Ötən illər ərzində elm və texnikanın yüksək inkişafı ilə əlaqədar ölkənin təbii sərvətlərindən intensiv istifadə edilməsi nəticəsində respublikamızın ümumi ekoloji durumunu mövcud gərgin vəziyyətə gətirib çıxartmışdır.
1. | Su hövzələrinin ardıcıl sürətdə çirklənməsi. |
2. | Torpaqların güclü erroziyaya, deflyasiyaya, şorlaşmaya, texnogen çirklənməyə və dağılmaya, subasmaya, bataqlaşmaya məruz qalması. |
3. | Nəzarətsiz istifadə nəticəsində torpaqların tənəzzülə uğraması, gübrələrin və eləcə də müxtəlif tərkibli kimyəvi pereparatların geniş tətbiqi. |
4. | Qrunt sularında toksik maddələrin toplanması təhlükəsi. |
5. | İri şəhərlərin güclü inkişafı. |
6. | Atmosfer havasının tullantılarla, zəhərli qazlarla çirklənməsi. Sənaye mərkəzlərində atmosfer havasına zərərli qazların yol verilən normadan artıq atılması. |
7. | İri şəhərlərdə atmosfer havasının avtomobil qazları ilə çirklənməsi. |
8. | Neft qaz hasilatı ilə bağlı Xəzər dənizinin çirklənməyə məruz qalması. |
9. | Xəzər dənizinin səviyyəsinin dəyişməsi və suyunun çirklənməsi nəticəsində fauna və florasına vurulan ziyanlar; |
10. | İçməli su hövzələrinin o cümlədən Kür çayının suyunun dünya standartlarından qat-qat artıq dərəcədə çirklənməs, iqlim dəyişmələri nəticəsində çayım sululuğunun artması çayın daşması və ətraf mühit və insanlar üçün təhlükə yaratması. |
11. | Yeraltı sularda toksik maddələrin toplanması. |
12. | Ölkə əhalisinin (xüsusən Aran rayonlarının) ekoloji təmiz su ilə təmin olunması. |
13. | Ermənistan tərəfindən Azərbaycan Respublikasının təbiətinə və əhalisinə vurulan ziyan. |
14. | Su hövzələrinin, o cümlədən Xəzər dənizinin məişət və sənaye sularının tullantıları ilə çirkləndirilməsi; |
15. | Məişət və sənaye tullantılarının iri sənaye və yaşayış məntəqələrində mütəmadi şəkildə yığışdırılmaması və tələb olunan müvafiq qaydada yerləşdirilməməsi. |
16. | Məişət tullantılarının çeşidlənməsi, utilizə edilməsi və təkrar emalının təşkili məqsədilə mütərəqqi təcrübədən istifadə olunması. |
17. | Tullantılardan bioqazın alınması üçün müvafiq üsulların tətbiq edilməsi. |
18. | Enerji alınması, eləcə də kompost alınması məqsədi ilə tullantılardan səmərəli istifadə və s. |
19. | Keçid dövrünün iqtisadi problemləri, hərbi münaqişə, qaçqın və köçkünlərin təbiətə, o cümlədən meşələrə artmış təzyiqləri nəticəsində meşələrin həm sahəsinin azalması, həm də inkişafı özünü bərpa etmək xassəsi onların məşğul olduqları heyvandarlıq nəticəsində dayanması və meşələrin keyfiyyətinin aşağı düşməsi. |
20. | Meşə ərazilərində yerləşən yaşayış məntəqələrində yaşayan əhalinin məşğulluq probleminin həlli və təbii meşə ehtiyatları ilə əlaqədar olmayan məşğulluq sahələrinin yaradılması; |
21. | Nadir və kökü kəsilməkdə olan bitki və heyvan növlərinin genefondunun qorunmasının təmin edilməsi və onların xüsusi qorunan təbii ərazilərdə, botanika bağlarında, zooloji parklarda saxlanılması üçün şəraitin yaradılması. |
22. | Bioloji müxtəlifliyin əhəmiyyətli komponentlərinin müəyyənləşdirilməsi və onların qorunması üçün əlavə tədbirlərin hazırlanması və həyata keçirilməsi. |
23. | Səhralaşma prosesinin təsirinə məruz qalmış torpaqların inventarlaşdırılması. |
24. | Səhralaşmaya qarşı mübarizə üzrə milli fəaliyyət planının hazırlanması və həyata keçirilməsi.
|
25. | Səhralaşmaya qarşı mübarizə işlərinin effektivliyinin yüksəldilməsi məqsədilə proqnozlaşdırma və əhalinin məlumatlandırılması sisteminin yaradılması.
|
26. | Qlobal ekoloji problemlərin qarşılıqlı mənfi təsirinin qiymətləndirilməsi və müvafiq əks tədbirlərin həyata keçirilməsi. |
27. | Meşəsiz ərazilərdə meşə zolaqları və yaşıllıqların yaradılması.
|
28. | Meşələrin müxtəlif xəstəliklərdən və zərərvericilərdən qorunması üçün müvafiq tədbirlərin mütəmadi olaraq vaxtında həyata keçirilməsi. |