HAVA NƏDƏN ASILIDIR ?

HAVA NƏDƏN ASILIDIR ?

Hava birinci növbədə Günəşdən  Yerə gələn istilikdən asılıdır. hansı yerdə Günəş ücadan görünürsə Günəşin batması uzun çəkirsə, orada torpaq və hava çox qızır. Əksinə Günəş üfüqə yaxın görünürsə və tez batırsa torpaq və hava az qızır və ya heç qızmır. Dənizlərin səthi çox yavaş qızır və gecələrdə çox yavaş soyuyur.

Beləliklə, Yerin müxtəlif rayonlarında isti və soyuq hava toplanır. Hava bir yerdə durmayıb hərəkət edir. Bu zaman Yerin səthindən asılı olaraq havanın istiliyi və rütubətliyi dəyişir.  Soyuq hava isti yerə toxunduqda aşağıdan qızmağa başlayır. Bu zaman Yerin səthindən qalxan rütubət havadahəll olunur. O, qızıb yüngülləşdiyi üçün yuxarı qalxır və orada yenə soyuyur. Beləliklə də, rütubət göydə gördüyümüz bulut şəklinə düşür (dumana çevrilir). bu da sonra qar, yağış şəklində yerə yağır. Müxtəlif istilikdə olan hava kütlələrinin hərəkətindən və dəyişməsindən hava dəyişmələri (külək, qasırğa, boran, qar, yağış, dolu və s.) əmələ gəlir.

AYDIN HAVANIN ƏLAMƏTLƏRİ

Günortaya yaxın dəstə-dəstə nazik buludlar görünüb, axşama yaxın yox olur.

Gün batanda göyün üzü al, qızıl rəngə boyanır. Evlərin bacasından tüstü düz yuxarı qalxır.

Zəif külək günortaya yaxın güclənir və axşam olan kimi tamam sakitləşir. Gündüz isti, axşam isə sərin olur.

Günəş batdıqdan sonra alçaq yerlərdə və torpaq yollarda duman əmələ gəlib səhər gün çıxandan sonra çəkilir.

YAĞIŞ GÖZLƏNİLƏN HAVANIN ƏLAMƏTLƏRİ

Ulduzlar bərk sayrışır.

Səhər şəfəqi tünd qırmızı və ya qırmızı – qəhvəyi rəngdə olur.

Bulutlar görünməyə başlayıb, get- gedə göyün üzünü tutur. Bu bulutlar çox zaman şimaldan cənuba axışır. hava sakit olsa da bacalardan qalxan tüstü yerə meyl edir və azacıq yuxarı qalxmaqla yenə aşağı gəlir.

Səhər, gündüz və axşam havanın temperaturası, demək olar ki, bərabər our.

Axşama yaxın getdikcə güclənən külək  sonra da sakitləşmir. Küləyin və qaçan bulutların istiqaməti bərabər olur.

Hava səhərdən isti və bürkü olduqda dolu yağacağını bildirir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *