MSŞT üzrə hesabatların təkmilləşdirilməsi ilə əlaqədar olaraq dərinləşdirilmiş tədqiqatların aparılması istiqamətinə həsr olunmuş dəyirmi masa keçirilmişdir

Bu dəyirmi masada Qızıl və gümüş hasilat sənayesinin spesifik xüsusiyyətlərini, eləcə də bu sektorda hasilatla məşğul olan şirkətlə imzalanmış HPB kontraktinin şərtlərini nəzərə almaqla  ayrıca hesabat formalarının rəqdimatı keçirilmişdir. Təqdimatda Azərbaycanda fəaliyyət göstərən hələlik yeganə şirkət olan Azerbaijan International Mining Company (AİMKLŞ) Şirkətinin Vitse Prezidenti Abdulcabbar Əhmədov, adı çəkilən şirkətin Maliyyə İşləri üzrə nəzarətçi Bəhruz Rüstəmov, donor təşkilat olan Gəlirlərə Nəzarət İnstitunun nümayəndəsi Emil Ömərov, MSŞT Koalisiyasının üzvləri və MSŞT Koalisiyasının şura üzvləri və media nümayəndələri iştirak etmişlər. Tədbir iştirakçıları dəyirmi masanın işində aktiv iştirak etmişlər. Onlar bu dəyirmi masanı Təşəbüsə qoşulan şirkətlə ilk dəfə olaraq dialoqun qurulması kimi qiymətləndirmişlər. Tədbir yüksək səviyyədə keçmişdir.