Hesabat
Maliyyə yardımı müqaviləsi № _8/067/128
Eko – Aləm İctimai Birliyi
Təqdim olunmuş tarix: 2 .09. 2009
Ümumi məlumat
Layihənin adı |
Uşaqların ekoloji təlim tərbiyəsində “Ekoloji oyunlar” – dan istifadə”layihəsin |
Layihənin müddəti (başlangıc və son tarixlər) |
01.05.2009 tarixindən 01.09.2009 tarixinə olan müddəti əhatə edir |
Şura tərəfindən ayrılmış maliyyə yardımının ümumi məbləği |
4400,00 AZN |
Bu günədək ayrılmış maliyyə vəsaitinin miqdarı |
4400,00 AZN |
Hesabatın əhatə etdiyi dövr |
1 iyul 2009 – cu il tarixindən 1 sentyabr 2009 – cu il tarixinə olan müddət |
1. Layihənin əsas məqsədi
Böyüməkdə olan gənc nəslin hələ kiçik yaşlarından ekoloji tərbiyə olunmasında və maariflənməsində qeyri ənənəvi metodlardan biri kimi ekoloji oyunlardan, istifadə etməklə ətraf mühitin qorunması işinə uşaqların, yeniyetmələrin diqqətini artırmaq və bu məqsədlə onların ekoloji tərbiyəsini inkişaf etdirmək layihənin əsas məqsədidir
2. Hesabat dövründə öhdəliyə götürülmüş işlər.
|
Fəaliyyətin adı |
Həyata keçirilmə tarixi |
Həyata keçiriləcək yer |
Məsul şəxs |
1. |
Xaçmaz rayonunda ekoloji maarifləndirməyə həsr olunmuş seminarın keçirilməsi. |
15 iyul 2009 – cu il tarixində |
Xaçmaz şəhəri |
Yüzbaşeva Sevil İsmayıl qızı |
2. |
Masallı rayonunda ekoloji maarifləndirməyə həsr olunmuş seminarın keçirilməsi. |
29 iyul 2009 tarixində |
Masallı şəhəri |
Yüzbaşeva Sevil İsmayıl qızı |
3. |
46 saylı Məktəbdənkənar təhsil müəssisəsində ekoloji maarifləndirməyə həsr olunmuş seminarın keçirilməsi. |
20 avqust 2009 – cu ildə |
Bakı şəhəri |
Yüzbaşeva Sevil İsmayıl qızı |
4. |
Ümumi hesabatın hazırlanması |
21 avqust 2009 – cu ildən 31 avqust 2009 – cu ilə qədər |
Bakı şəhəri |
Yüzbaşeva Sevil İsmayıl qızı |
5. |
Hesabatın təhvili |
1 sentyabr 2009 – cu ildən 7 sentyabr 2009 – cu ilə qədər |
Bakı şəhəri |
Yüzbaşeva Sevil İsmayıl qı3 |
3. Hesabat dövründə görülmüş işlər
1-ci fəaliyyət
Fəaliyyətin adı |
Xaçmaz rayonunda ekoloji maarifləndirməyə həsr olunmuş seminarın keçirilməsi. |
Keçirilmə tarixi |
15 iyul 2009 – cu il tarixində layihədə nəzərdə tutulmuş vaxtda Xaçmaz şəhərində seminar yerinə yüksək keyfiyyətlə keçirilmişdir. |
Keçirildiyi yer | Xaçmaz şəhəri , “Turizm İnformasiyaMərkəzi” |
İştirakçılar
(burda sayını qeyd edin və siyah hesabata əlavə olunmalıdır) |
Seminar iştirakçılarının sayı 27 nəfər olmuşdur. İştirakçıların siyahısı bu hesabata əlavə edilmişdir. İştirak edirdilər 27 nəfər
|
Fəaliyyətin qısa təsviri (bu fəaliyyət çərçivəsində gördüyünüz işləri təsvir edin) |
Seminarda ekoloji maarifləndirmə sahəsində ictimaiyyət nümayəndələri ilə maarifləndirmə işi aparılmışdır. Layihə çərçivəsində hazırlanan kitabda çap olunan ekoloji oyunlardan istifadə və təlim tərbiyə işində tətbiq olunmasının yolları haqqa maraqlı söhbətlər aparılmış və müzakirələr edilmişdir. Uşaqların ekoloji təlim tərbiyəsində “Ekoloji oyunlar” – dan istifadə” layihəsi çərçivəsində hazırlanmış kitabda təsvir olunan oyunlar, dünyanın inkişaf etmiş ölkələrinin mütəxəssisləri tərəfindən hazırlanmış və öz ölkələrində tətbiq olunmuşdur. Ümumiyyətlə bütün dünyada Ekoloji oyunların yaradıcısı amerikalı Cozef Kornel sayılır. Onun təcrübələrindən bir sıra ölkələrin mütəxəssisləri o, cümlədən Rusiya Federasiyasının təlim tərbiyə müəssisələrində çalışanlar istifadə edərək, bununla kifayətlənməmiş və hətta öz oyunlarını belə yaradaraq, ölkələrində tətbiq edərək, lazımı nəticələr əldə etməkdədirlər. Bizim təşkilat tərəfindən də bu, oyunlar toplanaraq tərcümə olunmuş və kitab kimi layihə çərçivəsində nəşr edilmişdir. Oyunların yaradıcıları nəinki öz ölkələrinin təbiətini, həmçinin bütün dünyanın təbiətini kiçik yaşlı vətəndaşlarına sevdirmək, təbiətin insanların yaşaması üçün nə dərəcədə önəmli olduğunu gənc insanlara başa salmaq, ekologiyanı mühafizə etmək, onun qayğısına qalmaq və sevdirmək üçün lazımı bilikləri bu oyunlar vasitəsi ilə uşaqlara çatdırırlar. Bu kitabda ekoloji maarifləndirmə ilə məşğul olan insanlar tərəfindən hazırlanmış 63 adda ekoloji oyunlar toplanmışdır. Kitab təlim tərbiyə müəssisələri işçiləri üçün bir məşğələ vəsaiti kimi çox önəmli əhəmiyyət daşıyır. Bu kitabda bizim təklif etdiyimiz oyunları, başqa oyunlardan fərqləndirən əsas xüsusiyyət oyunları təbiət guşəsində, təbiət ünsürlərini təsvir etməklə , onlarla sıx təmasda olmaqla oynamaqdır ki, bu da uşaqlarda təbiətə qarşı maraqlarının artmasına, onun bir canlı orqanizm olmasını yaxından və öz həyati təcrübələrindən keçirtməklə dərk etmələrinə səbəb olunmasıdır. Bundan başqa bu oyunların tətbiq olunmasının texnologiyası da bu, yuxarıda qeyd olunan qabaqcıl insanlar tərəfindən hazırlanmışdır ki, bunlar haqqında da kitabda qısa da olsa məlumatlar verilmişdir ki, təlim, tərbiyə prosesində müəllimlər tərəfindən uşaqlara qısa məlumatlar verilsin. Seminarın sonunda iştirakçılarla müzakirələr aparılmışlar. Onlar layihəni işini çax bəyəndiklərini və ekoloji təlim tərbiyə sahəsində fəaliyyəti artırmaq üçün valideynlər üçün də belə kitabların çap olunmasının arzu etmişlər. Seminar haqqında məlumat hazırlanaraq Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında layihə üzrə koordinator olan xanım Nigar Atakişiyevanın ( o, analıq məzuniyyətinə getdiyindən ) və məsləhətçi Mirzə Zaidovun elektron ünvanına göndərilmişdir.
|
2-ci fəaliyyət
Fəaliyyətin adı |
Masallı rayonunda ekoloji maarifləndirməyə həsr olunmuş seminarın keçirilməsi. |
Keçirilmə tarixi | 29 iyul 2009 tarixindən |
Keçirildiyi yer | Masallı Mərkəzləşdirilmiş Şəhər Kitabxanası
|
İştirakçılar
(burda sayını qeyd edin və siyah hesabata əlavə olunmalıdır) |
Seminar iştirakçılarının sayı 26 nəfər olmuşdur. İştirakçıların siyahısı bu hesabata əlavə edilmişdir. İştirak edirdilər 26 nəfər
|
Fəaliyyətin qısa təsviri (bu fəaliyyət çərçivəsində gördüyünüz işləri təsvir edin) |
İyul ayının 28 – də beş nəfərdən ibarət nümayəndə heyəti bölgəyə, Masalləı şəhərinə ezamiyyətə getdik. Masallıya çatdıqdan ilk növbədə şəhər İcra hakimiyyətinə gəldik. İlk olaraq Masallı İcra hakimiyyətində İctimai Siyasi Şöbəsinin rəisi Əliyev Seyfəddin müəllimin qəbulunda olduq. Ona bildirdik ki, ezamiyyətə gəlməyimiz barədə 27 iyun 2009 – cu il tarixində Masalli rayon İcra hakimiyyətinə poçt vasitəsi ilə rəsmi məktub göndərmişik. Özümüzü təqdim etdikdən sonra ona gəlişimizin səbəbi haqqında müfəssəl olaraq məlumatlar verdik. Seyfəddin müəllim bizə bildirdi ki, göndərdiyimiz məktubu alıblar və bizim gəlişimizi gözləyirdilər. Sonra o, Masallı İcra Hakimiyyətində Təhsil Mədəniyyət Səhiyyə Şöbəsinin böyük aparıcısı Aslanova Naibə xanımı və Azyaşlılar Komisiyasının psixoloq vəzifəsində çalışan Abuzərova Səyyarə xanımı yanına dəvət edərək bizimlə tanış etdi. Seyfəddin müəllim bildirdi ki, bu hörmətli xanımlar bizə lazımı kömökliyi göstərəcəklər. Biz də öz növbəmizdə bu möhtərəm xanımlara təşkilatımızın gördüyü işlər, gəlişimizin səbəbi, layihə çərçivəsində hazırladığımız və nəşr etdiyimiz “Ağacla tanışlıq” kitabı barədə məlumatlar verməklə gəlişimizin səbəbini anlatdıq. Bu xanımlar bizi diqqətlə dinlədikdən sonra bizim tədbiri keçirtməyimiz üçün hər bir şəraiati yaradacaqlarını söylədilər. Ekoloji oyunlardan ibarət kitab, onların da marağına səbəb olduğundan kitabın bir nüsxəsini onlara təqdim etdik. İctimai Siyasi Şöbəsinin rəisi Əliyev Seyfəddin müəllimə və onun yanında olan bir neçə şəxsə də kitabdan təqdim etdik. Sonra bu möhtərəm xanımlarla birgə tədbirin keçirilməsi barədə məsləhətləşmələr apardıq. Beləliklə layihədə iş qrafikində nəzərdə tutulduğu və göstərildiyi tarixdə seminarın keçirilməsi 29 iyul 2009 –cu il tarixində səhər saat 10 00 –daİcra Hakimiyyətinin yaxınlığında yerləşənMasallı şəhər Mərkəzləşdirilmiş Kitabxanasında keçirilməsini qərarlaşdırıldı və onlar tərəfindən tədbirə tərbiyəçilər, müəllimlər, kitabxana işçiləri və sadə peşə adamları dəvət olundu. Təlim tərbiyə müəssisələri və məktəblər yay tətilində olduğundan orada çalışanların əksəriyyəti məzuniyyətə çıxmışdılar. Bu səbəbdən onların bəzilərini tədbirə dəvət etmək mümkün olmadı. Masallı şəhəri İcra Hakimiyyətində keçirdiyimiz bu görüşdən sonra Səyyarə xanımla birlikdə yuxarıda qeyd olunan Masallı şəhər Mərkəzləşdirilmiş Kitabxanasına gəldik. Masallı şəhər Mərkəzləşdirilmiş Kitabxanasının fondu və hazırkı fəaliyyəti ilə də yaxından tanış olduq. Tədbirin keçirilməsi üçün lazımı işləri görməyi planlaşdırdıq. Sonra gecələmək üçün bir neçə ünvanla əlaqə yaratmağa da köməklik etdi. Sonra Masallı şəhərində yerləşən “Masall” mehmanxanasına gəldik və mehmanxananın İctimai İaişə müəssisəndə 29 iyul 2009 – cu il tarixində keçirilməsi nəzərdə tutulan seminarın iştirakçıları üçün lazım olan yemək çay, kofe fasiləsi üçün göstəriləcək xidmətə görə lazım olan danışıqlar aparaq sifarişlər etdik. 29 iyul 2009 – cu il tarixində saat 10.00 – da Masallı şəhər Mərkəzləşdirilmiş Kitabxanasının çox gözəl şəraiti olan oxu zalında, seminar keçirtmək üçün tədbirdən əvvəl gələrək, avadanlıqlarımızı o, cümlədən kompyuter və proyektoru quraşdırıb, stolların üstünə seminar iştirakçıları üçün paylama materialı düzərək oxu zalında hazırlıq işləri apardıq. Saat 10:00 – dan seminar iştirakçıları gəlməyə başladılar. Gündəlikdə nəzərdə tutulduğu kimi saat 10:30 – da seminar öz işinə başladı. Seminara Masallı şəhər Mərkəzləşdirilmiş Kitabxanasının işçiləri ilə yanaşı Ərkivan qəsəbə kitabxanasında çalışan kitabxanaçılar, uşaq bağçalarından tərbiyəçi müəllimlər və vətəndaş cəmiyyətinin üzvləri və Masallı şəhəri İcra Hakimiyyəti nümayəndələri də iştirak edirdilər. Seminar işinə başlayanda Masallı şəhər Mərkəzləşdirilmiş Kitabxanasının müdiri Nəzərov Ələddin çıxış edərək seminar iştirakçılarına uğur diləyərək onları salamladı. Tədbir iştirakçıları bizim hazırladığımız, iştirakçılar haqqındakı siyahımızı imzalayaraq qeydiyyatdan keçdilər. Həmin siyahı bu hesabata əlavə edilmişdir. Sonra seminar əvvəlcədən gündəlikdə nəzərdə tutulduğu kimi, işinə davam etdi. Seminarda iştirakçıların təqdimatından və tanışlıqdan sonra “Uşaqların ekoloji təlim tərbiyəsində “Ekoloji oyunlar” – dan istifadə” layihəsinin işi və təşkilat barədə məlumatlar, Eko Aləm İB İctimai əlaqələr işi üzrə məsul şəxs olan Cəbrayılov Eldar Kamal oğlu tərəfindən məlumat verdi. Qısa fasilədən sonra seminarda “ Saglam həyata dogru “ Ekoloji İctimai Birliyinin sədri, Sadiq Həsənov ətraf mühitin vəziyyəti barədə məruzə ilə çıxış etdi. O, öz çıxışında ölkəmizdə iqtisadiyyatın inkişafı və əhalinin sosial mədəni səviyyəsinin yüksəldilməsi ilə yanaşı, təbii ehtiyatlardan davamlı istifadəsi zamanı, ekoloji tarazlığın qorunmasına diqqət yetirilməsi işinin hər bir vətəndaşımızın mənəvi borcu olduğunu söylədi. Bu sahədə işin aparılması hələ orta tədris məktəblərində ekoloji maarifləndirmənin aparılması yolu ilə gənc nəsildə ekoloji mədəniyyətin və ekoloji təhsilin artmasının önəmli əhəmiyyət kəsb etdiyini söylədi və bildirdi ki, bu işdə ən əhəmiyyətli üsul artıq dünyada inkişaf etmiş ölkələrdə istifadə olunan ekoloji oyunlardır ki, bu da ekoloji mədəniyyətli insan yetişdirmək işinə kömək edəcəkdir. “Eko – Aləm” İctimai Birliyinin sədri Sevil Yuzbaşeva Ekoloji mədəniyyətin formalaşdırılmasının üsulları və yolları barədə məruzə etdi. O, bildirdiki, son illərdə bir cıra məktəb və əlavə təhsil müəssisələrinin müəllimləri və həmçinin ekoloji maarifləndirmə işi ilə məşğul olan ictimai təşkilatların nümayəndələri təhsildə qeyri ənənəvi üsullardan istifadə etməklə məktəblərdə tədris olunan təbiət elmlərinin tədrisində, təbiət aləminin dərk edilməsində yüksək nəaliyyətlər əldə edilməsinə inanırlar. Belə tədris elementlərindən biri kimi ekoloji oyunları göstərmək olar. Təəssüflə qeyd etmək lazımdır ki, belə tip vəsaitlərə respublikamızda çox az təsadüf olunur. Kiçik yaşlı məktəblilərdə oxumaq, öyrənmək arzusunun və bununla yanaşı, uşağın fərdi xüsusiyyətlərinin qorunub saxlanılması – ibtidai təhsil sistemin moderniləşdirilməsinin strategiyasıdır. Şagirdlərin bilik səviyyələrinin keyfiyyətini yüksəltmək üçün, onlara elə şərait yaratmaq lazımdır ki, uşaqlar, dərsdə verilən materialı mənimsəsinlər – yəni işə yaradıcılıqla yanaşma tələb olunur! Pedaqogika təsdiq edir ki, istedadsız insan yoxdur. İstedadı isə yarımçıq qoymaq, inkişaf etdirmək və yaxud söndürmək olar. Sonra o, kitabxanaların ekoloji maarifləndirmə sahəsində apara biləcəyi işlər barədə geniş məlumat verməklə yanaşı ekoloji mədəniyyətin formalaşması işində kitabxanaların tutduğu mühüm yer barədə danışdı. Ekoloji mədəniyyətin formalaşması Kitabxanalarının qarşısına qoyduğu digər məqsəd isə əhalinin ekoloji mədəniyyətinin formalaşdırılasıdır. Bu tədbirləri həyata keçirtmək üçün əsas qrup – uşaq və gənclərdir. Bu məqsədlə kitabxanalarda ən çox istifadə olunan üsullar söhbətlər, müşahidə etmək, oyunlar, viktorinalar, krasvordlar, müzakirələr və kitab oxumaqdır. İnkişaf etmiş ölkələrin bu sahədə apardıqları işlərə nəzər salanda görürük ki, bir sıra kitabxanalarda isə yay tətilləri zamanı müsabiqəli oyun proqramları hazırlamaq, ekoloji mövzularda viktorinalar təşkil etmək ənənəyə çevrilmişdir. Bu istiqamətdə aparılan iş çox keyfiyyətli olmaqla yanaşı, kitabxanaların yeni səviyyəyə qalxmasına səbəb olacaqdır. Böyük hazırlıq işləri aparıldıqdan sonra ekoloji təşkilatlarla qarşılıqlı əlaqə nəticəsində ekoloji mədəniyyət Mərkəzi yaratmaq imkanı yaranır ki, burada bir sıra əhəmiyyətli tədbirlərin “ Ekologiya – aktual söhbət”, “ Sizin sağlamlığınız və ətraf mühit”, disskusiya gecəsi, ekoloji festival “ Bu biz deyiliksə, bəs kimik?” mövzusunda tədbirlər keçirtmək olar. Bir sira ölkələrin bu istiqamətdə apardığı işləriə nəzər salaq. Kitabxanaların uğurlu fəaliyyət göstərməsi üçün ekoloji maarifləndirilmə sisteminə həsr olunmuş proqramların tərtib olunmasına və bu proqramlarda əks olunan tədbirlərin keçirilməsi sikllərinə mütləq kompleks yanaşma tələb olunur. Beləki, belə tədbirlərə bələdiyyələrin nəzdində olan kitabxanalarda hazırlanan “Ekoloji mədəniyyət məktəbi”, “Təbiətlə ittifaqda” proqramları hazırlanmaqla bu proqramlar çərçivəsində isə keçirilən tədbirlər sikli: “Dərketmə saatı”, “İlin fəsilləri: ekoloji səhərciklər”, “Çöldə nəhəng – Ekoloji etika dərsləri”, “Fitnes – kitabxana”, “Tələsmədən fikirləşək: oyun kitab sərgiləri”, “ Sağlam bədən və sağlam ruh” və s.tədbirlər hazırlanaraq həyata keçirilir. Kitabxanalarında ekoloji istiqamətdə iş bütün il boyu aparılması nəzərdə Seminarda ekoloji maarifləndirmə sahəsində ictimaiyyət nümayəndələri ilə maarifləndirmə işi aparılmışdır. Layihə çərçivəsində hazırlanan kitabda çap olunan ekoloji oyunlardan istifadə və təlim tərbiyə işində tətbiq olunmasının yolları haqqa maraqlı söhbətlər aparılmış və müzakirələr edilmişdir. Uşaqların ekoloji təlim tərbiyəsində “Ekoloji oyunlar” – dan istifadə” layihəsi çərçivəsində hazırlanmış kitabda təsvir olunan oyunlar, dünyanın inkişaf etmiş ölkələrinin mütəxəssisləri tərəfindən hazırlanmış və öz ölkələrində tətbiq olunmuşdur. Ümumiyyətlə bütün dünyada Ekoloji oyunların yaradıcısı amerikalı Cozef Kornel sayılır. Onun təcrübələrindən bir sıra ölkələrin mütəxəssisləri o, cümlədən Rusiya Federasiyasının təlim tərbiyə müəssisələrində çalışanlar istifadə edərək, bununla kifayətlənməmiş və hətta öz oyunlarını belə yaradaraq, ölkələrində tətbiq edərək, lazımı nəticələr əldə etməkdədirlər. Bizim təşkilat tərəfindən də bu, oyunlar toplanaraq tərcümə olunmuş və kitab kimi layihə çərçivəsində nəşr edilmişdir. Oyunların yaradıcıları nəinki öz ölkələrinin təbiətini, həmçinin bütün dünyanın təbiətini kiçik yaşlı vətəndaşlarına sevdirmək, təbiətin insanların yaşaması üçün nə dərəcədə önəmli olduğunu gənc insanlara başa salmaq, ekologiyanı mühafizə etmək, onun qayğısına qalmaq və sevdirmək üçün lazımı bilikləri bu oyunlar vasitəsi ilə uşaqlara çatdırırlar. Bu kitabda ekoloji maarifləndirmə ilə məşğul olan insanlar tərəfindən hazırlanmış 63 adda ekoloji oyunlar toplanmışdır. Kitab təlim tərbiyə müəssisələri işçiləri üçün bir məşğələ vəsaiti kimi çox önəmli əhəmiyyət daşıyır. Bu kitabda bizim təklif etdiyimiz oyunları, başqa oyunlardan fərqləndirən əsas xüsusiyyət oyunları təbiət guşəsində, təbiət ünsürlərini təsvir etməklə , onlarla sıx təmasda olmaqla oynamaqdır ki, bu da uşaqlarda təbiətə qarşı maraqlarının artmasına, onun bir canlı orqanizm olmasını yaxından və öz həyati təcrübələrindən keçirtməklə dərk etmələrinə səbəb olunmasıdır. Bundan başqa bu oyunların tətbiq olunmasının texnologiyası da bu, yuxarıda qeyd olunan qabaqcıl insanlar tərəfindən hazırlanmışdır ki, bunlar haqqında da kitabda qısa da olsa məlumatlar verilmişdir ki, təlim, tərbiyə prosesində müəllimlər tərəfindən uşaqlara qısa məlumatlar verilsin. Seminarın sonunda iştirakçılarla müzakirələr aparılmışlar. Onlar layihəni işini çox bəyəndiklərini və ekoloji təlim tərbiyə sahəsində fəaliyyəti artırmaq üçün belə kitabların çap olunmasının arzu etmişlər. Seminar haqqında məlumat hazırlanaraq Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında layihə üzrə məsləhətçi Mirzə Zaidovun elektron ünvanına göndərilmişdir.
|
3-cü fəaliyyət
Fəaliyyətin adı |
Bakıda 46 saylı Məktəbdənkənar iş müəssisəsində maarifləndirici seminarın keçirilməsi |
Keçirilmə tarixi | Seminarın keçirilməsi;
20 avqust 2009 – cu il |
Keçirildiyi yer | Bakıda 46 saylı Məktəbdənkənar iş müəssisəsində |
İştirakçılar
(burda sayını qeyd edin və siyahı hesabata əlavə olunmalıdır) |
Seminar iştirakçılarının sayı 25 nəfər olmuşdur. İştirakçıların siyahısı bu hesabata əlavə edilmişdir. İştirak edirdilər 25 nəfər
|
Fəaliyyətin qısa təsviri
(Bu fəaliyyət çərçivəsində gördüyünüz işləri təsvir edin) |
Layihənin iş qrafikində nəzərdə tutulduğu kimi avqust ayının 15 – də Bakıda 46 saylı Məktəbdənkənar iş müəssisəsinin rəhbərliyinə 20 avqustda mərkəzdə seminar keçirtməklə bağlı müraciət etdik. Təşkilatımızın gördüyü işlər və layihə çərçivəsində hazırladığımız və nəşr etdiyimiz “Ağacla tanışlıq” kitabı barədə mərkəzin rəhbərliyini və orada çalışan müəllimələri məlumatlar verdik. Ekoloji şöbənin rəisi Sevda xanım Əsgərova bizə bildirdi ki, müəllimlər məzuniyyətdədilər ancaq onları tədbirə dəvət edəcəyik. Tədbiri keçirtmək üçün lazımi köməkliyin göstərilməsində bizə yardım edəcəkləri barədə tapşırıqlar verdi. Beləliklə layihədə iş qrafikində nəzərdə tutulduğu və göstərildiyi tarixdə seminarın keçirilməsi 20 avqust 2009 – cu il tarixində qərarlaşdırıldı və onlar tərəfindən tədbirə tərbiyəçi və müəllimlər dəvət olundu. Tədbirdə iştirak etmək üçün təlim tərbiyə müəssisələrinə və məktəblərə telefon açaraq 30 nəfər yaxın mütəxəssislərə dəvətlər göndərildi. 20 avqust 2009 – cu il tarixində saat 10.00 – da 46 saylı Məktəbdənkənar iş müəssisəsinə gəldik. Tədbirə gələn iştirakçılar hamısı qeydiyyatdan keçərək bizim hazırladığımız, iştirakçılar haqqındakı siyahımızı imzaladılar. Siyahı bu hesabata əlavə edilmişdir. Seminarın işində ekoloji maarifləndirməyə həsr olunmuş mühazirə və müzakirələr aparıldı. Ekoloji maarifləndirmədə əsas məqsəd təbiətlə ünsiyyət zamanı ona münasibətdə olan hərəkətlərində ekoloji mədəniyyət və ekoloji məqsədəuyğunluğun göstərilməsidir. Məktəbdə və təhsil müəssisələrində ekoloji maarifləndirmənin təşkilinin təlim təhsildə və sinifdənkənar tədrisdə aparılan iş zamanı vəzifəsi aşağıda göstərilən bu məqsədlərə cavab verməlidir: – müəllim və şagirdlərin üçün optimal şəraitin yaradılması, – tədqiqat işlərinə marağın formalaşdırılması, – əhalinin ekoloji maarifləndirilməsi işini təmin etmək, – müstəqil fəaliyyət göstərmək bacarığını formalaşdırmaq, – həyatda ətraf mühitə və özünə kömək göstərmək qabiliyyətinə yiyələnmək. Əhalinin və məktəblilərin ekoloji maarifləndirməsi işinin əsas istiqamətləri aşağıda göstərilənləri əhatə etməlidir; – tədrisdə tədqiqat işlərinin aparılması; – yerlərdə və məktəb proqramı çərçivəsində ətraf mühitin ekoloji durumu barədə məlumatın toplanması və analizi “Məktəblilərin ekoloji monitorinqi”; – təşviqat və təbliğat işlərinin aparılması; – təbiətin mühafizəsi; – təcrübədə yerli ekoloji problemlərin həllində iştirak. Maarifləndirmə işində əsas məsələlərdən biri də təbiətin bizə verdiyi sərvətlərə qarşı qayğı ilə yanaşmaq, ona mədəni münasibət göstərmək bacarığını inkişaf etdirməkdir. Beləki meşələr ekosistemin ən vacib elementi olmaqla yanaşı, təbiətin bizə bəxş etdiyi ən vacib sərvətidir. Bu işdə bütün şagirdlərin fəal iştirakı vacibdir. Bu məqsədlə uşaqlar bütün dərs ili boyu müxtəlif oyunlarda iştirak etməli və layihələr həyata keçirtməlidirlər. ibtidai siniflərdə onlara uyğun tədbirlərdə , yuxarı siniflər isə başqa senarili layihələrdə iştirak etməlidirlər. Təbiət qoynuna səyahətlərin təşkil olunması və bu ekskursiyalar zamanı təbiətdə topladıqları dərman bitkilərindən, güllərdən herbarilər düzəltmək, heyvanları və quşları müşahidə etmək sonra uşaqların təbiət ünsürlərinə həsr etdikləri yaradıcılıq işinə həsr olunmuş sərgilərin təşkil olunması, Seminar iştirakçıları layihənin və layihə çərçivəsində hazırlanmış “Ağacla tanışlıq” Ekoloji oyunlardan ibarət kitabın önəmli əhəmiyyəti barədə danışaraq müzakirələr apardılar. İbtidai sinif və məktəbəqədər təhsil müəssisələrində çalışan müəllimələr kitabdan iki nüsxə götürdülər. Tədbirdə iştirak edən müəllimələr çıxış edərək, bildirdilər ki, layihənin çox böyük əhəmiyyət kəsb etdiyini söylədilər. Azərbaycanın hər yerində olduğu kimi Bakıda olan yaşıllıqlara da artıq önəmli ziyan dəymişdir. Bağlarda və parklarda təmir məqsədi ilə görülən işlər zamanı ətraf mühit üçün böyük əhəmiyyət kəsb edən taclı ağaclar məhv edilmişdir. Baxmayaraq ki, cənam Prezident ağac kəsilməsini qadağan etmişdir amma bir sıra insanlar yenə də ağacları qırmaqla məşğuldurlar. Bu səbəbdən də maarifləndirmə işinin nəinki, gənc insanlar arasında eyni zamanda hər yerdə mətbuat və televiziyalarda mütəmadi olaraq aparılmasının böyük əhəmiyyəti olduğunu söylədilər. Tədbirin sonunda seminar iştirakçıları birgə şəkil çəkdirdilər. Son illərdə bir sıra məktəb və əlavə təhsil müəssisələrinin müəllimləri və həmçinin ekoloji maarifləndirmə işi ilə məşğul olan ictimai təşkilatların nümayəndələri təhsildə qeyri ənənəvi üsullardan istifadə etməklə məktəblərdə tədris olunan təbiət elmlərinin tədrisində, təbiət aləminin dərk edilməsi və mühafizə edilməsində yüksək nəaliyyətlər əldə edilməsinə inanırlar. Belə tədris elementlərindən biri kimi ekoloji oyunları göstərmək olar. Təəssüflə qeyd etmək lazımdır ki, belə tip vəsaitlərə respublikamızda çox az təsadüf olunur. Məhz bu səbəbdən layihə çərçivəsində bu oyunlardan ibarət kitab çap olunmuşdur. Müasir ekoloji təhsil özündə iki komponenti birləşdirir bu fənn üzrə peşəkarlıq və dünyəvilik. Burada birinci halda fənn üzrə peşəkarlıq məlumdursa, dünyəvilik komponenti isə gələcək naminə ardıcıl iş görməyi tələb edir. Ekoloji oyunların özəlliyi ondadır ki, onlardan dərs prosesi zamanı bütün təlim təhsil müəssisələrində çalışan fənn müəllimləri istifadə edə bilər. Bütün bunlar barədə iştirakçılara seminardan məlumatlar verildi |