VAXT QURŞAQLARI

VAXT QURŞAQLARI

Keçən əsrin axırlarınna qədər bütün şəhər və kəndlərdə “yerli vaxt” deyə hər yerin bir cür saatı vardı.

Bu vəziyyəti aradan qaldırmaq üçün  XIX əsrin axırlarında alimlər Yer kürəsini vaxt qurşaqlarına bölməyi qərara aldılar. Bu məqsədlə onlar  Yer kürəsinin şimaldan cənuba çəkilmiş uzunluq dairələrini 24 qurşağa (tam gün 24 saat olduğu üçün) böldülər. O vaxtdan etibarən dünyada bütün saatların dəqiqə və sanəyələri eyni olub, yalnız vaxt qurşaqlarına görə saatlarında fərq olur.

Vaxt qurşağı İngiltərədə Londonun yaxınlığındakı Qrinviç rəsədxanasından keçən uzunluq dairəsindən başlayaraq şərqə doğru hesablanır.

Moskva II vaxt qurşağındadır. Yəni Moskva saatı London vaxtından 2 saat qabaq olmalıdır. Lakin bunu da nəzərə almaq lazımdır ki, 1930-cu ildə hökümətinqərarı ilə sovetlər birliyinin hər tərəfində saatlar 1 saat irəli çəkilmişdir ki, o zaman bu “dekret vaxtı” adlanırdı.

Beləliklə Moskva vaxtı London vaxtından 2 saat deyil 3 saat irəlidədir.

Bakı III qurşaqda olduğu üçün Bakının vaxtı Moskvadan 1 saat, Londondan 4 saat irəlidədir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *