Təbii mühitin çirklənməsi ekoloji problemlərin vacib göstəricisidir. Çirklənmə təbiətə yaddır, o biosferdəki təbii prosesi pozur. İnsan və təbiətin təhlükəsizliyi çirklənmənin səviyyəsi ilə bağlıdır.
Ekolji problemin ən vacib cəhəti biosferin çirklənməsi, bizim planetin səthinin fiziki, kimyəvi, bioloji parametrlərinin dəyişməsidir.
Mühitin çirklənməsi ekoloji sistemlərin vəziyyətinə və insanın sağlamlığına təsir göstərir.
Çirklənmə-təbii mühitə yeni, ona yad olan kimyəvi birləşmələrin, bioloji sistemlərin gətirilməsi, o cümlədən fiziki təsirin göstərəlməsidir.
Mühitin çirklənməsinin şərti təsnifatı:
v Çirkləndiricilərin xassəsinə görə (fiziki, kimyəvi, bioloji və s.);
v Çirkləndirici maddələrin vəziyyətinə görə (qaz. maye, bərk tullantılar və s.);
v Təbii mühitdə çirklənmənin davamlılığına görə (parçalanan və parçalanmayan);
v Çirklənmənin yayıldığı mühitin keyfiyyətinə və növünə görə (atmosfer, hidrosfer, litosfer və s.);
Real şəraitdə insan və ekoloji sistemlər ayrı-ayrı çirkləndirıcilərin deyil, onların kombinasiyasının (fiziki, kimyəvi və bioloji) təsirinə məruz qalırlar.
Son 100 ildə sənaye inkişafı nəticəsindəatmosferdəkarbon qazının konsentrasiyası 12-15%, toza bulanması 10-20% artmış, Yerin işıqlanması 7-10% azalmışdır.