Dəvə insanlardan dözümlüdür; Fil böyükdür, şir onu cəsurlqda ötür ondan güclüdür; inək ondan çox yiyə bilər; quşlar çox saylı nəsl verir
“İnsan isə yaranıb ki, daima öyrənsin…”
Əbu Həmid Əl Gözəli ( 1058–1111 İran filosofu )
AĞACLA TANIŞLIQ
Ekoloji oyunlar
Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Uşaqların ekoloji təlim tərbiyəsində “Ekoloji oyunlar” – dan istifadə” layihəsi çərçivəsində hazırlanıb
Layihənin və kitabın müəllifi “Eko –Aləm” İctimai Birliyinin sədri Yüzbaşeva Sevil İsmayıl qızı
Ağacla tanışlıq
ekoloji oyun
Adətən, bu oyunu ağacları çox uzaq olmayan məsafədə bitən açıq sahələrdə və yaxud meşədə oynayırlar. Uşaqları iki – iki olmaqla qruplara bölün. Hər qrupdan bir nəfərin gözünü bağlayın. Gözü bağlı olan oyunçunu onun tərəf müqabili, əlindən tutub öz zövqünə uyğun, bəyəndiyi və əvvəlcədən seçdiyi bir ağacın yanına gətirir. Meşədəki ağacın seçilməsi (onun dərinliklərinə qərq olunması) uşaqların yaş həddinə görə seçilir. Beləki bu, 20 – 30 m dərinliklərə qədər getmək olar (kiçik yaşlı uşaqlardan başqa).
Sonra gözü yumulan oyunçuya ağaca çox həssaslıqla qabığına toxunaraq, hiss etdiklərini yadda saxlaması tapşırılır. Gözü bağlı oyunçuya ağacı tədqiq etmək haqqında əmr verməyin, bu onun marağına səbəb olmaz. Ona belə suallar verin: Ağac canlıdırmı? Sən onu qucaqlaya bilərsənmi? O, səndən böyükdürmü? Sən ağacda hansı meyvənin bitdiyini söyləyə bilərsənmi? Bu ağacda heyvan yaşadığını deyə bilərsənmi? Sonra onu yenidən oyunçuların dayandıqları yerə başqa yolla gətirirlər. Sonra onun gözlərini açırlar və həmin oyunçu öz hisslərinə arxalanaraq, öz “ağacını” tapmaq tapşırığı verirlər. Onun tərəf müqabili onun düz tapmağına nəzarət edir. Sonra oyunçular bir – birlərini əvəz edirlər.