Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Gənclər arasında “EkoKönüllülük” hərəkatının təbliği” layihəsinin iş planına uyğun olaraq keçirtməyi planlaşdırdığı ilk “Təmizlik Aksiyasını” 17 oktyabr 2020-ci il tarixində həyata keçirtmişdir.Tədbir Qəbələ rayonunun Bunud dağətəyi kəndinin hər fəsildə bir başqa gözəlliyə sahib olan, görüntüsü ilə gözləri oxşayan və insana bir ayrı zövq verən meşə ərazisini bölüb keçən magistral yolun hər iki tərəfində keçirilmişdir.Aksiyada 50 nəfərdən çox könüllü iştirak etmişdir.
Aksiya pandemiya qaydalarına uyğun olaraq təşkil edilmişdir.
Təmizlik Aksiyasında Qəbələ Gənc Könüllülər İnkişaf Mərkəzinin, Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin, Qəbələ Asan Xidməti Mərkəzinin, Qəbələ Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və Qəbələ DOST Mərkəzinin gənc könüllüləri iştirak etmişlər. Hər bir iştirakçıya Şuranın və Eko Aləm ictimai birliyinin loqoları olan xüsusi geyimlər paylanmışdır. Bundan başqa tədbirdə covid-19 qarşı lazımi təhlükəsizlik tədbirləri də görülmüşdür.
“Təmizlik Aksiyası”nda gənc könüllülərlə yanaşı Qəbələ İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Hüseynaov Absalam, Bund kənd Bələdiyyə sədri Səfərəliyev Hikmət olmaqla bir sıra dövlət qurumlarının nümayəndələri də iştirak etmişdir.
Ölkə prezidenti cənab İlham Əliyev 2020-ci ili Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilmişdir. Azərbaycanda könüllülüyün tarixi milli dəyərlərimizə söykənir. Könüllülük siyasətində əsas məqsəd bütövlükdə həm paytaxtda, həm də regionlarda ictimai nəzarətin həyata keçirilməsində könüllülərin fəal iştirakını təmin etmək, eləcə də gənclərin bilik və bacarıqlarının artırılmasına, fərdi inkişafına və regionlarda geniş ekokönüllü şəbəkəsinin formalaşdırılmasına dəstək göstərməkdir. Ətraf mühitin könüllülüyü “EkoKönüllülük” hazırda dünyada getdikcə populyarlıq qazanmaqdadır. Bu könüllü fəaliyyəti flora və faunanı, yaşayış məkanlarının, şəhərlərin təmizliyini və ekoloji vəziyyətini qorumaq, səyahətlərə getmək, milli parklara səyahət və turistlər üçün ekoloji yollar çəkmək və s. kimi fəaliyyətləri əhatə edir.
Gənclər arasında EkoKönüllülüyü təbliğ etmək, gənclərin diqqətini yaşadııqları bölgədə yaranan ekoloji çirklənmələrlə bağlı problemləri həllində fəal iştirakını təmin etmək olduqca vacibdir. Ölkəmizdə də “EkoKönüllülük” hərəkatının geniş vüsət alması üçün bütün səylərimizi gücləndirəcəyik.
Tədbirin sonunda aksiya iştirakçılar üçün meşə ərazisində pik-nik təşkil edildi.
Sonda gənc “EkoKönüllülər” cəbhə bölgəsində ard-arda şanlı “QƏLƏBƏ” qazanan Şanlı Ordumuza dəstək məqsədi ilə fləşbom təşkil etdilər.
Tədbirdə foto-vidio çəkilişlər aparıldı.
Layihə üzrə nəzərdə tutulan ikinci “Təmizlik Aksiyası” Bakı şəhərində Xəzər dənizi sahilində həyata keçiriləcəkdir.