Sahəsinə görə – Xəzər dənizi bütövlükdə Böyük Britaniyanın ərazisinə və yaxud ABŞ-dakı 5 böyük gölün ərazisinə bərabərdir.
Sahilyanı zolaq – 7000 km.
Ortalıqda eni — 320 km.
Uzunluğu – 1200 km.
Səthi dünya okeanından 28 m aşağı səviyyədədir.
Duzluluğu – dəyişgəndir şimal hissəsində içməli , Qara –Boğaz Göl boğazında çox duzludur.
Dərinliyi dəyişgəndir.
Şimalda – 2 m-dən 10 m-ə qədər , ən dərin yeri – 25 m –ə qədər.
Orta hissəsində 10 m –dən 300 m -ə qədər.
Cənub hissəsində 300 m – dən 1000 – ə qədər.
Sahəsi – 378 , 400 kv km – dir.
Ən dərin yeri – Lənkəran şəhəri yaxınlığında – 1025 m – dir.
Xəzərin sahilyanı zolağı periodik olaraq dəyişir. Gah su sahili basır, gah da geri çəkilir. Bu hadisənin sirri hələ də aydınlaşmayıb . Son illərdəki bu dəyişiklik cox aydın şəkildə gözə çarpır. 1982 və 1977- ci illərdə dəniz çox geri çəkilmiş və insanlar bu sahələrdə məskunlaşmağa başlamışlar. Ancaq 1977 – ci il-dən dənizin səviyyəsi qalxmağa başlamışdır. Sahilyanı tikililər, elektrik xətlərini daşıyan dirəklər , elektrik ötürücüləri, təmizləyici quröular, kommunikasiya xəttləri, qazma vışkaları suyun altında qalmış və Xəzər dənizinin çirklənməsinə səbəb olmuşdur. Uzun illər ərzində insanlar tərəfindən tikilmiş bu tikililər atılmış və xəzərin sularının altında qalmışdır ki, bu da bizə Xəzərin nə qədər gözlənilməz olduğunu, onun ekosisteminin nə qədər mürəkkəb olduğunu sübut edir. Bu da onu göstərir ki, insanlar öz hərəkətlərinə nəzarət etməyərək, məsuliyyətsizlik işlə-ri ilə onun ekosisteminə ciddi ziyan vuraraq, tarazlığını pozurlar. Xəzər çox böyükdür. Xəzər dənizinə Volqa, Kür, Terek və Ural kimi iri çayların suyu tökülür . Ona görə də , Xəzər müxtəlif çirkləndiriciləri qəbul edən bir məkana çevrilib. Atmasferə atılan tullantılar, yağış suları, müxtəlif sənaye tullantıları nəinki sahilyanı zolağı, həmçinin bütövlükdə su hövzəsini çirkləndirir . Xəzər onun sahilində yaşayan bir çox xalqlara həyat verməsinə baxmayaraq, onların Xəzərə vurduqları ekoloji ziyan bu ,xalqların gələcəyini təhlükə altına qoyur .
Dalğalar
Külək əsərkən dənizin səthində dalğalar əmələ gətirir. Dalğaların ölçüsü küləyin sürətindən və onun əsmə müddətindən asılıdır. Ən amansız fırtınalar zamanı dalğaların hündürlüyü 10 -11 m – ə catır. Dalğalar sahilə yaxınlaşan zaman dəniz dibinnə toxunma nəticəsində onların aşağı hissəsində hərəkət zəifləyir. Dalğaların yuxarı hissəsi irəli aşır, sahilə çırpılaraq parçalanır, güclü ləpə əmələ gətirir və bu ləpədöyən adlanır.
Bütün sahil boyu dalğalar daşlı sahilə hücum cəkərək , sahili aşındırır ki , bu da erroziya adlanır. Erroziya nəticəsində çaylar, burunlar, cimərliklər əmələ gəlir. İnsanlar dəniz dalğalarının nəhəng gücündən tam istifadə etməyi hələ tam öyrənməmişlər. lakin artıq ilk addımlar atmaqdadırlar. Qabarma – çəkilmə hadisəsindən istehsalatda istifadə edilir. Elektrik stansiyalarında dəniz qabarmalarının enerjisi elektrik enerjisinə çevrilir.
Dənizdə işıq
Ağ işıq dalğa uzunluğu müxtəlif olan şuaların toplusundan ibarətdir . Bu şuaların hər biri səthdə əks olunaraq öz rəngini verir . Adi göz 7 əsas rəngi görür . Dəniz səthinə düşən işıq da müəyyən qədər əks olunur. Buna görə də , günəşli gündə dəniz mavi görünür , çünki bu vaxt günəş şualarından mavi rəngli əks olunur. Dənizin dərinliyi artıqca suyun rəngi tündləşir . Günəş işığı əsasən 10 – 30 m dərinliyiə keçir, 1000 m dərinliyə işıq ümumiyyətlə daxil olmur və burada tam qaranlıq hökm sürür. Dərinlik artdıqca su daha soyuq olur. Günəş işığı suya düşəndə onun üst qatını Qızdırır . Suya düşən işığın bir hissəsi əks olunur, bir hissəsi isə suyun daxilinə keçir.
Yerin səthi ilə müqayisədə suyun altında gündüz qısa, gecə isə uzun olur . Yayda atmasferdən su qatına 93 %, qışda isə 32 % işıq düşür. Suyun yuxarı 10 – 30 m qatında külək və dalğalar su kütlələrinin yerini dəyişir, bu qat suyun aşağılarına nisbətən isti olur. İsti su soyuq suya niabətən yüngül olduğundan, üst qatda olur . İsti su qatı ilə aşağı soyuq su qatı arasındakı su qatını alimlər termoklin adlandırırlar. Yay fəslində günəş gündən – günə daha çox işıq saçdığından suyun səthi qızmağa başlayır . Bunun nəticəsində termoklin yaranır və bu payıza qədər saxlanılır . Payızda suyun səthi soyumağa başlayır. Külək və dalğalar vasitəailə su qatları yerini dəyoşir nəticədə termoklin pozulur.
Su bitkilərinin həyatında işıq mühiti rol oynayır , heyvanat aləmində isə onun elə bir əhəmiyyəti yoxdur. Bbununla belə suda, işığın olması heyvanların rəngində, onların görmə orqanlarına yayılmasında və s. özünü büruzə verir .
Xəzərin səviyyəsinin dəyişməsi təbii uzun müddətli çikl xarakterinə malikdir. Coğrafi keçmişində bu çikl 30 – m ampletudaya qədər dəyişib. Xəzərin səviyyəsi ona tökülən çayların suyundan sıx surətdə asılıdır. Burada əsas rol Volqa, Kür, Terek, Ural və Sefudrud çaylarına aiddir .
Eramızdan 200 – 300 min il əvvəl Xəzərin səviyyəsi + 115 m qalxmış bütün müasir Xəzəryanı sahəni , Kürün, Qərbi Türkmənstan ovalığını su basmışdı. Dənizin sahili şimaldan Samara, qərbdə Gəncə, Stavrapol şərqdə isə Aşxabada catmışdı. Dənizin səviyyəsi 12 – 20 min il əvvəl + 50 m olmuşdur. Ən yüksək səviyyə – 22 m qeydə alınıb.