Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən verilən maliyyə yardımı üzrə görülmüş işlərə dair yekun HESABAT

Maliyyə yardımı müqaviləsi № №  TUR-06

  Eko Aləm İctimai Birliyi

Təqdim olunmuş tarix: 10.11.2011

Ümumi məlumat

Layihənin adı

“Mədəni Turizmin Inkişafi Məqsədi Ilə Ekoloji Maarifləndirici Ustad Dərslərinin Təşkili”.

 

Layihənin müddəti (başlangıc və son tarixlər) 15 iyul 2011-cu il 15 noyabr 2011-cu il
Şura tərəfindən ayrılmış maliyyə yardımının ümumi məbləği 3900
Bu günədək ayrılmış maliyyə vəsaitinin miqdarı 3900
Hesabatın əhatə etdiyi dövr 15 iyul 2011-cu il 15 noyabr 2011-cu il

1. Layihənin əsas məqsədi: Layihənin əsas məqsədi turizm və istirahət mərkəzlərində mədəni istirahətin təşkili ilə məşğul olan mədəni-maarif işçiləri  və istirahət edən uşaq və gənclərin ətraf mühitin çirklənməsinin və baş verə biləcək meşə yanğınlarının qarşısını almaq məqsədi ilə ekoloji maarifləndirməyə aid oyunların tədbiqinə dair  ustad dərslərinin keçirilməsidir.

    2. Hesabat dövründə öhdəliyə götürülmüş işlər

Bu bölməyə aid məlumatlar aşağıdakı cədvəl şəklində verilməlidir.

 

 

Fəaliyyətin adı

Həyata keçirilmə tarixi

Həyata keçiriləcək yer

Məsul şəxs

1

Layihənin anonsu                                                                                                                                                                                                  Hazırlıq mərhələsi-rəhbər

15.07.2011

tarixindən

25.07. 2011

Bакı

Layihə rəhbəri

2

Kitabın texniki tərtibatı və çapı

22.07.2011

tarixindən 04.08. 2011

Bакı

Layihə rəhbəri

3

Ezamiyyət

 

10.08.2011 tarixindən

23.08.2011

 

Quba-Qusar

Layihə rəhbəri

4

Ezamiyyət

 

25.08.2011

tarixindən

30.08.2011

Xaçmaz-Xudat

 

Layihə rəhbəri

5

Aralıq hesabat

14.10.2011

Bакı

Layihə rəhbəri

6

Ezamiyyət

 

25 oktyabr

İsmayıllı

Layihə rəhbəri

7

Ezamiyyət

26 oktyabr

Qəbələ-Oğuz-Şəki

Layihə rəhbəri

8

Yekun hesabat

27 oktyabr

Bакı

Layihə rəhbəri

 

  3. Hesabat dövründə görülmüş işlər

 1-ci fəaliyyət

Fəaliyyətin adı Hazırlıq mərhələsi;

“EKOLOJİ MƏDƏNİYYƏT VƏ TURİZM” kitaabın və “MEŞƏDƏ DAVRANIŞ QAYDALARI”  Plakatın hazırlanması və çapı;

Ustad dərslərinin   keçirtməkdən ötrü lazımı materiallar alınması.

Keçirilmə tarixi 15.07 – 03.10. 2010
Keçirildiyi yer Bакı şəhəri
İştirakçılar

(burda sayını qeyd edin və siyahы  hesabata  əlavə olunmalıdır)

Hazırlıq mərhələsində əsasən layihənin işçi heyətindən layihə rəhbəri təşkilat üzvlərindən ibarət 5 nəfərlik tərkib iştirak etmişlər. Tərcümə olan materiallar təşkilat üzvləri tərəfində texniki tərtibatı həyata keçirilmiş, korrektə olunmuş, kitab formatına salınmışdır.

1. Sevil Yüzbaşeva

2. Zəka Quliyev

3. Könül Yüzbaşeva

4. Çinarə Kərimova

5. Həmidə Abbasova

Fəaliyyətin qısa təsviri

(bu fəaliyyət çərçivəsində gördüyünüz işləri təsvir edin)

Ölkəmizin dünyada turizm ölkəsi kimi tanınması üçün geniş imkanlar mövcuddur. Azərbaycanın daxili turizm potensialı, ilk növbədə, bölgələrin əlverişli təbii-coğrafi mövqedə yerləşməsi, zəngin flora və faunası, gözəl təbiəti ilə şərtlənir. Müasir dövrdə baş verən ətraf mühitin çirklənməsi, meşə yanğınları, dəniz kənarı sahillərin, çimərliklərim məişət tullantıları ilə zibillənməsində istirahət və turizm mərkəzlərində maariflənmə işinin aparılması ehtiyacının olduğunu sübut edir. Layihənin hazırlıq mərhələsi çərçivəsində tərcümə və çap olunmaq üçün bir sıra ekoloji maarifləndirməyə aid  materiallar, maraqlı məlumatlar toplanmış o cümlədən, ekoloji oyunlar seçilərək tərcümə olunmuşdur. Azərbaycanın qorunan təbiət əraziləri haqqında olan qısa məlumat xarakterli materiallar ETSN – nin rəsmi saytından götürülmüş və mədəni maarif işçiləri üçün maarifləndirici tədbirləri daha da  maraqlı təşkil etmək məqsədi ilə  “EKOLOJİ MƏDƏNİYYƏT VƏ TURİZM” adl ıkitaba və “MEŞƏDƏ DAVRANIŞ QAYDALARI” adlı plakata yerləşdirmək üçün toplanmışdır. Tərcümə olan kitab və plakat materiallarının təşkilat üzvləri tərəfində texniki tərtibatı həyata keçirilmiş, korrektə olunmuş, kitab formatına salınmışdır. Tərcümə ingilis dilindən təşkilat üzvi və Quliyev Zəka və rus dilindən isə layihə rəhbəri Sevil Yüzbaşeva tərəfindən həyata keçirilmişdir. Kitabın və plakatın üz qabığı dizayner tərəfindən hazırlanmış və Şura tərəfindən layihə üzrə təyin olunan məsləhətçi ilə razılaşdırılmışdır. Kitabın Elmi redaktoru AMEA-da şalışan Könül Yüzbaşeva həyata keçirtmişdir. Texniki redaktoru təşkilat üzvü Həmidə Abbasova və internetdən və bədii ədəbiyyatdan materialları toplayan Çinarə Kərimova və Kompyuter tərtibatı sahə üzrə mütəxəssis Xalid Məmmədov tərəfindən həyata keçirilmişdir. Hazırlanmış kitab və plakat nəşr olunmaq üçün. “APASTROF” çap evinə təhvil verilmiş 22 iyul tarixində çapa imzalanmışdır. Sifariş olunan kitab və plakat “APASTROF” çap evində yüksək keyfiyyətlə hazırlanmış və 04 avqust 2011 – cu il tarixində mətbədən təşkilat tərəfindən, hazır məhsul şəkilində qəbul edilmişdir.

 

2-ci fəaliyyət

Fəaliyyətin adı

Azərbaycan Respublikasının Quba-Qusar turizm istiqaməti üzrə Quba şəhərlərində fəaliyyət göstərən turizm və istirahət mərkəzlərində, mədəni maarif işçiləri üçün istirahətə gələn uşaq və gənclər üçün ekoloji maarifləndirici ustad dərslərinin  həyata keçirilməsi.

Keçirilmə tarixi 11.08. 2011
Keçirildiyi yer Quba şəhəri QHT Resurs Mərkəzi

 Ünvan: Quba şəhəri, Sülh küçəsi 9:

telefon 050-351-04-48

İştirakçılar

(burda sayını qeyd edin və siyahы  hesabata  əlavə olunmalıdır)

Quba şəhərində Quba turizm marşurutu üzrə fəaliyyət göstərən turizm və istirahət mərkəzlərinin mədəni maarif işçiləri üçün istirahətə gələn uşaq və gənclər üçün ekoloji maarifləndirici ustad dərslərinin  təlimmi həyata keçirilmişdir.      Quba QHT Resurs Mərkəzində keçirilən tədbirdə təşkilat üzvlərindən başqa 14 nəfər iştirak etmişdir. Bunlardan: 1 QHT, 10 Dövlət orqanları, 3 KİV nümayəndəsi.

Siyahы  Aralıq hesabata  əlavə olunmuşdur.

Fəaliyyətin qısa təsviri

(bu fəaliyyət çərçivəsində gördüyünüz işləri təsvir edin)

Layihə işinə başlayarkən ilk növbədə üçün işçilərlə müqavilələr bağlanmışdır, lazım olan ləvazimatlar alınmışdır., administrativ işlər həyata keçirilmişdir. Layihəni həyata keçirtmək  barədə dövlət orqanlarına İdman və Turizm Nazirliyinə, Quba, Qusar və Xaçmaz  İcra Hakimiyyətlərinə və həmin rayonların Turizm və Mədəniyyət Şöbələrinə məktubla müraciət edilərək layihə işinə dəstək vermələri üçün xahiş edilmişdirr.

Ətraf Mühitin Qorunması sahəsində əhali arasında ekoloji mədəniyyətin yüksəldilməsinə və Azərbaycan Respublikası meşələrini çirklənmədən və yangınlardan   qorumaq üçün maarifləndirici tədbirləri həyata keçirtmək layihənin əsas məqsədi olduğundan,  turizm və istirahət mərkəzlərində mədəni istirahətin təşkili ilə məşğul olan işçilər üçün nəzərdə tutulan ustad dərslərinin   keçirtmək üçün vəsaitin və mədəni-maarif işçilərini bu vəsaitlə təmin etmək üçün “Ekoloji Mədəniyyət və Turizm” adlı  kitab və meşələrin mühafizəsinə həsr olunmuş “Meşədə Daqvranış Qaydaları” plakat nəşr edilmişdir.

Sonra iş qrafikində nəzərdə tutulduğu kimi ilkin olaraq Quba turizm marşrutu üzrə Quba şəhərinə ezamiyyətə getdik və 11 avqust tarixində Quba QHT  Resurs Mərkəzində tədbir keçirtdik. Tədbirdə Quba rayonu  ərazisində fəaliyyət göstərən istirahət Mərkəzlərin nümayəndələri, QHT  nümayəndələri, Quba rayonu Mədəni – Maarif sahəsində fəaliyyət göstərən işçilər, Quba şəhərində Fəaliyyət ğöstərən “Xəyal” TV-nin direktoru və Meşə Mühafizəsi və Bərpası  İdarəsindən olmaqla 14 nəfər iştirak etmişdilər. Ekoloji maarifləndirici dərs iştirakçəların marağına səbəb oldu.

Tədbirdən sonra iştirakçılar bu səmərəli və faydalı fəaliyyətə görə öz təşəkürlərini bildirdilər. Tədbirdə çıxış edən “Xəyal” TV-nin direktoru Qonaqov Vüqar tədbirin əhəmiyyətini çox yüksək qiymətləndirdi və bu fəaliyyətin daha geniş əhali kütləsinə çatdırmaq üçün öz televiziyalarında təmənnasız olaraq mövzu ilə bağlı bir saatlıq veriliş təşkil etməyi “Eko – Aləm” İctimai Birliyinin Sevil Yüzbaşevaya təklif etdi.  Sevil Yüzbaşeva təklifi böyük məmuniyyətlə qəbul etdi və avqust ayının sonu və yaxud da sentyabrın əvvəlində yenidən Qubaya gələrək verlişdə iştirak edəcəyi barədə razılıq əldə edildi. Bundan başqa Sevil Yüzbaşeva “Xəyal” TV-nin  xəbərlər proqramına müsahibə verdi və həmin müsahibə axşam xəbərlər proqramında efirə getdi. Tədbirdə çıxış edən Quba şəhəri Tarix Diyarşünaslıq Muzeyinin direktoru Hacıyeva Məryəm də tədbirə yüksək qiymət verərək,  hazırlanmış bu vəsaitlərin muzeyin fonduna yerləşdirəcəyini söylədi.

Qəçrəş Sahil Meşə Təsərrüfatının Nümayəndəsi Hazırlanmış plakatın böyük əhəmiyyət daşıdığını sölədi və əlavə olaraq ona meşələrdə asmaq üçün Plakatın verilməsini xahiş etdi. Onun bu xahişi yarinə yetirildi.

Tədbirdə həmçinin Quba rayon “Şəfəq” qəzetinin müxbiri iştirak etmiş tədbir barədə  hazırlanmış məlumat 20 avqust tarixində çıxan sayında veriləcəkdir.

Tədbir iştirakçılarına  “Ekoloji Mədəniyyət və Turizm” adlı  kitab və meşələrin mühafizəsinə həsr olunmuş  “Meşədə Daqvranış Qaydaları” plakat paylanmışdır.

      Tədbir yüssək səviyyədə həyata keçdi.

3-cü fəaliyyət

Fəaliyyətin adı

    Azərbaycan Respublikasının Quba-Qusar turizm istiqaməti üzrə Qusar  şəhərində Qusar turizm marşurutu üzrə yerləşən Turizm və İstirahət Mərkəzində çalışan mədəni-maarif işçiləri üçün  istirahətə gələn uşaq və gənclər üçün ekoloji maarifləndirici ustad dərslər verilmişdir.

Keçirilmə tarixi    12.08.2011
Keçirildiyi yer Tədbir Qusar rayonu  Mədəniyyət və Turizim Şöbəsinin məsləhəti ilə Qusar rayon Mərkəzi Kitabxanasında həyata keçirildi.

Ünvan: (Az 3800 Qusar şəhəri Ləzgi Əhməd küçəsi-47

Telefon: Direktor: 0138-5-28-30

Xidmət şöbəsi: 0138-5-35-81

Metodika və bibliografiya şöbəsi: 0138-5-35-83

Email: Qusar-mks@box.az)

İştirakçılar

(burda sayını qeyd edin və siyahы  hesabata  əlavə olunmalıdır)

   Qusar rayon Mərkəzi Kitabxanasında həyata keçirilən tədbir iştirakçıların sayı təşkilat üzvlərindən başqa 14 nəfər  olmuşdur.

Bunlardan hamısı Dövlət orqanları nümayəndələri olmuşdur.Siyahы  hesabata  əlavə olunmuşdur.

Fəaliyyətin qısa təsviri

(bu fəaliyyət çərçivəsində gördüyünüz işləri təsvir edin)

Qubadan sonra ezamiyyətə Qusar turizm marşrutu üzrə Qusar şəhərinə ezamiyyətə getdik. Tədbirin həyata keçirlməsinə dəstək vermələri üçün Qusar İcra Hakimiyyətinə və Qusar Turizm və Mədəniyyət Şöbəsinə öncədən məktubla məlumatlar verilmişdir. Tədbir Qusar rayonu  Mədəniyyət və Turizim Şöbəsinin məsləhəti ilə Qusar rayon Mərkəzi Kitabxanasında həyata keçirildi. Tədbirdə Qusar rayonu üzrə mərkəzləşdirilmiş  Mərkəzi Kitabxanasın işçiləri iştirak etmişdir. Qusar rayon  MKS-nə 75 kütləvi kitabxana daxildir ki, bunlardan Mərkəzi kitabxana, 1 gənclər kitabxanası, 1 uşaq  kitabxansı və 1 filial Qusar şəhərində, 71 kitabxana isə kəndlərdə fəaliyyət göstərir. MKS Azərbaycan Respublikasının “Mədəniyyət haqqında”, “Kitabxana işi haqqıda” qanunlarına, Respublika Prezidentinin müvafiq qərar və sərəncamlarına əsaslanaraq fəaliyyət göstərməklə  elm, informasiya, mədəniyyət, təhsil və tərbiyə müəssisəsi kimi çap əsərlərini və digər informasiya daşıyıcılarını toplayıb mühafizə edir, onların sistemli ictimai istifadəsini təşkil edir, cəmiyyətin intellektual və mənəvi potensialının inkişafına xidmət göstərir. 2010-cu ilin  əvvəlinə MKS-nin fondu 502.275 nüsxə ədəbiyyat təşkil edir. 2009-cu ildə MKS üzrə  oxucuların sayı 22298 nəfər olmuşdur. Bu günə qədər ekoloji maarifləndirmə sahəsində ciddi fəaliyyət göstərmədiklərindən bu tədbirə böyük maraq göstərdilər. Tədbir iştirakçılarına  “Ekoloji Mədəniyyət və Turizm” adlı  kitab və meşələrin mühafizəsinə həsr olunmuş  “Meşədə Daqvranış Qaydaları” plakat paylanmışdır.  Onlara təqdim olunan kitab və plakatları kitabxananın fonduna yerləşdirəcəklərini və oxucularla maarifləndirmə işi  aparacaqlarını söylədilər.

Tədbirdə  Qusar rayon MKS-nın bir sıra şöbələrindən nümayəndələr  iştirak etmişdilər.  Tədbir iştirakçıları gələcək fəaliyyətlərində ekoloji maarifləndirmə sahəsinə  xüsusi diqqət yetirəcəklərini söylədilər. Tədbirdə Qusar rayon MKS-nin direktoru Zahir Mustafayev və  MKS-nin direktor müavini  Lyudmila Məmmədova mövzu ətrafında cıxış etmiş və “Eko – Aləm” İctimai Birliyinin üzvlərinə bu faydalı işə görə gələcək fəaliyyətlərində uğurlar arzulamışlar. Keçirilən bu maarifləndirici ekoloji tədbirə Meşə Mühafizəsi və Bərpası Müəssisəsində də nümayəndələr dəvət olunmasına baxmayaraq onlar  ərazidə mühüm işləri olduğundan  bu tədbirdə iştirak etməmişdilər. “Eko – Aləm” İctimai Birliyinin üzvləri tədbirdən sonra Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə getmiş onlara  “Meşədə  Davraniş Qaydalari” adlı plakatı Qusar meşələrində fəaliyyət göstərən istirahət mərkəzlərində asmaq üçün təqdim etmişlər.

Qusar rayon MKS-nin direktoru Zahir Mustafayev və  MKS-nin direktoru tədbir barədə yerli mətbuata məlumatın hazırlanıb veriləcəyini söylədi və mətbuatda məlumat çıxdıqdan sonra bu barədə “Eko – Aləm” İctimai Birliyinə məlumat göndərəcəyini söylədi. Bundan başqa tədbir haqqında məlumat və çəkilmiş şəkillər Qusar rayon MKS-nin  http://www.qusar-mks.az  internet səhifəsində yerləşdirilmişdir.

Tədbirdən sonra iştirakçılar bu səmərəli və faydalı fəaliyyətə görə öz təşəkürlərini bildirdilər.

                Tədbir yüksək səviyyədə həyata kemişdir.

4-cü fəaliyyət

Fəaliyyətin adı

    Azərbaycan Respublikasının İsmayıllı turizm istiqaməti üzrə İsmayıllı şəhərində turizm və istirahət mərkəzlərində mədəni-maarif işçiləri və istirahətə gələn uşaq və gənclər üçün ekoloji maarifləndirici ustad dərslərinin  həyata keçirilməsi.

Keçirilmə tarixi 25 oktyabr 2011 – ci il
Keçirildiyi yer Tədbir İsmayıllı şəhərində İsmayıllı rayon Tarix Diyarşünaslıq Muzeyinin konfrans zalında   həyata keçirilmişdir.

Ünvan:  İsmayıllı şəh., H.Əliyev pr. 3

Tel:5-32-20

İştirakçılar

(burda sayını qeyd edin və siyahы  hesabata  əlavə olunmalıdır)

İsmayıllı  rayon Mərkəzi Kitabxanasında çalışan 11 nəfər, Meşə Mühafizəsi Bərpasi Müəssisəsindən 6 nəfər, Uşaq Yaradıcılıq Mərkəzindən 1 nəfər, Tarix Diyarşünaslıq Muzeyindən 4 nəfər, rayon 11saylı Ərazi Ekologiya və təbii sərvətlər (ƏETS) idarəsindən 3 nəfər, İsmayıllı  rayon Mədəniyyət Evi 3 nəfər, İncəsənət Məktəbindən 2 nəfər, Musiqi Məktəbinin 1 nəfər olmaqla nümayəndələr iştirak etmişdir.

Ümumilikdə tədbirdə 31 nəfər iştirak etmişdir.

                 Siyahы  hesabata  əlavə olunmuşdur.

Fəaliyyətin qısa təsviri

(bu fəaliyyət çərçivəsində gördüyünüz işləri təsvir edin

Tədbir iştirakçıları ilə ətraf mühit ünsürləri haqqında biliklərin artırılması məqsədi ilə ağacların, yarpaqların təbiətdə nəyə lazım olması barədə maraqlı biliklər verən oyunların keçirilməsi metodları həyata keçirilmişdir. Azərbaycan Respublikası meşələrini çirklənmədən və yangınlardan qorumaq üçün maarifləndirici tədbirləri həyata keçirtmək və əhalinin ekoloji mədəniyyətini yüksəltmək sahəsində iş aparılmışdır. Keçirilən ekoloji maarifləndirici dərslər tədbir iştirakçılarının böyük marağına səbəb olmuşdur və yüksə səviyyədə həyata keçmişdir.  Tədbir iştirakçıları gələcək fəaliyyətlərində ətraf mühitin mühafizəsinə, yeni gənc nəslin tərbiyə olunması işində ekoloji maarifləndirmə sahəsinə  xüsusi diqqət yetirəcəklərini söylədilər. Meşə Mühafizəsi və Bərpası Müəssisəsindən olan nümayəndələr  “Eko – Aləm” İctimai Birliyinin bu fəaliyyətini yüksək qiymətləndirdilər. Onlar hazırlanmış və tədbir iştirakçılarına paylanan “Meşədə  Davraniş Qaydalari” adlı plakat və “Ekoloji Mədəniyyət və Turizm” adlı ekoloji maarifləndirici məlumat kitabını yüksək qiymətləndirdilər. Onlar bildirdilər ki, bu plakatda yazılan tövsiyələri əhalinin istirahət etdiyi meşə ərazilərində insanların diqqəti çəkən yerlərdə asacaqlar.  Tədbirdən sonra iştirakçılar bu səmərəli və faydalı fəaliyyətə görə “Eko – Aləm” İctimai Birliyinə öz təşəkürlərini bildirdilər.  Tədbirdə İsmayıllı  rayon Tarix Diyarşünaslıq Muzeyin direktoru İkram İsmayılov, Ekolgiya İdarəsinin  11 saylı Ərazi Ekologiya və təbii sərvətlər (ƏETS) şöbəsinin nümayəndəsi Mikayılov İsmayıl və Meşə Mühafizəsi və Bərpası Müəssisəsindən Əzizov Yusif cıxış edərək tədbirin  çox böyük əhəmiyyəti olduğunu qeyd etdilər və “Eko – Aləm” İctimai Birliyinin üzvlərinə bu faydalı işə görə gələcək fəaliyyətlərində uğurlar arzulayaraq belə tədbirlər keçirtmək üçün tez-tez rayona gəlmələrini xahiş etdilər.     

Ümumilikdə tədbirdə 31 nəfər iştirak etmişdir.

Tədbir yüksək səviyyədə həyata kemişdir.

5-ci fəaliyyət

Fəaliyyətin adı

    Azərbaycan Respublikasının Qəbələ-Oğuz turizm istiqaməti üzrə Qəbələ  şəhərində turizm və istirahət mərkəzlərində mədəni-maarif-işçiləri və istirahətə gələn uşaq və gənclər üçün ekoloji maarifləndirici ustad dərslərinin  həyata keçirilməsi.

Keçirilmə tarixi 26 oktyabr  2011 – ci il
Keçirildiyi yer

Tədbir 26 oktyabr 2011-ci il tarixində şəhərində Qəbələ  Milli QHT Forumu Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzində keçirilmişdir.

Qəbələ  Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin  ünvanı:

Qəbələ şəhəri, 28 May küçəsi 42.

Telefon: 050-338-40-67

İştirakçılar

(burda sayını qeyd edin və siyahы  hesabata  əlavə olunmalıdır)

Qəbələ rayon Meşə Mühafizəsi Bərpasi Müəssisəsindən 3 nəfər, 9 nəfər isə Qəbələ rayonunda fəaliyyət göstərən QHT nümayəndələri və o cümlədən Milli QHT Forumun Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin çalışanlar olmaqla 12 nəfər iştirak etmişdir.

                   Siyahы  hesabata  əlavə olunmuşdur.

Fəaliyyətin qısa təsviri

(bu fəaliyyət çərçivəsində gördüyünüz işləri təsvir edin)

Layihə işinə başlayarkən, Turizm və Mədəniyyət nazirliyində keçirdiyimiz görüşdə bildirmişdilər ki, Qəbələ-Oğuz turizm istiqaməti üzrə olan turizm mərkəzləri Qəbələ ərazisinə aiddir. Bu səbədən tədbiri Qəbələdə keçirtməyi məsləhət gördülər. Tədbirin keçirilməsində məqsəd Azərbaycan Respublikası meşələrini çirklənmədən və yangınlardan qorumaq üçün maarifləndirici tədbirləri həyata keçirtmək və əhalinin ekoloji mədəniyyətini yüksəltmək idi.

 Tədbir iştirakçıları ilə ətraf mühit ünsürləri haqqında biliklərin artırılması məqsədi ilə meşələrin mühafizə olunması üçün maraqlı biliklər verən oyunların keçirilməsi metodları həyata keçirilmişdir. Keçirilən ekoloji maarifləndirici dərslər iştirakçıların böyük marağına səbəb olmuşdur və yüksə səviyyədə həyata keçmişdir.  Tədbir iştirakçıları gələcək fəaliyyətlərində ətraf mühitin mühafizəsinə, yeni gənc nəslin tərbiyə olunması işində ekoloji maarifləndirmə sahəsinə  xüsusi diqqət yetirəcəklərini söylədilər. Meşə Mühafizəsi və Bərpası Müəssisəsindən olan nümayəndələr  “Eko – Aləm” İctimai Birliyinin bu fəaliyyətini yüksək qiymətləndirdilər. Onlar hazırlanmış və tədbir iştirakçılarına paylanan “Meşədə  Davraniş Qaydalari” adlı plakat və “Ekoloji Mədəniyyət və Turizm” adlı ekoloji maarifləndirici məlumat kitabını yüksək qiymətləndirdilər. Tədbirdən sonra iştirakçılar bu səmərəli və faydalı fəaliyyətə görə “Eko – Aləm” İctimai Birliyinə öz təşəkürlərini bildirdilər.  Tədbirdə Qəbələ rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsindən Cəlalov İlqar, Milli QHT Forumu Qəbələ Regional bürosunun əməkdaşı Əzimova Şəmsiyyə və Şans Regionlara Dəstək İctimai Birliyinin sədri Heydərov Natiq cıxış edərək tədbirin  çox böyük əhəmiyyəti olduğunu qeyd etdilər və “Eko – Aləm” İctimai Birliyinin üzvlərinə bu faydalı və maraqlı tədbirə görə təşəkkür edərək gələcək fəaliyyətlərində uğurlar arzulayaraq.

Ümumilikdə tədbirdə 12 nəfər iştirak etmişdir.

Tədbir yüksək səviyyədə həyata kemişdir.

6-cı fəaliyyət

Fəaliyyətin adı

    Azərbaycan Respublikasının Şəki turizm istiqaməti üzrə Şəki şəhərində turizm və istirahət mərkəzlərində mədəni-maarif işçiləri və istirahətə gələn uşaq və gənclər üçün ekoloji maarifləndirici ustad dərslərinin  həyata keçirilməsi.

Keçirilmə tarixi 27 oktyabr 2011 – ci il
Keçirildiyi yer Tədbir 25 oktyabr 2011-ci il tarixində Şəki Tarix-Diyarşünaslıq muzeyinin konfrans zalında keçirilmişdir.

Şəki tarix-diyarşünaslıq muzeyinin ünvanı:

Şəki şəh, Qala divarları küçəsi,

Telefon :4-37-02

Şəki Diyarşunaslıq muzeyinin directoru Yagut Cəlalov.

 Telefon: 055 796 77 02

İştirakçılar

(burda sayını qeyd edin və siyahы  hesabata  əlavə olunmalıdır)

Tədbirdə Şəki tarix-diyarşünaslıq muzeyi işçiləri 6 nəfər, Meşə Mühafizəsi Bərpasi Müəssisəsindən 4 nəfər, Şəki Rəsm Qalereyasından 4 nəfər, Şəki Xalq Tərbiqi sənəti muzeyindən 3 nəfər, Şəki şəhər kitabxanasından 3 nəfər olmaqla nümayəndələr iştirak etmişdir.

Ümumilikdə tədbirdə 20 nəfər iştirak etmişdir.

                     Siyahы  hesabata  əlavə olunmuşdur.

Fəaliyyətin qısa təsviri

(bu fəaliyyət çərçivəsində gördüyünüz işləri təsvir edin)

Tədbir iştirakçıların böyük marağına səbəb olmuşdur və yüksə səviyyədə həyata keçmişdir.  Tədbir iştirakçıları gələcək fəaliyyətlərində ətraf mühitin mühafizəsinə, yeni gənc nəslin tərbiyə olunması işində ekoloji maarifləndirmə sahəsinə  xüsusi diqqət yetirəcəklərini söylədilər. Meşə Mühafizəsi və Bərpası Müəssisəsindən olan nümayəndələr  “Eko – Aləm” İctimai Birliyinin bu fəaliyyətini yüksək qiymətləndirdilər. Onlar hazırlanmış və tədbir iştirakçılarına paylanan “Meşədə  Davraniş Qaydalari” adlı plakat və “Ekoloji Mədəniyyət və Turizm” adlı ekoloji maarifləndirici məlumat kitabı yüksək qiymətləndirdilər. Onlar bildirdilər ki, bu plakatda yazılan tövsiyələri əhalinin istirahət etdiyi meşə ərazilərində insanların diqqəti çəkən yerlərdə asacaqlar.  Şəki Tarix-Diyarşünaslıq muzeyinin baş fond mühafizi Səadət Sultanova   “Ekoloji Mədəniyyət və Turizm” adlı ekoloji maarifləndirici məlumat kitabını muzeyin fondunda saxlamaq üçün müəllifdən kitaba xatirə olaraq aftoqraf yazdıraraq aldı.     Tədbirdən sonra iştirakçılar bu səmərəli və faydalı fəaliyyətə görə öz təşəkürlərini bildirdilər.

Tədbirdə Şəki Tarix-Diyarşünaslıq muzeyinin baş fond mühafizi Səadət Sultanova və Meşə Mühafizəsi Bərpasi Müəssisəsin Rəsulov Niymət Şövkət oğlu çıxış edərək  mövzu ətrafında danışdılar. Onlar öz çıxışlarında ətraf mühi qorunması kimi cox vacib bir işə görə apardıqları fəaliyyətə görə  “Eko – Aləm” İctimai Birliyinin üzvlərinə təşəkkürlərini bildirdilər və bu faydalı işə görə gələcək fəaliyyətlərində uğurlar arzuladılar.

                  Tədbir yüksək səviyyədə həyata kemişdir.

 

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *