1. Layihənin adı: “Mədəni Turizmin Inkişafi Məqsədi Ilə Ekoloji Maarifləndirici Ustad
Dərslərinin Təşkili”.
Eko-Aləm İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyiTurizm ilinə həsr olunmuş ekoloji maarifləndirici “Mədəni Turizmin İnkişafi Məqsədi Ilə Ekoloji Maarifləndirici Ustad Dərslərinin Təşkili” layihəsinin ikinci mərhələsinin icrasına başlamışdır. Layihə çərçivəsində nəzərdə tutulan ekoloji maarifləndirici dərslər Azərbaycan Respublikasının İsmayıllı, Qəbələ və Şəki şəhərlərində həyata keçiriləcək. Azərbaycan Respublikasının müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümü Azərbaycan Respublikasının ərazisində böyük vüsətlə qeyd olunduğundan tədbirləri həyata keçirtmək üçün bölgələrə ezamiyyətə 24 oktyabr tarixində səfərə ediləcəkdir.
2. Tədbirin forması: Ekoloji maarifləndirici dərslərin təşkil edilməsi və keçirilməsi
3. Tədbirin mövzusu:
- “QHT, Vətəndaş Cəmiyyəti nədir, məqsəd və fəaliyyəti” mövzusunda
məlumatların verilməsi. - Ekoloji maaarifləndirici dərs: Müasir dünyada ətraf mühitin vəziyyəti barədə məlumatların verilməsi;
- İstirahətə gələn əhali qrupları ilə işləyərkən ekoloji maarifləndirici fəaliyyətlərin həyata keçirilməsi üçün ekoloji oyunları tədbiq etmək;
- Qruplara bölmək və ətraf mühit ünsürləri ilə bağlı tapşırıqların verilməsi və mövzu ilə bağlı ekoloji məlumatlandırıcı oyunların tədbiq edilməsi.
4. Məruzəçi, təlimçi və ya aparıcı:
- “QHT, Vətəndaş Cəmiyyəti nədir, məqsəd və fəaliyyəti” mövzusunda məlumatlar məruzəçi – Rafiq Təmrazov.
- Ekoloji maaarifləndirici dərs: məruzəçi – “Eko – Aləm” İctimai Birliyinin sədri Sevil Yüzbaşeva.