28 fevral 2009 – cu il tarixində Bakı şəhərində C. Cabbarlı küçəsi Caspian Plaza 3, 9 mərtəbədə yerləşən “MƏDƏN SƏNАYЕSİNDƏ ŞƏFFАFLIĞIN АRTIRILMАSI” koalisiyasının ofisindəki konfrans zalında “AĞACIN ÜRƏK DÖYÜNTÜLƏRİ Ekoloji oyunlar”- dan ibarət kitabın təqdimat mərasimi həyata keçirilmişdir. Tədbirdə bir sıra tanınmış QHT – lərin rəhbərləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təmsilçisi və Bakı şəhərindəki məktəblərdə çalışan bir sıra məktəb müəllimələri də iştirak etmişlər.
“Eko – Aləm” İctimai Birliyi ilə “Sağlam həyata doğru” ekoloji ictimai birliyinin Acıq Cəmiyyət İnstitutunun maliyyə yardımı həyata keçirdikləri “Gənclərin ekoloji tərbiyəsində qeyri ənənəvi metodlardan istifadəsinin təbliğinə həsr olunmuş tədbirlərin keçirilməsi” layihəsi barədə danışılmışdır. “Sağlam Həyata Doğru” EİB-nin sədri Sadiq Həsənov layihə barədə giriş məlumatı vermiş, layihənin məqsədlərindən, həyata keçirilən fəaliyyətlərdən, layihənin gənc nəslin ekoloji tərbiyəsi uçun əhəmiyyətindən danışmışdır.
Bundan sonra “Eko – Aləm” İB – nin sədri Sevil xanım Yuzbaşeva layihə işi çərçivəsində hazırladıqları “AĞACIN ÜRƏK DÖYÜNTÜLƏRİ Ekoloji oyunlar ”- dan ibarət kitabın təqdimatı həyata keçirmişdir. Kitabda 3-16 yaşlı uşaqlar üçün maraqlı oyunlar təsvir edilmişdir.
Hər bir oyunun əvvəlində onun məqsədi, uşaqlara nə verdiyi, təbiət qoynunda oyunu həyata keçirtmək üçün məkan, əyani vəsaitlərdən istifadə etməklə keçirilən ekoloji oyunlarda lazım olan əşyalar, oyundan əvvəl isə aparıcı və müəllimlər tərəfindən uşaqlara oyuna aid təbiət ünsürləri haqqında sadə dillə məlumatlar və biliklər verilməsi əsas şərt kimi göstərilmişdir.
Keçirilən tədbirdə gənclərin ətraf mühitin qorunmasında iştirakının artırılmasına nail olmaq üçün onların lap kiçik yaşlarından bu ekoloji oyunlardan istifadə edərək tərbiyə olunmalarının nəticəsində yüksək ekoloji şüura, ekoloji mədəniyyətə malik yeni gənc nəslin yetişməsinə nail olunması barədə seminar iştirakçıları ilə maraqlı iş aparılmışdır.
Yer planetini gələcək nəsillərə saxlamaq üçün biz bu gün böyüməkdə olan gənc nəsli özülü dünya mədəniyyətinin əsasları ilə qoyulan , bir-birinə münasibətdə həm cəmiyyət və həm də təbiətlə qarşılıqlı hörmət və tarixi ekoloji əhəmiyyət kəsb edən həqiqi tərbiyəsi və savadlanması ilə məşğul olmalıyıq.