Təşkilatın adı: Eko Aləm İctimai Birliyi
Layihəni maliyyələşdirən təşkilatın adı: Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası
Layihənin adı: “Uşaqlara təhsil müəssisələrərində gender məsələləri və ekoloji təhsil
haqqında biliklərin verilməsinə yardım”
Layihənin müddəti: 3 ay
Layihənin ümumi məbləği: 3000 (üç min) AZN
Layihənin rəhbəri: Yüzbaşeva Sevil İsmayıl qızı
Ümumi məlumat
1. Layihənin əsas məqsədi: Ümumtəhsil müəssisələrində təhsilin və təbiət elmlərindən bəhs edən dərsliklərin keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə, gender məsələləri və ekoloji təhsil haqqında biliklərin verilməsinə həsr olunmuş təbliğat tədbirlərin həyata keçirilməsi.
Layihənin adı | Təhsil müəssisələrində uşaqlara gender məsələləri və ekoloji tərbiyə ilə bağlı biliklərin verilməsinə yardım |
Layihənin müddəti (başlangıc və son tarixlər) | 20 sentyabr 2010-cu il 20 декабр 2010-cu il |
Şura tərəfindən ayrılmış maliyyə yardımının ümumi məbləği | 3000 |
Bu günədək ayrılmış maliyyə vəsaitinin miqdarı | 3000 |
Hesabatın əhatə etdiyi dövr | 20 sentyabr – 20 dekabr 2010-cu il |
2. Hesabat dövründə öhdəliyə götürülmüş işlər
Bu bölməyə aid məlumatlar aşağıdakı cədvəl şəklində verilməlidir.
|
Fəaliyyətin adı |
Həyata keçirilmə tarixi |
Həyata keçiriləcək yer |
Məsul şəxs |
1 |
Layihənin anonsu Hazırlıq mərhələsi-rəhbər |
20.09.- 03.10. 2010 |
Bакı |
Layihə rəhbəri |
2 |
Kitabın texniki tərtibatı və çapı |
03.10.- 10.10. 2010 |
Bакı |
Layihə rəhbəri |
3 |
Tədbirə hazırlıq | 10.10.-17.10.
2010 |
Bакı |
Layihə rəhbəri |
4 |
Təcrübəçilik Mərkəzində tədbir |
22.10.2010 |
Bакı |
Layihə rəhbəri |
5 |
Aralıq hesabat |
28.10.2010 |
Bакı |
Layihə rəhbəri |
6 |
46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzi |
13.11. 2010 |
Bакı |
Layihə rəhbəri |
7 |
Bakı şəhəri 132-134 saylı birləşmiş Məktəbin Treninq Mərkəzi |
3. 12. 2010 |
Bакı |
Layihə rəhbəri |
8 |
Yekun hesabat |
20.12.2010 |
Bакı |
Layihə rəhbəri |
3. Hesabat dövründə görülmüş işlər
(Hesabat dövründə həyata keçirilən hər bir fəaliyyət növü 2-ci bölmədə verilmiş ardıcıllığa uyğun olaraq aşağıdakı formada təsvir edilməlidir)
1-ci fəaliyyət
Fəaliyyətin adı | Hazırlıq mərhələsi-rəhbər Kitaabın hazırlanması və çapı |
Keçirilmə tarixi | 20.09 – 03.10. 2010 |
Keçirildiyi yer | Bакı şəhəri |
İştirakçılar
(burda sayını qeyd edin və siyahы hesabata əlavə olunmalıdır) |
Hazırlıq mərhələsində əsasən layihənin işçi heyətindən layihə rəhbəri təşkilat üzvlərindən ibarət 5 nəfərlik tərkib iştirak etmişlər. Tərcümə olan materiallar təşkilat üzvləri tərəfində texniki tərtibatı həyata keçirilmiş, korrektə olunmuş, kitab formatına salınmışdır. |
Fəaliyyətin qısa təsviri
(bu fəaliyyət çərçivəsində gördüyünüz işləri təsvir edin) |
Layihənin hazırlıq mərhələsi çərçivəsində tərcümə və çap olunmaq üçün toplanmış gender və ekoloji tərbiyəyə aid materiallardan seçilərək tərcümə olunmuşdur. Tərcümə olan materiallar təşkilat üzvləri tərəfində texniki tərtibatı həyata keçirilmiş, korrektə olunmuş, kitab formatına salınmışdır. Tərcümə ingilis dilindən təşkilat üzvi vərus dilindən layihə rəhbəri tərəfindən həyata keçirilmişdir. Kitabın üz qabığın dizayner tərəfindən hazırlanmış və Şura tərəfindən təyin olunan məsləhətçi ilə razılaşdırılmışdır. Kitabın Elmi redaktoru AMEA-da şalışan Könül Yüzbaşeva həyata keçirtmişdir. Texniki redaktoru təşkilat üzvü Həmidə Abbasova və internetdən və bədii ədəbiyyatdan materialları toplayan Çinarə Kərimova və Kompyuter tərtibatı sahə üzrə mütəxəssis Xalid Məmmədovtərəfindən həyata keçirilmişdir. 28 sentyabr tarixində çapa imzalanmış, nəşr olunmaq üçün “APASTROF” çap evinə təhvil verilmişdir. Sifariş olunan kitab 9 oktyabr 2010 – cu il tarixində mətbədən təşkilat tərəfindən, hazır məhsul şəkilində qəbul edilmişdir.
|
2-ci fəaliyyət
Fəaliyyətin adı | Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzində təlimin keçirilməsi |
Keçirilmə tarixi | 22.10. 2010 |
Keçirildiyi yer |
Bакı şəhəri Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzində təlimin keçirilməsi (Ünvan: Bakı şəhəri Nobel prospekti, Nizami parkının arxası) |
İştirakçılar
(burda sayını qeyd edin və siyahы hesabata əlavə olunmalıdır) |
Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin birgə fəaliyyət göstərdiyi məktəblərdən və uşaq müəssisələrindən dəvət olunmuş 24 nəfər təhsil müəssisənin işçisi iştirak etmişdir. Tədbirdə “Eko – Aləm” İctimai Birliyinin üç nəfər üzvü, iki nəfər gender sahəsi üzrə mütəxəssis təlimçi“Gender Bərabərliyi və Qadın Təşəbbüsləri” İctimai Birliyinin sədri Ülviyyə Vaqif qızı Məmmədova və araşdırıcı jurnalist Qafqaz Media Tədqiqat Mərkəzinin və Kanal13 Internet TV- direktoru Orucov Anar Qaraş oğlu və Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin birgə fəaliyyət göstərdiyi məktəblərdən və uşaq müəssisələrindən dəvət olunmuş 24 nəfər təhsil müəssisənin işçisi və həmin mərkəzin rəhbərliyi Şükurov Əli müəllim daxil olmaqla 28 nəfər iştirak etmişdir. Şükurov Əli müəllimtədbirə uöurlar dilədikdən sonra seminarı tərk etmişdir.
Cəmi 28 nəfər iştirak etmişdir. Siyahы hesabata əlavə olunmuşdur. |
Fəaliyyətin qısa təsviri
(bu fəaliyyət çərçivəsində gördüyünüz işləri təsvir edin) |
22 oktyabr 2010 – cu il tarixində Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzində layihə işi qrafikində nəzərdə tutulduğu kimi birinci tədbir həyata keçirilmişdir. Tədbirdə gender məsələlərinə həsr olunmuş təlim həyata keçirilmişdir. Təlimin işində 24 nəfər müəllimlər, kitabxana işçıləri və “Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin əməkdaşları iştirak etmişlər. Təhsil sistemi cəmiyyətləri formalaşdırır və onlara xidmət edən cəmiyyətlər tərəfindən formalaşır. Bu, təhsilin bütün səviyyələrinə münasibətdə baş verir, məktəbəqədər proqramlardan başlamış, ali məktəbi qurtardıqdan sonra ən inkişaf etmiş təkmilləşmə səviyyələrinə qədər. Şagirdlərin gender və ekoloji təsəvvürlərinin formalaşmasında məktəbin rolu kifayət qədər genişdir. Mütəxəssislərin qənaətincə, bu, şagirdlərin vaxtlarının çox hissəsini məhz təhsil ocağında keçirmələri ilə bağlıdır. Onlar hesab edirlər ki, tədris prosesindən kənarda, məsələn, valideyndən və ya kütləvi informasiya vasitələrindən, xüsusilə də televiziyadan alınan informasiyalar şagirdin şüurunda möhkəmlənə və ya qısa müddətdən sonra unudula bilər. Buna görə də mütəxəssislər hesab edirlər ki, şagirdlərə tədris prosesində gender və ekologiya mövzusuna dair nümunələrin təlimi olduqca mühüm əhəmiyyət kəsb edir. Təlim “Gender Bərabərliyi və Qadın Təşəbbüsləri” İctimai Birliyinin sədri Ülviyyə Vaqif qızı Məmmədova tərəfindən aparılmışdır. Təlimin proqramı və modulu layihə işinə əlavə edilmişdir. Ülviyyə Vaqif qızı Məmmədova tərəfindən hazırlanmış bir günlük təlim modulu gender və inkişafın nəzəri əsaslarını əhatə edirdi. Tədbirdə Qafqaz Media Tədqiqat Mərkezinin və Kanal13 Internet TV- direktoru Orucov Anar Qaraş oğlu da iştirak edirdi. Burada “cins” və “gender” arasında fərqlər, qadın və kişilər arasında fərqlərin qarışdırılması nəzərdə tutulur. Bu modul həmçinin gender bərabərsizliyi və kasıblığının bir-birilə necə əlaqəli olduğunu və qarşılıqlı şəkildə kasıblığı necə gücləndirdiklərini və kasıbllğın aradan qaldırılması üçün gender bərabərsizliyinin aradan qaldırlımasının çox vacib olduğunu və gender bərabərsizliyinin aradan qaldırılması üçünsə kasıblığın aradan qaldırılmasının vacib olduğunu iddia edir. Ümumiyyətlə “Gender” anlayışı yeni məna daşıyan qədim sözdür. Yenicə istifadəyə başlandığındın və termin xarakteri daşıdığından, bu sözü tərcümə etmək çətindir. Bu, təhsilin bütün səviyyələrinə münasibətdə baş verir, məktəbəqədər proqramlardan başlamış, ali məktəbi qurtardıqdan sonra ən inkişaf etmiş təkmilləşmə səviyyələrinə qədər. Gender və cins fərqli anlayışlardır. Cins və gender arasında fərq əsasən ona görə qoyulmuşdur ki, kişilər və qadınlar nə iş görsələr belə, onların cinsi funksional müxtəlifliyi istisna olmaqla, onlardan nə gözlənilsə də, hər şeyin dəyişə bildiyini və zaman keçdikcə dəyişdiyini, və bu dəyişikliklərə uyğun olaraq sosial və mədəni faktorların da dəyişdiyini xüsusi qeyd etmiş olsunlar. Cins və gender arasındakı konseptual fərq, cins bioloji olaraq irəlicədən müəyyən olunub, gender isə kişiləri və qadınları istənilən icmada xarakterizə etdiyindən, qabaqcadan sosial və fizioloji hal kimi müəyyən edilib. Tədbirdə ekoloji maarifləndirmə sahəsində də işi aparılmışdır. Bu maarifləndirmə işi Eko – Aləm İctimai Birliyinin sədri Yüzbaşeva Sevil İsmayıl qızı tərəfindən aparılmışdır. Tədbirdə Eko – Aləm İctimai Birliyinin “Təhsil müəssisələrində uşaqlara gender məsələləri və ekoloji tərbiyə ilə bağlı biliklərin verilməsinə yardım” layihəsi çərçivəsi hazırladığı “Gender və Ekoloji Təhsilə Yardım” kitabının təqdimatı da həyata keçirilmiş və tedbir iştirakçılarına həmin kitab da paylanmışdır.
Tədbir yüksək səviyyədə həyata kemişdir. |
3-cü fəaliyyət
Fəaliyyətin adı |
Bakı şəhəri 46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzində təlimin keçirilməsi |
Keçirilmə tarixi | 13 noyabr 2010 – cu il |
Keçirildiyi yer |
Bакı şəhəri 46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzi Ünvan: Bakı ş. S. Vurğun küçəsi 94 ( Türkiyə səfirliyinin və 21 – ci Polis bölməsinin yanı) |
İştirakçılar
(burda sayını qeyd edin və siyahы hesabata əlavə olunmalıdır) |
Bakı şəhəri 46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzində 53 nəfər müəllim və yuxarı sinif şagirdləri və 46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzi təhsil müəssisəsinin işçisi iştirak etmişdir. Tədbirdə “Eko – Aləm” İctimai Birliyinin üç nəfər üzvü, iki nəfər gender sahəsi üzrə mütəxəssis təlimçi “Gender Bərabərliyi və Qadın Təşəbbüsləri” İctimai Birliyinin sədri Ülviyyə Vaqif qızı Məmmədova və Regional Gender Mərkəzi İB sədri Şərqiyə xanım Dadaşova iştirak etmişdir. Siyahы hesabata əlavə olunmuşdur. |
Fəaliyyətin qısa təsviri
(bu fəaliyyət çərçivəsində gördüyünüz işləri təsvir edin) |
13 noyabr 2010 – cu il tarixində Bakı şəhəri 46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzində layihə işi qrafikində nəzərdə tutulduğu kimi ikinci tədbir həyata keçirilmişdir. Tədbirdə gender və eloloji tərbiyəyə həsr olunmuş təlim həyata keçirilmişdir. Təlimin işində 53 nəfər müəllimlər və yuxarı sinif şagirdləri iştirak etmişlər. Tədbirdə 100, 54, 45, 202, 158, 242, 272, 210, 72, 49, 5, 44,sayli məktəblərdən, Zəngin Liseyinden və 46 sayli Mətəbdən kənar Tərbiyə İşi Mərkəzinin işçiləri olmaqla 53 nəfər müəllim və yuxarı sinif şagirdləri iştirak etmişlər. Təhsil sistemi cəmiyyətləri formalaşdırır və onlara xidmət edən cəmiyyətlər tərəfindən formalaşır. Bu, təhsilin bütün səviyyələrinə münasibətdə baş verir, məktəbəqədər proqramlardan başlamış, ali məktəbi qurtardıqdan sonra ən inkişaf etmiş təkmilləşmə səviyyələrinə qədər. Şagirdlərin gender və ekoloji təsəvvürlərinin formalaşmasında məktəbin rolu kifayət qədər genişdir. Mütəxəssislərin qənaətincə, bu, şagirdlərin vaxtlarının çox hissəsini məhz təhsil ocağında keçirmələri ilə bağlıdır. Onlar hesab edirlər ki, tədris prosesindən kənarda, məsələn, valideyndən və ya kütləvi informasiya vasitələrindən, xüsusilə də televiziyadan alınan informasiyalar şagirdin şüurunda möhkəmlənə və ya qısa müddətdən sonra unudula bilər. Buna görə də mütəxəssislər hesab edirlər ki, şagirdlərə tədris prosesində gender və ekologiya mövzusuna dair nümunələrin təlimi olduqca mühüm əhəmiyyət kəsb edir. Təlim “Regional gender Mərkəzi” İctimai Birliyinin sədri Dadaşova Şərqiyə tərəfindən tərəfindən aparılmışdır. Təlimin proqramı və modulu layihə işinə əlavə edilmişdir. Dadaşova Şərqiyə tərəfindən hazırlanmış bir günlük təlim modulu gender və inkişafın nəzəri əsaslarını əhatə edirdi. Təhsil sistemi cəmiyyətləri formalaşdırır və onlara xidmət edən cəmiyyətlər tərəfindən formalaşır. Bu, təhsilin bütün səviyyələrinə münasibətdə baş verir, məktəbəqədər proqramlardan başlamış, ali məktəbi qurtardıqdan sonra ən inkişaf etmiş təkmilləşmə səviyyələrinə qədər. Gender və cins fərqli anlayışlardır. Cins və gender arasında fərq əsasən ona görə qoyulmuşdur ki, kişilər və qadınlar nə iş görsələr belə, onların cinsi funksional müxtəlifliyi istisna olmaqla, onlardan nə gözlənilsə də, hər şeyin dəyişə bildiyini və zaman keçdikcə dəyişdiyini, və bu dəyişikliklərə uyğun olaraq sosial və mədəni faktorların da dəyişdiyini xüsusi qeyd etmiş olsunlar. Cins və gender arasındakı konseptual fərq, cins bioloji olaraq irəlicədən müəyyən olunub, gender isə kişiləri və qadınları istənilən icmada xarakterizə etdiyindən, qabaqcadan sosial və fizioloji hal kimi müəyyən edilib. Bioloji və fiziki quruluş (xromosomlar, daxili və xarici orqanlar, hormonal struktur, ikinci dərəcə cinsiyyət əlamətləri) kişi və qadın cinsinin müəyyən edilməsinə əsas verir. Lakin genderi təyin etdikdə kişi və qadın xüsusiyyətlərinin və rollarının sosial və mədəni qavranışına fikir vermək vacibdir. Gender insana sosiallaşma prosesində onun məxsus olduğu cəmiyyətin mədəniyyəti vasitəsilə aşılanır. Bir çox mədəniyyətlərdə oğlanları kişilərə xas keyfiyyətli davranışa həvəsləndirir, qızlara isə özlərini qadın kimi aparmalarını öyrədirlər. Məsələn, uşaqlara bağışlanan oyuncaqlar vasitəsilə – oğlanlara silah, qızlara kukla bağışlanılır – və ya müxtəlif intizam tələbləri ilə, yaxud onların çalışıb nail olmaq istədikləri iş və karyera ilə, ya da mətbuatda yaradılan kişi və qadın obrazları ilə öyrədirlər. Uşaqlar doğulduğu məqamdan özlərinin bu və ya digər genderə mənsub olduqlarını öyrənirlər. Onlar dərk etməyə çalışırlar ki, özlərini necə aparsınlar ki, ətrafdakılar tərəfindən kişi və ya qadın kimi qəbul olunsunlar. Onların bütün həyatı boyu bu hal valideynlər, müəllimlər, həmyaşıdlar, mənsub olduqları mədəniyyət və cəmiyyət tərəfindən stimullaşdırılır. Bütün cəmiyyətlər müəyyən cinsə bioloji mənsubluğu gender təsvirinin əsas meyarlarından biri kimi istifadə edirlər, lakin bu sadə başlanğıç, əlamətdən başqa elə iki mədəniyyət tapılmaz ki, onlar bir gender digərindən fərqləndirən başqa əlamətlər üzrə tam razılığa gəlmiş olsunlar. Buna görə də gender rollarına baxışda mədəniyyətlər arasında xeyli fərqlər mövcuddur. Tədbirdə ekoloji maarifləndirmə sahəsində də işi aparılmışdır. Bu maarifləndirmə işi Eko – Aləm İctimai Birliyinin sədri Yüzbaşeva Sevil İsmayıl qızı tərəfindən aparılmışdır. Tədbirdə Eko – Aləm İctimai Birliyinin “Təhsil müəssisələrində uşaqlara gender məsələləri və ekoloji tərbiyə ilə bağlı biliklərin verilməsinə yardım” layihəsi çərçivəsi hazırladığı “Gender və Ekoloji Təhsilə Yardım” kitabının təqdimatı da həyata keçirilmiş və tədbir iştirakçılarına həmin kitab da paylanmışdır.Tədbirdə ishtirak edən uşaqlara Eko-Aləm İB məktəb ləvazimatları və bədii kitablar hədiyyə olaraq təqdim etmişdir Tədbir yüksək səviyyədə həyata kemişdir. |
4-cü fəaliyyət
Fəaliyyətin adı | 132-134 saylı birləşmiş Məktəbin Treninq Mərkəzində təlimin keçirilməsi |
Keçirilmə tarixi | 3 dekabr 2010 – cu il |
Keçirildiyi yer | 132-134 saylı birləşmiş Məktəbin Treninq Mərkəzində
Ünvan: Bakı ş. İstiqlaliyyət küç. 13/15
|
İştirakçılar
(burda sayını qeyd edin və siyahы hesabata əlavə olunmalıdır) |
Bakı şəhəri 132 – 134 saylı birləşmiş Məktəbin Treninq Mərkəzində 33 nəfər müəllim və şagirdlərin iştirakı ilə həyata keçirilmişdir. Tədbirdə “Eko – Aləm” İctimai Birliyinin üç nəfər üzvü və gender sahəsi üzrə mütəxəssis təlimçi “Regional gender Mərkəzi” İctimai Birliyinin sədri Dadaşova Şərqiyə iştirak etmişdir. Siyahы hesabata əlavə olunmuşdur. |
Fəaliyyətin qısa təsviri
(bu fəaliyyət çərçivəsində gördüyünüz işləri təsvir edin) |
3 dekabr 2010 – cu il tarixində layihə işi qrafikində nəzərdə tutulduğu kimi sonuncui tədbir həyata keçirilmişdir. Tədbirdə gender və ekoloji tərbiyəyə həsr olunmuş təlim həyata keçirilmişdir. “Gender Bərabərliyi və Qadın Təşəbbüsləri” İctimai Birliyinin sədri Ülviyyə Vaqif qızı Məmmədova və Regional Gender Mərkəzi İB sədri Şərqiyə xanım Dadaşova iştirak etmişdir. Təlimin işində 132-134 saylı birləşmiş məktəbin müəllimləri və şagirdlərindən 33 nəfər iştirak etmişdir. Müasir azərbaycan cəmiyyətində bərabər hüquqlu gender münasibətlərinin formalaşması üçün şəraitin yaradılması meyli nəzərdə tutulur. Azərbaycan Respublikasının Konstitusiyasında cinslərin bərabər hüquqa malik olduğu qeyd edilir. Bu hüquqlar, cinslər arasında münasibətlərin gender cəhətdən həssaslı olmasını təmin etməlidir. Lakin, şüurumuzda dominantlıq edən stereotiplər kişi və qadın bərabərliyinə əsaslanan cəmiyyətin formalaşmasına mane olur. Hazırki durumu dəyişmək üçün təhsildə bəzi dəyişikliklərin edilməsi vacibdir. Gender kompanenti bütün təhsil sisteminin ayrılmaz hissəsi olmalıdır. Gender tərbiyəsi şəxsiyyətin inkişafında insan şüuruna, təfəkkürünə təsir edir və bu da mənəvi-etik və tolerant cəmiyyətin formalaşmasına şərait yaradır. Şəxsiyyətin formalaşması prosesi uşaq yaşlarından başladığı uçün gender və ekoloji mədəniyyətni tərbiyəsi məqsədyönlü olaraq, kiçik yaşdan başlanılmalıdır. Lakin, qarşıda duran məqsədin əldə edilməsinə mane olan cəmiyyətimizdə yayılmış gender stereotipləridir. Mühafizəkar gender stereotipləri (mütləq hesab olunan qadın və kişi davranış modelləri barədə standartlaşdırılmış təsəvvürlər) yetişməkdə olan nəslin təlim və tərbiyəsinə neqativ təsir göstərə bilər. Patriarxal – mühafizəkar təsəvvürlər və davranış nümunələri fərdiliyin inkişafını ləngidir, təşəbbüskarlığın formalaşmasına mane olur. Bu nümunələrlə bağlı informasiya və bilikləri, yetişməkdə olan gənc nəsil, orta ümumtəhsil müəssisələrindəki təhsil çərçivəsində, gender sosiallaşması prosesində mənimsəyir. Məktəbdə gender sosiallaşması – bu təhsil sisteminin oğlan və qızlara elə təsir prosesidir ki, onlar Hazırki sosial – mədəni mühitdə qəbul olunmuş gender normaları və dəyərlərini, “qadın və kişi davranışı” modellərini mənimsəsinlər. Gender həssaslı sosiallaşma – oğlan və qızların əks cinslərə aid edilən fərdi təbii imkanlarının, qabiliyyətlərinin inkişafını nəzərdə tutur. Şagirdlərin gendervə ekoloji təsəvvürlərinin formalaşmasına məktəbin təsiri kifayət qədər güclüdür. Bu onunla izah olunur ki, uşaq və yeniyetmələr öz vaxtlarının böyük hissəsini məhz, məktəbdə keçirirlər. Tədbirdə ishtirak edən uşaqlara Eko-Aləm İB məktəb ləvazimatları və bədii kitablar hədiyyə olaraq təqdim etmişdir. Tədbirdə ekoloji maarifləndirmə sahəsində də işi aparılmışdır. Bu maarifləndirmə işi Eko – Aləm İctimai Birliyinin sədri Yüzbaşeva Sevil İsmayıl qızı tərəfindən aparılmışdır. Tədbir iştirakçılarına həmçinin layihə çərçivəsində nəşr edilən “Gender və ekoloji təhsilə yardım” adlı kitab da paylanmışdır. Tədbir yüksək səviyyədə həyata kemişdir. |