PRESS RELIZ 2009-cu il

“Eko – Aləm” İctimai Birliyi 2006 – cı ilin aprel ayında təsis edilmiş və may ayında isə Azərbaycan Respublikasının Ədliyyə nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Təşkilat nizamnaməsində göstərildiyi kimi öz fəaliyyətini Azərbaycan Respublikasının ərazisində ətraf mühitin mühafizəsinə, ondan səmərəli istifadə edilməsinə və nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin Xəzər dənizi daxil olmaqla qorunub saxlanmasına, milli dəyərlərimizin, tariximizin, folklorumuzun, abidələrimizin, adət ənənələrimizin dayanıqlı inkişaf konsepsiyası çərçivəsində qorunub saxlanması istiqamətində fəaliyyət göstərməsini öz qarşısına məqsəd kimi qoymuşdur. Bütün bunları həyata keçirtmək üçün, əhali arasında maarifləndirmə işinin təşkil edilməsi, xüsusi ilə də gənclərin ekoloji maarifləndirməsi və ekoloji mədəniyyətinin inkişaf etdirilməsi istiqamətində işin aparılmasını öz  qarşısına əsas məqsəd və vəzifə kimi  qoymuş və bu istiqamətdə də fəaliyyət göstərməkdədir.

Ətraf mühitin ekoloji vəziyyətinin gərginləşməsi, insan – təbiət münasibətlərinə yeni baxışlar tələb etməsi insanların Təbiətə qarşı düzgün münasibət qurması və ondan istifadə etməsi işi insanlara lap kiçik yaşlarından tərbiyə edilməlidir. Son illərdə bir cıra məktəb və əlavə təhsil müəssisələrinin müəllimləri və həmçinin ekoloji maarifləndirmə işi ilə məşğul olan ictimai təşkilatların nümayəndələri təhsildə qeyri ənənəvi üsullardan istifadə etməklə, yəni ekoloji oyunları tətbiq etməklə məktəblərdə tədris olunan təbiət elmlərinin, təbiət aləminin dərk edilməsində yüksək nəaliyyətlər əldə edilməsinə nail olmaq qənaətinə gəlmişlər. Bu məqsədlə bir sıra inkişaf etmiş ölkələrin təlim tərbiyə müəssisələrində ekoloji maarifləndirmə istiqamətində apardıqları iş təşkilatımız tərəfindən öyrənilmiş və bu gözəl təcrübəni ölkəmizdə tətbiq etməyi məqsəd kimi öz qarşısına qoyulmuşdur.

2009 – cu ildə təşkilatımız bu sahədə iki uğurlu layihə həyata keçirmişdir. İlin əvvəlində Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə “Gənclərin ekoloji tərbiyəsində qeyri ənənəvi metodlardan istifadənin təbliğinə həsr olunmuş tədbirlərin keçirilməsi ” layihəsini və ikinci yarısında isə may ayından başlayaraq dörd ay ərzində Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “ Uşaqların ekoloji təlim tərbiyəsində Ekoloji  oyunlar ” – dan istifadə”  layihələrini həyata keçirmişdir. Birinci layihə çərçivəsində “ Ağacın ürək döyüntüləri ” adlı, ikinci layihə çərçivəsində isə  “Ağacla tanışlıq” adlı ekoloji oyunlardan ibarət kitab nəşr olunmuşdur.

Bildiyimiz kimi ölkəmizin prezidenti cənab  İLHAM ƏLİYEV 2009 – cu ili uşaq ili elan etmişdir. Biz də bir ictimai təşkilat kimi hər iki kitabı uşaq ilinə öz tövhəmiz kimi həsr etmişik.

Layihələr çərçivəsində Respublikamızın bir sıra bölgələrində o, cümlədən Quba, Xaçmaz, Masallı və Bakı şəhərində kitabın təbliğatına və ekoloji maarifləndirməyə həsr olunmuş tədbirlər həyata keçirmişik. Tədbirlərdə təlim təhsil müəssisələrində çalışan müəllimlər, tərbiyəçilər, kitabxana işçiləri, dövlət orqanlarının və icra hakimiyyətinin nümayəndələri və vətəndaş cəmiyyətinin üzvləri iştirak etmişlər. Bakı şəhərində isə təşkilat  Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzidə, 46 № li Məktəbdənkənar Təhsil İşi Mərkəzində ekoloji maarifləndirməyə və oyunlardan istifadəyə həsr olunmuş tədbirlər keçirmiş, kitablar paylanmışdır. İyun ayında 134 saylı məktəbin resurs mərkəzində isə müəllimlərə təlim tərbiyə prosesində ekoloji oyunlardan istifadənin tətbiqinə həsr olunmuş treninq keçirilmişdir.

Tədbirlərin sonunda iştirakçılar layihələrin işini yüksək qiymətləndirmiş və bu maarifləndirmə işini ardıcıl alaraq aparmağı tövsiyə etmişlər. Bütün təlim tərbiyə ailədə və təlim tərbiyə müəssisələrində uşaqlara didaktiv üsulla yəni öyüd nəsihət verməklə aparıldığı kimi ekoloji tərbiyə də uşaqlara lap erkən yaşlardan başlayaraq təbliğ olunmalıdır. Bu səbəbdən tədbir iştirakçıları kitabları daha böyük tirajla çap olunmasını və hər kəsə paylanmasını arzu etdiklərini söyləmişlər. “ Ağacın ürək döyüntüləri ” adlı kitabın tirajı 30 ədəd olduğundan müəllimləri onunla təmin edə bilmədiyimizdən və kitabdakı ətraf mühit haqqında çox qiymətli biliklər olduğu üçün təhsil müəssisələrinin işçiləri onu əldə etmək arzusundadırlar.

Ekoloji tərbiyə metodikası müasir zamanda özünün aktiv fəaliyyətini, təlim tərbiyədə öz yerini tutaraq mövqeyini  möhkəmlətmək dövrünü yaşayır. Uşaqlarla iş zamanı yeni metodların axtarıb tapılması imkan yaradır ki, onların tərbiyəsində ekoloji mədəniyyətin əsası qoyulsun. Bu metodlar sırasına psixoloqlar ekoloji oyunlarla fəaliyyəti aid edirlər ki, bunu da lap erkən yaşlarda, məktəbəqədər yaşda həyata keçirtməyi məsləhət görürlər. Məktəbəqədər yaşda olan uşaqların ekoloji mədəniyyətin formalaşması didaktik oyunlardan istifadə olunması hesabına uşaqlarda ekoloji mədəniyyətin formalaşmasına nail olmaq olar. Ekoloji oyunlardan istifadə zamanı uşaqlara, təbiət obyektlərinin rolunu oynayırlar və onlarda bitkilər, heyvanlar haqqında ekoloji biliklər formalaşır.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *