Keçən 2011-ci ilin sonunda Cənubi Afrikanın Durbin şəhərində BMT-nin təşkilatçılığı ilə keçirilən İqlim Dəyişikliyi konferensiyasını ilin ən mühüm hadisəsi kimi qiymətləndirmək olar. Bu konferensiyada Kiot protokolunda nəzərdə tutulan fəaliyyətlərin müddətinin uzadılması və 2020-ci ildə qüvvəyə minməsini sahəsində yeni razılaşmalar qəbul edilmişdir ki, bir sıra ölkələrə bu razılaşmaya qoşulmamışlar. Ölkələrin Kiot protokolunun ikinci etapında iştirakdan imtina etmələri ekspertlərin fikrinə görə, onların istehsalatda tətbiq etməli olduqları texnikalara qoyulan investisiyalardan imtina etmək deməkdir ki, bu da öz növbəsində ətraf mühitin çirklənməsinin qarşısını alan texnikalardan imtina etmək deməkdir. Buna baxmayaraq, dünyanın 194 ölkəsinin iştirak etdiyi Durbin konferensiyası zamanı qəbul edilən platforma çərçivəsində ölkələr, iqlim dəyişikliyinə təsir edən antropagen amillərə qarşı mübarizə tədbirləri hazırlayaraq, həyata keçirəcəklərini bildirmişlər. Durbinində keçirilən konferensiyada iqlim dəyişikliyinə təsir edən antropagen amillərə qarşı yeni mübarizə tədbirlərinin 2015-ci ilə qdər hazırlanması haqqında qərar qəbul edilmişdir. Qəbul edilən qərara görə, bu mübarizə tədbirləri 2020-ci ildən başlayaraq həyata keçiriləcəkdir. Beləliklə, Durbin konferensiyası zamanı Kiot protokolunda nəzərdə tutulan öhdəliklərə yeni həyat verilmiş, onların qüvvədə qalma müddəti 2020-ci ilə qədər uzadılmışdır. Qəbul edilmiş bu qərarları, ABŞ, Avropa İttifaqı, Çin və bir sıra başqa ölkələr musbət hal kimi qiymətləndirsələr də, eyni zamanda, bir sıra ekoloji təşkilatlar bunun qənaətbəxş olduğunu hesab etməmişlər. Beləki, Kanada Kiot protokolundan çıxdığını bəyan etmiş, Yaponiya və Rusiya isə Kiot-2 sazişində nəzərdə tutulan çox saylı öhdəliklərdən imtina etmişlər. Atmosferə atılan tullantı qazlara görə üç ölkə ABŞ, Çin və Hindistan birinci yerdədirlər. Bu ölkələr inkişafda olan ölkələr siyahısında olduqlarından, inkişaf etmiş ölkələrin atmosferə tullantıların atılmasının miqdarı barədə götürdükləri öhdəliklər onlara aid deyildir. Əsas atmosferi çirkləndiricisi olan bu ölkələrin, öhdəliklərdən imtina etməsi, qalan ölkələr tərəfindən atmosferə atılan СО2 qazının miqdarını əhəmiyyətsiz etmişdir. Yeni qlobal razılaşmaya görə inkişafda olan ölkələrin, inkişaf etmiş ölkələrlə tərəfdaşlıq etməsi tullantı qazlarının atmosferə atılması səviyyəsini, dünya miqyasinda minimuma endirəcəkdir. Durbin konfransında bu yeni qlobal müqavilənin baglanmsı 2015-ci ildə həyata keçiriləsi nəzərdə tutulmuş, onun qüvvəyə minməsi isə 2020-ci il üçün planlaşdırılmışdır.
«Birləşmiş Millətlər Təşkilatının «İqlim dəyişmələri haqqında» Çərçivə Konvensiyasına dair» Kioto Protokoluna qoşulmaq barədə Azərbaycan Respublikası 18 iyul 2000-ci il tarixində Qanun qəbul etmiş və “Azərbaycan” qəzetində 17 avqust 2000-ci il, № 186 dərc edilmişdir.