Azərbaycan Respublikası

Dünyanın ən füsünkar guşələrindən biri olan Azərbaycan zəngin mədəniyyətə və qədim tarixə malik olan dövlətdir. Üç tərəfdən Böyük Qafqaz, Kiçik Qafqaz və Talış dağları,bir tərəfdən də dünyanın ən böyük gölü olan Xəzər(dəniz sahəsi 400000 kmІ, dərinliyi 1025 km) ilə əhatə olunan Azərbaycanı «Odlar yurdu» adlandırırlar.Təbiət doğma Azərbaycandan öz səxavətini əsirgəlməmişdir. Yer kürəsində mövcud olan on bir(11) iqlim qurşağından doqquzunun Azərbaycanda olması ölkəmizin flora və faunasının rəngarəngliyində özünü göstərir.Vətənimizin meşə, dağ və düzənliklərində 97 növ məməli heyvan, 346 növ quş, göl və çaylarında 95 növ balıq məskən salmışlar. Bunların bir çoxu nəsilləri tükənməkdə olan heyvan və bitki növləri kimi Qırmızı kitaba salınmışdır.

Coğrafi mövqeyi – Azərbaycan Respublikası Cənubi Qafqazın Şərq hissəsində Xəzər dənizi sahillərində yerləşir. Azərbaycan cənubdan İran ilə 756 km, Türkiyə ilə 13 km, şimaldan Rusiya ilə 390 km, şimal –qərbdən Gürcüstan ilə 480 km, qərbdən isə Ermənistan ilə 1007 km, həmsərhəddir.Xəzər dənizinin Azərbaycan sektorunda ən enli sahəsinin uzunluğu 436 km-dir. Azərbaycan 44° və 57° şərq uzunluq dairəsi, 38° və 42° -şimal en dairəsindədir.

İqlimi – Azərbaycan ərazisində 11 iqlim nümunəsindən aşağıda adları sadalanan 9 iqlimə rast gəlinir:

1. Qışı quraq keçən mülayim isti iqlim- Şəki-Zaqatala massivində yayılmışdır.

2. Qışı mülayim, yayı quraq və isti yarımsəhra və quru çöl iqlimi-Əsasən Mərkəzi Aran vilayətində, Samur-Dəvəçi ovalağında və talış silsiləsindən şimal-şərqə yayılmışdır.

3. Qışı soyuq,yayı quraq və isti yarımsəhravəquru çöl iqlimi—Naxçıvan Muxtar Respublikasında müşahidə edilir.

4. Yayı quraq keçən mülayim isti iqlim- Kiçik Qafqazda füzuli,Xocəvənd rayonları ərazisində,Dağlıq Şirvanla Qobustan sərhədi zonasında hakimdir.

5. Qışı quraq keçən soyuq iqlim—Böyük Qafqazda Quba-Xaçmaz massivinin şimal hissəsinin, Kiçik Qafqazda isə onun yüksək zonasının əhatə edir.

6. Yayı quraq keçən soyuq iqlim—-Naxçıvan Muxtar Respublikasının 1000m-dən 3000m-ə qədər hündürlükdə olan orta və yüksək dağ zonasını əhatə edir.

7. Yağıntıları demək olar ki,butun fəsillər üzrə bərabər paylananmülayim isti iqlim—Böyük Qafqazın şimal-şərq yamaclarında dəniz səthindən 200-800 m hündürlükdə yerləşən böyük bir sahədə,cənub yamaclarında isə 600m-dən 1500m hündürlüyə qədər ensiz bir zolaqda yayılmışdır.

8. Yağıntıları bütün fəsillər üzrə bol olan soyuq iqlim—Ancaq Böyk Qafqazın cənub yamaclarında yayılmışdır.

9. Dağlıq tundra iqlimi—Böyük və Kiçik Qafqazda dəniz səthindən 2800 m yüksəklikdən hündürdə yerləşən yüksək dağ zonası

Təbiəti -Azərbaycan təbiəti öz rəngarəngliyi ilə seçilir. Ölkədə olan 14 qoruq və 20 yasaqlıq dövlət tərəfindən qorunur və himayə olunur.

1. Kür-Araz ovalığının Mil düzənliyində yerləşən Ağ göl dövlət qoruğu,

2. Xızı rayonu ərazisində yerləşən Altıağac dövlət qoruğu,

3. Ermənitsan təcəvüzkarlığı nəticəsində işğal olunan Bəstiçay dövlət qoruğu,

4. Samux rayonunda yerləşən Göygöl dövlət qoruğu,

5. Lənkəranda yerləşən Hirkan dövlət qoruğu,

6. Böyük Qafqazın cənub yamaclarında yerləşən İlisu dövlət qoruğu,

7. İsmayıllı rayonu ərazisində yerləşən İsmayıllı dövlət qoruğu,

8. Ermənitsan təcəvüzkarlığı nəticəsində işğal olunan Qaragöl dövlət qoruğu,

9. Kür çayı sahillərində yerləşən Qarayazı dövlət qoruğu

10. Xəzər sahilinin cənub-qərbində yerləşən Qızılağac dövlət qoruğu

11. Şamaxı yaxınlığında yerləşən Piriqulu dövlət qoruğu

12. Şirvan zonasında yerləşən Şirvan dövlət qoruğu,

13. Böyük Qafqazın cənub yamaclarında yerləşən Türyançay dövlət qoruğu,

14. Zaqatalada yerləşən Zaqatala dövlət qoruğu,

Ərazisi – Azərbaycan Respublikasının ərazisi 86,6 min km²-dir. (11,5 %-in meşələr, 1,6 %-in su hövzəsi, 50%-in becərilən torpaqlar, o cümlədən 27%-in otlaqlar, 36,9%-in sair torpaqlar təşkil edir). Torpaqlarımızın təxminən 20%-i işğal altındadır.

Ölkədə bir inzibati ərazi vahidi –Naxçıvan Muxtar Respublikası, 69 şəhər, 65 rayon, şəhər rayonlarının sayı 13, şəhər tipli qəsəbələrin sayı 130, kənd yaşayış məskənlərinin sayı 4354 –dür.

Əhalisi-Azərbaycan Respublikasının əhalisinin sayı 2005-ci ilin yanvar ayının 1-nə görə 8347.3 min nəfər təşkil edir.Bunlardan 85%-dən çoxunu azərbaycanlılar, digər hissəsini isə ləzgilər, talışlar, kürdlər, avrlar, ruslar və digər azsaylı xalqlar təşkil edir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *