji təhsilin yeni funksiyası yaranır: o cəmiyyətin ekoloji cəhətdən təhlükəsiz vətəndaş dünyasına tərəf addımlamasını təmin edən davamlı inkişaf üçün təhsilə çevrilir. Ekoloji təhsil respublikamızın ekologiya sahəsindəki siyasətində əsas yer tutmalıdır. Ekoloji təhsilin strateji məqsədi ekoloji etika olmalıdır və bu etika cəmiyyətdə normaya çevrilməlidir. Bunun üçün Azərbaycanda əhalinin bütün qruplarını əhatə edən fasiləsiz ekoloji təhsil, tərbiyələndirmə və maarifləndirmə sistemlərinin yaradılması və inkişaf etdirilməsi tələb olunur. Baza təhsili bir sıra aspektlər üzrə zəmin yaradır ki, əhali ətraf mühitin vəziyyətinin pisləşməsinə tab gətirə bilsin, qidalanmanın keyfiyyətini yaxşılaşdıra, yoxsulluq problemləri ilə daha fəal mübarizə apara bilsin. Baza təhsilinin səviyyəsinin yüksəldilməsi və təhsil almaq imkanlarının genişləndirilməsi (xüsusilə qızlar və qadınlar üçün ) sağlamlığın müxtəlif aspektlərinə də böyük təsir göstərir. Gender baxımından davamlı inkişaf üçün konseptual əsaslanmış maarifləndirmə iqtisadi, ekoloji və ictimai, o cümlədən gender aspektləri əhatə edən bölmələrarası məsələ kimi təqdim olunur. Respublikamızın ekoloji vəziyyəti, insanların səhhətinə böyük təsir göstərdiyinə görə onların məlumatlandırılmasının yaxşılaşdırılması, sağlamlığın mühafizəsi və uşaqların, həmçinin onların valideynlərinin, sosial müdafiəsi üzrə mütəxəssislərin hazırlanması işi çox vacibdir. Buna görə də, təhsil sistemində gender tarazlığının yaradılmasına, xüsusən də, kişi müəllimlərin ibtidai, orta və ixtisas məktəblərin cəlb olunmasına səy göstərilməlidir. Ekoloji təhsil, ümumiyyətlə təhsil kimi insan hüquqlarından biri olub Azərbaycanda davamlı inkişafa nail olmaq kimi məqsədlərin reallaşması üçün vacib vasitələrdən biridir.
Hüquq bərabərliyini gözləyən ekoloji təhsil faydalıdır, çünki o, kişilər və qadınlar arasında bərabərhüquqlu münasibətlərin inkişafına köməklik göstərir. Ekoloji təhsilin alınmasında bərabərliyin və imkanlarına olması ona görə lazımdır ki, ekoloji dəyişikliklərdə daha çox qadın və kişi fəal iştirak edə bilsin.
Bu gün Azərbaycanda təhsilin ekologiyalaşdırılması aparılır. Bu da ekoloji fikirlər, anlayışlar, prinsiplər, yanaşmaların digər fənlərə nüfuz etməsi, eləcə də müxtəlif profillər üzrə ekoloji cəhətdən savadlı mütəxəssislərin – həm kişilər, həm də qadınların hazırlanması deməkdir. Ekoloji təhsil ilk növbədə ali təhsil müəssisələrində mütəxəssislərin hazırlanmasından asılıdır. Bu sahədə bizim problemlərimiz az deyil. Birincisi, ölkəmizin pedaqoji ali məktəblərində ekologiya sahəsində ixtisaslar heç nəzərdə tutulmayıb. Ekologiya əsasən coğrafiya və bioloqiya müəllimləri tərəfindən tədris olunur. Lakin qeyd olunmalıdır ki, sırf ekoloji problemlər yoxdur, bütün problemlərin həm iqtisadi, həm də ictimai kökləri var. Ekoloji təhsildə ictimai və iqtisadi elmlərin öyrənilməməsi qeyri-mümkündür. Beləliklə, ekoloji təhsilin digər fənlərlə əlaqəsi, coğrafiya və başqa təbii elmlər, sahəsindəki biliklərin qarşılıqlı təsiri daha geniş başa düşülməlidir. Bir ixtisas kimi ekologiya ali məktəblərimizin, daha dəqiq desək, onlardan bəzilərinin proqramlarına son vaxtlar daxil edilmişdir. Problem həmçinin ondadır ki, bilik və bacarıqların cüzi bir hissəsinin öyrədilməsi vəzifəsi, yəni şəxsiyyətin inkişafına kömək etmək vəzifəsini reallaşdıran ali məktəblərimizin iş təcrübəsində ekoloji təhsilin vəzifələrinə yer yoxdur. Ekoloji tədris kursları, ətraf mühitə antropogen təsirin azadılması üçün adi həytda, nəyi necə dəyişdirmək lazım olduğunu aydınlaşdıran gündəlik təcrübə ilə az bağlıdır. Ekoloji təhsilin, ekoloji mədəniyyətin artırılması məqsədinə real nailolma metodikası yoxdur. Burada dərs vəsaitlərinin kifayət qədər olmaması, tədqiqatların yeni texnologiyalarla tam təchiz olunmaması qeyd edilməlidir. Məktəbin ekoloji təhsil sistemi ilə ali məktəb ekoloji təhsili arasında əlaqələrin qırılması bir fakt kimi etiraf olunmalıdır. Azərbaycanda fasiləsiz və ümumi ekoloji təhsil barədə danışanda, ekoloji təhsil sisteminə genderin geniş tətbiq edilməsi, yeni bir sıra sosial qrup nümayəndələri, o cümlədən:
– su və enerjinin istifadəsinə görə məsuliyyət daşıyan evdar qadınların;
– fəaliyyəti, hətta dinc vaxtda ərazilərin və təbii suların əsassız çirklənməsinə, landşaftların pozulmasına, resursların səmərəsiz istifadə edilməsinə gətirib çıxaran hərbiçilərin;
– mürəkkəb sosial – iqtisadi vəziyyətdə çox vaxt orientasiyasını itirmiş brakonyerlərin ekoloji savadlandırılma məsələsi qaldırılmalıdır.
Bütün deyilənlər əsasında aşağıdakı nəticələri çıxarmaq olar:
1. Ekologiyaya şüurlu münasibət və təbii resurslara ehtiyyatlı yanaşmanın formalaşması üçün respublikada genderin ekoloji maarifləndirilməsi sahəsində aparılan işləri gücləndirmək.
2. Azərbaycanda genderin ekoloji təhsilinin məqsədyönlü formalaşmasının zəruriliyini qəbul etmək.
3. Ekoloji təhsil üzrə tətbiqi tədqiqatların aparılması üçün metodoloji əsasları işləyib hazırlamaq.
4. Yeni pedaqoji və informasiya texnologiyalarının tətbiqi vasitəsilə tədris prosesini təkmilləşdirmək.
5. Tədris prosesinin səmərəliliyinin artırılmasına xidmət edən maddi – texniki bazanı təkmilləşdirmək.
6. Genderin peşə seçimində ekologiya ilə bağlı peşələrinin üstün tutması üçün stimullaşdırıcı sistemi tətbiq etmək.
Bütün yuxarıda göstərilənlər respublikamızda genderin ekoloji təhsilinin yaxşılaşdırılması üçün zəmin yaradacaq.
MƏKTƏBƏQƏDƏR YAŞLI UŞAQLARIN GENDER XÜSUSİYYƏTLƏRİNİN EKOLOJİ TƏHSİLƏ TƏSİRİ
Hamıya məlumdur ki, kiçik uşaqlar ətrafı dərk etməyə başlayanda tək əşyaların və ətraf mühit hadisələrini yaradan şərtlərin adı ilə kifayətlənmir; bu nədir? bu kimdir ? sualları verməklə cavablar axtarırlar. Bu yaşda olan uşaqlar hər şey haqqında biliklərə mustəqil olaraq yiyələnməyə çalışır, öyrənir və özünü müüstəqil bilik subyekti hesab edirlər ki, bu da bu yaş səviyyəsi üçün səciyyəvidir. Ətraf mühit, təbiət və ekoloji qanunauyğunluqlar barəsində müstəqil və müxtəlif biliklər əldə edən uşaqda, özünə arxayınlıq hissi və öz bacarığına inam yaranır. Bundan başqa, onlarda yaranan və üstünkük təşkil edən, malik olduqları, əyani – obrazlı düşüncə tərzi, yavaş – yavaş ekoloji əsaslı teoretik düşüncə tərzi ilə əvəzlənir.
Cinslər arasında olduqca böyük fərq vardır. Hər bir uşaq cinslər haqqında stereotip çərçivə ilə məhdudlanmayan, özünün xüsusi baxışları olan, təbiət tərəfindən ayrı ayrılıqda bir fərd kimi yaradılmışdır. Qızların və oğlanların təhsil prosesində fərqli oxumaları göz qabağındadır. Ekoloji təhsil zamanı bu fakt tapşırıqların seçilməsində nəzərə alınmalıdır.
Hamıya məlumdur ki, kiçik yaşlı məktəblilər hər şeyə maraq göstərən fərddirlər. Ətrafda olan hər şey onları maraqlandırır, suallar verməklə onları əhatə edən mühiti dərk etməyə çalışırlar. Bu proses böyüklərin istiqamətləndirilmiş təsiri altında baş verir. Əgər onu əhatə edən ətraf mühitdirsə onda uşaq, təbiət haqqında, agaclar, yarpaqlar, heyvanlar, cansız təbiət elementləri haqqında biliklər alır və ətrafı dərk etmək sahəsində sosial təcrübə qazanır.
Ekoloji tərbiyə aşağıda göstərilən sahələri əhatə etməlidir:
- müxtəlif təbiət hadisələrini və böyüklərin təbiət quruculuq işlərini özündə əks etdirən aparıcı sujeti olan oyunlar;
- uşaq bağçalarında olan canlı təbiət guşəsində canlı orqanizmləri saxlamaq və eyni zamanda oyuncaqların və kitabların bərpası üçün fəaliyyətin aparılması;
- təbiətlə ünsiyyət, təbiətdə insan fəaliyyətinin nəticəsində baş verən dəyişikliklər və bunun nəticəsində fikirlərdə təbiət barəsində yaranan məhsulun müxtəlif yollarla izah edilməsi (şəkil çəkmək, şer yazmaq və s.)
- təbiət ünsürləri bitki və heyvanat aləmi ilə könüllü olaraq, ünsiyyətdə olmaq, o cümlədən, müşahidə etmək, qulluq etmək, sevmək, əzizləmək;
- təbiət ünsürlərini müşahidə etməklə onlar haqqında fikirlər söyləmək kimi təcrübələr aparmaq, heyvanlarla aparılan təcrübə pozetiv hal sayılır və bu o zaman mümkün ola bilər ki, heyvana ziyan verilməsin;
- danışıqlarla aparılan fəaliyyət (dioloq, suallar, söhbətlər, məlumatlar və s.);
- məlumatların paylanması, təbiətdən alınmış məlumatlar ifadə olunmaqla fikirlər;
- müşahidə – böyüklərdən təbiət və təbiətdə yol verilən hərəkətlər barəsində alınan məlumatlara əsaslanan müstəqil, təbiəti dərk etməklə yol verilən hərəkətlər;
- təbiət haqqında və oana qarşı yol verilə bilən hərəkətlər barəsində təsəvvürlər yaradan şəkillərə, kitablara baxmaq, televiziya verlişləri seyr etmək və s.;
Cinslər arasında olduqca böyük fərq vardır. Hər bir uşaq ayrılıqda götürdükdə təbiətdə yeganə olmaqla, cinslər apasında olan məhdud streotip təsəvvürləri belə olmayan ayrı fərdlərdir. Buna baxmayaraq, onlar arasındakı ən adi fərqi yəni, qızların və oğlanların məktəbdə müxtəlif səviyyədə oxumaqlarını adi gözlə görmək olar. Bu faktı, ekoloji təhsil zamanı mütləq nəzərə almaq lazımdır.
Bu fəaliyyət zamanı hansı gender xüsusiyyətlərinin prinsipial olmasına nəzər salaq.
Cədvəl 1
Baş beyinin və hissiyat orqanlarının fəaliyyətinin fərqi
Qızlar |
Oğlanlar |
Qadınların beyni kişilərə nisbətən daha tez inkişaf edir: yeni doğulan körpədə bu əsasən sağ yarımkürəcikdə olan inkişafda bu daha parlaq özünü göstərir və sonra bu inkişaf yavaş – yavaş sol yarımkürəciyə keçir – bu keçid halı qızlarda daha erkən baş verir, ona görə də onlar, daha cox sol yarımkürəcikdən istifadə edirlər. | Baş beyində qan dövranı hüceyrələri funksional olaraq, sağ yarımkürəciyə tərəf yerini dəyişdiyindən oğlanlar, müəyyən sahələrdə daha yaxşı inkişaf tendensiyası göstərirlər.
|
|
|
|
|
|
|
|
|
Verilənləri nəzərə alaraq, oğlan və qızlarla iş zamaı yanaşma müxtəlif olmalıdır.
Cədvəl 2
Uşaq bağçalarında oğlan və qızlarla iş zamaı optimal şəraitin yaradılması
Oğlanlar üçün |
Qızlar üçün |
Tikiş tikmək, sap və biserlərlə bəzəmək öyrətmək | İnkişaf üçün topla və başqa cəld hərəkətli oyunlarla oynamaq |
Çox elementli inşaat konstruktorları və buna bənzər oyuncaqlar istifadə etmək | Başsındıran oyunlarla oynamaq, tapmacalar və s. istifadə etmək |
Kitabları elə düzmək ki, kitab oxumağı sevməyən oğlanlar onun varlığını hiss etsinlər | Təhlükəsiz piləkənləri olan meydança düzəltmək, uşaqları ora dırmaşdırmaq |
Onların hər coşğun hərəkətlərinə sevinmək və bu enerjini dərs keçən məkanın yığışdırılmasına sərf edilməsinə yönəltmək | Tez – te uşaqları tərifləmək xüsusən də yaxşı iş görəndə |
Emosional qapalı olan uşaqlar üçün “hisslər üçün yazı taxtası” yaratmaq
|
Təbiət elementlərini – qum, gil, yarpaqlar, budaqlar və s. istifadə etməklə “elmi təcrübə” aparmaq
|
Bundan başqa ekoloji qanunauyğunluqları təlim edərkən, mütləq uşağın, böyüklərdən və yaxud kitablardan aldığı məlumatlardan yox, təbiət ünsürləri ilə təmasda olması zamanı yaranan və bu yaşa uyğun olan, emosional hisslərinin yaranmasını və psixoloji xüsusiyyətlərini nəzərə almaq lazımdır. Dərsin düzgün təşkili və uşaqların müstəqil hərəkətlərini müşahidə və analizi zamanı onların, individüal xüsusiyyətlərinin nəzərə alınması müəllimə, ekoloji tərbiyənin səviyyəsini təyin etmək imkanı yaradacaqdır.
Uşaqların, məşğələ zamanı özlərini təbii aparması, ekoloji tərbiyənin təlimi onun, şəxsiyyətinin inkişafının bütün mərhələlərini əlaqələndirir. Ekoloji biliklərin formalaşması və inkişafı üçün uşağın, müstəqil surətdə yaradıcı fəaliyyəti nəticəsində, elmi – populyar ədəbiyyatdan, dərsliklərdən, əyani vəsaitlərdən və təbiət obyektlərindən biliklər əldə etməsi olduqca əhəmiyyətlidir.
Müstəqil yaradıcılıq hər bir uşağa, müstəqil fikir söyləmək imkan verir.
ŞAGİRDLƏRİN EKOLOJİ MƏDƏNİYYƏTİNİN FORMALAŞDIRILMASI SİSTEMİ
Ekoloji maarifləndirmədə əsas məqsəd, təbiətlə ünsiyyət zamanı ona qarşı münasibətdə olan hərəkətlərində ekoloji mədəniyyət və ekoloji məqsədəuyğunluğun göstərilməsidir. Məktəbdə və təhsil müəssisələrində ekoloji maarifləndirmənin təşkilinin təlim təhsildə və sinifdənkənar tədrisdə aparılan iş zamanı vəzifəsi bu aşağıda verilən məqsədlərə cavab verməlidir:
– müəllim və şagirdlərin üçün optimal şəraitin yaradılması,
– tədqiqat işlərinə marağın formalaşdırılması,
– əhalinin ekoloji maarifləndirilməsi işini təmin etmək,
– müstəqil fəaliyyət göstərmək bacarığını formalaşdırmaq,
– həyatda ətraf mühitə və özünə kömək göstərmək qabiliyyətinə yiyələnmək.
Əhalinin və məktəblilərin ekoloji maarifləndirməsi işinin əsas istiqamətləri aşağıda göstərilənləri əhatə etməlidir;
– tədris zamanı tədqiqat işlərinin aparılması;
– yerlərdə və məktəb proqramı çərçivəsində ətraf mühitin ekoloji durumu barədə məlumatın toplanması və analizi “Məktəblilərin ekoloji monitorinqi”;
– təşviqat və təbliğat işlərinin aparılması;
– təbiətin mühafizəsi;
– təcrübədə yerli ekoloji problemlərin həllində iştirak.
Maarifləndirmə işində əsas məsələlərdən biri də təbiətin bizə verdiyi sərvətlərə qarşı qayğı ilə yanaşmaq, ona mədəni münasibət göstərmək bacarığını inkişaf etdirməkdir. Beləki meşələr ekosistemin ən vacib elementi olmaqla yanaşı, təbiətin bizə bəxş etdiyi ən vacib sərvətidir. Bu işdə bütün şagirdlərin fəal iştirakı vacibdir. Bu məqsədlə uşaqlar bütün dərs ili boyu müxtəlif oyunlarda iştirak etməli və layihələr həyata keçirtməlidirlər. İbtidai siniflərdə onlara uyğun tədbirlərdə, yuxarı siniflər isə başqa senarili layihələrdə iştirak etməlidirlər. Təbiət qoynuna səyahətlərin təşkil olunması və bu ekskursiyalar zamanı təbiətdə topladıqları dərman bitkilərindən, güllərdən herbarilər düzəltmək, heyvanları və quşları müşahidə etmək sonra uşaqların təbiət ünsürlərinə həsr etdikləri yaradıcılıq işinə həsr olunmuş sərgilərin təşkil olunması.