Sağlam adamın çəkisi yayda qışdakındam 1,25 – 1,5 kq əksik olur.
***
Adamın boyu axşam səhərkindən ½ sm az olur.
***
Ürək saatda 4500 dəfə döyünür və bədənin hər tərəfinə qanı dəqiqədə 450 m sürətlə axıdır.
***
Bədənimizdə olan bütün qan dəqiqədə 18 dəfə ürəyimizdən gəlib keçir.
***
İnsanın tükü həmin qalınlıqda olan mis vəya platindən düzəldilmiş məftildən möhkəmdir.
***
Dəniz dayçası dünyada ən əcaib heyvanlardan biridir. Əslində o balıqdır. Lakin başı at başı şəklindədir.
***
Bütün sarmaşıq bitkiləri, ekvatordan cənubda sağdan cola doğru, ekvatordan şimalda isə soldan sağa doğru sarmaşırlar.
***
Yağış damlasının və qar dənəsinin tərkibində həmişə elektrik olur. Elektrik cərəyanı insana nisbətən heyvanlara daha çox təsir edir. 20 volt gərginlikdə cərəyan öküzü və atı öldürə bilər.
***
Kağız ilk dəfə Çində ixtira edilmişdir. Avropada isə kağız XI – XII əsrlərdə emal edilməyə başlanılmışdır.
***
İnsan bədəninin toxumlarında olan dəmir ünsürünü bir yerə toplamaq olsaydı, bundan kiçik bir mıx düzəltmək olardı.
***
Əgər dəmir təbəqəsinin qalınlığı millimetrin mində birinə bərabər olsaydı, o, şüşə kimi şəffav görünərdi.
***
Təbiətin dəyişdiricisi olan İ.V. Miçurin 300 növdən artıq yeni giləli çəyirdəkli bitki növi yaratmışdır.
***
Yabanı ördəklər seda yemək axtarırkən üç metr dərinliyə qədər cuma bilirlər.
***