“Eko- Aləm” İctimai Birliyi təsisçilərinin yığıncağın
2 saylı protokolu
Bakı şəhəri 01 iyun 2006-ci il
Təsis yığıncağında iştirak edirdilər:
1. Yüzbaşeva Sevil İsmayıl qızı
2. Cəbrayılov Eldar Kamal oğlu
3 .Kərimova İradə İsmayıl qızı
İclasın keçirilməsi üçün təsisçilər prosedura qaydalarına müvafiq olaraq üç nəfər arasından bir nəfərin iclasın sədri və bir nəfərin isə katib seçilməsini müzakirə etdilər. Cəbrayılov Eldar Kamal oğlu iclasa sədrlik etmək üçün Yüzbaşeva Sevil İsmayıl qızının namizədliyini irəli sürdü. Təklif səsə qoyuldu. Lehinə 3 olmaqla Yüzbaşeva Sevil İsmayıl qızı iclasın sədri seçildi. Yüzbaşeva Sevil İsmayıl qızı Cəbrayılov Eldar Kamal oğlunun iclasın katibi olması üçün namizədliyini irəli sürdü. Təklif səsə qoyuldu. Cəbrayılov Eldar Kamal oğlu 3 səs lehinə olmaqla iclasın katibi seçildi. Sonra gündəlik məsələlər müzakirə olundu və gündəlik müəyyənləşdirildi.
Gündəlik məsələ:
1. “Eko – Aləm” İctimai Birliyinin dövlət qeydiyyatına alınması haqqında məlumatın verilməsi.
2. “Eko – Aləm” İctimai Birliyinin dövlət qeydiyyatına alınması ilə bağlı sədrin seçilməsi .
Gündəliyin müzakirəsinə başlanıldı.
Yüzbaşeva Sevil İsmayıl qızı gündəliyin birinci məsələsi ilə əlaqədar çıxış etdi. O, “Eko- Aləm” İB-nin 26 may 2006 – cı il tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində Dövlət qeydiyyatına alınması barədə məlumat verərək təsisçiləri bu şad xəbər münasibəti ilə təbrik edərək gələcək işlərində onlara uğurlar arzuladı.
Gündəlikdə duran ikinci məsələ ilə əlaqədar o, bildirdi ki, qeydiyyatdan keçdikdən sonra təşkilatın sədri məsələsinin təsisçilərin ümumi yığıncağı tərəfindən yenidən seçilməsi və yaxudda ki, seçilmiş sədrin səlahiyyətlərinin təsdiqlənməsi gündəlikdə durur. Bu məsələ barədə təsisçilərin təklifini öyrənmək vacibdir.
Çıxış üçün Cəbrayılov Eldar Kamal oğlu söz verildi. O, bildirdiki bundan əvvəlki iclasda Yüzbaşeva Sevil İsmayıl qızı təşkilata sədr seçilmişdi və keçirilən iclasdan qısa bir zaman keçməsinə baxmayaraq, bu müddət ərzində Sevil xanım təşkilatın qeydiyyata alınması üçün yaxşı çalışmış, sənədləri hazırlamış və qeydiyyata vermişdir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində tərəfindən Dövlət qeydiyyatına alınmışdır.
O, təklif etdi ki, Yüzbaşeva Sevil İsmayıl qızı təşkilata sədr vəzifəsində qalsın.
Təklif səsə qoyuldu.
Lehinə-3 nəfər olmaqla “Eko- Aləm” İB-nin sədr vəzifəsində Yüzbaşeva Sevil İsmayıl qızı yenidən təsdiq olundu.
“Eko- Aləm” İB-nin təsisçilərinin 2 saylı yığıncağı Qərara alır:
1. Yüzbaşeva Sevil İsmayıl qızı “Eko- Aləm” İB-nin sədri vəzifəsinə yenidən təsdiq edilsin.
.
Yığıncağın sədri: Yüzbaşeva Sevil İsmayıl qızı
Yığıncağın katibi: Cəbrayılov Eldar Kamal oğlu
İştirak edənlər:
Yüzbaşeva Sevil İsmayıl qizi
Cəbrayılov Eldar Kamal oğlu
Kərimova İradə İsmayıl qizi