Təşkilatın adı: “Eko- Aləm” İctimai Birliyi
Təşkilatının sədri: Yüzbaşeva Sevil İsmayıl qızı
Məqsədi: Birliyin əsas məqsədi təbiətin mühafizəsi, ekologiyanın qorunmasına dair əhali arasında maarifləndirmə işi aparmaqdır.
Birlik məqsədinə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir:
– mütəmadi olaraq Xəzərin ekoloji problemləri və onların həlli yollarının araşdılınması;
– Azərbaycanın təbiət komplekslərinin, nadir və etalon təbiət ərazilərinin, tarix-mədəniyyət
obyektlərinin qorunub saxlanmasına kömək etmək;
– eko-turizm proqramlarını həyata keçirilməsi;
– zədələnmiş təbiət, tarixi-mədəniyyət komplekslərinin və obyektlərinin bərpası üçün kömək
etmək;
– ekologiyanın qorunması üçün müxtəlif profilaktik tədbirlərin həyata keçirilməsinə kömək
etmək;
– ekoloji maarifləndirmə işini gücləndirməklə təbiətin mühafizəsinə əhalinin maraq hissini
gücləndirmək;
– ekologiya sahəsində çaləışangənc mütəxəssislərin bilik və bacarığının artırılmasına yardım
etmək.
“Eko- Aləm” İctimai Birliyi üzv olduğu yerli və beynəlxalq qurumlar.
“Eko- Aləm” İctimai Birliyi “ 163 – QHT – ni özündə birləşdirən “Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyasının üzvüdür.
29 – 30 oktyabr 2010 – cu ildə Qırğızstan Respublikası Bişkek şəhərində keçirilən Mədən Sənayesində Şəffaflığın Artırılması sahəsində səylərin gücləndirilməsi və genişləndirilməsinə həsr olunmuş MSŞT Koalisiyalarının 6-cı Regiolnal konfransının iştirakçısı.
“Eko- Aləm” İctimai Birliyinin sədri Yüzbaşeva Sevil İsmayıl qızı 2012-ci ildə üzv olduğu “Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyasının Kordinatoru seçilmişdir.
Avropa Şurasında qeydiyyatdan keçən “Tarix Mədəni Təbii və İrsi Qorumaq” şəbəkəsinin üzvü.
Avropa Şərq tərəfdaşlığı vətəndaş cəmiyyəti forumun üzvü və 2011-ci il Polşanın Pazdnan şəhərində keçirilən Üçüncü görüşündə iştirak etmişdir.