Davamlı inkişaf dedikdə elə inkişaf başa düşülür ki, indiki nəsillərin tələbini ödəyir, lakin gələcək nəsillərin tələbinin ödənilməsini təhlükə altına almır.
Davamli Inkişaf Konsepsiyasının əsas ideyası sosial-iqtisadi və ekoloji inkişafın qarşılıqlı bağlılığı üçün şərait və mexanizmlərin yaradılması, təbii mühitin problemlərinin sosial-iqtisadi proseslərlə vəhdətdə baxılmasıdır.
Ətraf mühitə və inkişafa dair Rio-de-Jeneyro bəyannaməsinə aşağıdakı ideyalar daxildir:
- İnsanlar təbiətlə həmahəng sağlam və məhsuldar yaşamaq hüququna malikdirlər.
- Bugünki inkişafı gələcək nəsillərin ziyanına olaraq həyata keçirilməməlidir.
- Davamlı inkişafı həyata keçirtməkdən ötrü ətraf mühitin mühafizəsi inkişaf prosesinin ayrılmaz hissəsini təşkil etməlidir və buna ondan ayrılıqda baxılmamalıdır.
- Sabit inkişafı təmin etmək və əhalinin çoxunun tələblərini ödəməkdən ötrü yoxsulluğun kökünün kəsilməsi və dünyanın müxtəlif hissələrində həyat səviyyələrinin qeyri-bərabərliyinin ləğvi.
- Dövlətlər Yer ekosistemlərinin qorunması, mühafizəsi və bütövlüyünü bərpa etmək məqsədi ilə əməkdaşlıq edir. İnkişaf etmiş ölkələr, davamlı inkişafı təmin etməklə beynəlxalq cəhdlər üçün öz məsuliyyətini dərk edirlər.
- Dövlətlər istehsalın həyat qabiliyyəti olmayan modellərini məhdudlaşdırmalı və ləğv etməli, uyğun demoqrafik siyasəti müdafiə etməlidirlər.
- Ekoloji məsəslələr ən səmərəli şəkildə bütün marağı olan vətəndaşların iştirakı ilə həll edilir. Dövlətlər ekoloji informasiyaya geniş yol açmaqla əhalinin inkişafını inkişaf etdirir və genişləndirirlər.
- Dövlətlər bütün ölkələrdə iqtisadi yüksəlişə və davamlı inkişafa gətirib çıxararaq açıq beynəıxalq iqtisadi sistemin yaradılması işində əməkdaşlıq etməlidirlər.
- Ətraf mühiti çirkləndirən, bu çirklənməyə görə maliyyə məsuliyyəti daşımalıdır.
- Davamlı inkişaf problemin daha dərindən elmi dərk edilməsini tələb edir.
- Davamlı inkişafa çatmaqdan ötrü qadınların hər tərəfli inkişafı vacibdir. Gənclərin yaradıcı qüvvələrinin iştirakı zəruridir.