Kitab 1
Ağacın ürək döyüntüləri
Ekoloji oyunlar
Kitab Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun “Gənclərin ekoloji tərbiyəsində qeyri ənənəvi metodlardan istifadənin təbliğinə həsr olunmuş tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində hazırlanıb.
Layihənin və Kitabın müəllifi “Eko –Aləm “ ictimai birliyi
AĞACIN ÜRƏK DÖYÜNTÜLƏRI
Ekoloji oyunl
1. Oyunun məqsəd: müşahidə qabiliyyətini inkişaf etdirmək.
Oyunun şərtləri: sakitlik
Oyun uşaqlara nə verir və hansı hissləri inkişaf etdirir: ağaclara toxunmaraq, təmasda olmaq, ağacın fiziologiyasını öyrənmək.
Harada və necə oynamalı: gündüz vaxtı meşədə.
Oyunçuların sayı: bir və birdən artıq.
Oyunçuların yaşı: 4 yaş və ondan böyük.
Lazım olan xüsusi alətlər: stetoskop
Ağac – canlı orqanizmdir. O qidalanır, nəfəs alır, onda bizim kimi “qan” dövranı baş verir. Ağacın ürək döyüntüləri – bu xırçıldayaraq, özünə məxsus səs çıxardan gözəl həyat axınıdır. Ağacın ürək döyüntülərini dinləmək üçün ən yaxşı vaxt yazın ilk aylarıdır ki, bu zaman ağac, budaqlarına ilk şirəsini göndərməyə başlayır və inkişaf edərək boyunun artırmasına hazırlaşır . Bu oyun üçün nazik qabıqlı, diametri 15 sm. olan ağac seçmək lazımdır. Enliyarpaqlı ağacların ürək döyüntüləri iynə yarpaqlı ağaclardan daha yaxşı eşidilir. Elə ağaclar da vardır ki, onların ürək döyüntüləri başqalarından daha aydın və ucadan eşidilir. Stetoskopu ağaca elə sıxın ki, tərpənməsin və əlavə səslər eşidilməsin. Ən uca səs gələn yeri tapmaq üçün stetoskopu ağacın bir neçə yerində qoyub, sakit qulaq asmaq lazım gəlir. Bu iş uşaqlara çox maraqlı gələ bilər və ola bilsin ki, onlar öz ürək döyüntülərinə də qulaq asmaq istəsinlər. Yaxşı olar ki, onların heyvanların da ürək döyüntülərinə qulaq asmaq imkanı olsun. Uşaqlar bu zaman müxtəlif gözəl, maraqlı ritmlər eşidəcəklər.