Category Archives: Xəbərlər

17 aprel Ümumdünya Hemofiliya günü kimi qeyd olunur !

Hemofiliya – qanın laxtalanma xüsusiyyətinin pozulması ilə xarakterizə olunan irsi xəstəlik. Xəstəlik zamanı oynaqlara, əzələlərə və daxili orqanlara öz-özünə, zədə və ya cərrahi müdaxilə nəticəsində qanaxmalar baş verir.

Hətta xırda zədələr nəticəsində hemofiliyalı xəstələrin beyninə və ya digər həyati əhəmiyyətli orqanlarına qan axmasının ölümlə nəticələnməsi ehtimalı yüksəkdir. Hemofiliyanın ağır formasından əziyyət çəkən xəstələr oynaqlara (hemartroz) və əzələlərə (hematoma) tez-tez qan axması nəticəsində əlil halına düşürlər. Hemofiliya hemostazın plazma həlqəsinin pozulmasından irəli gələn hemorraqik diatezlərə (koaqulopatiya) aid edilir.

Tarixdə bu xəstəliyə kral xəstəliyi deyirlər. Belə ki, Fransada kral Lüdoviklər nəslində əsasən oğlan uşaqları bu xəstəlikdən əziyyət çəkirdi. Bu gün isə qan çatışmazlığı dünyada bir problem kimi yaşanan hemofiliya xəstəliyidir. İrsi qan xəstəliyi olan hemofiliya dünyanın bir çox ölkələrində əsasən Asiya, Afrika qitəsində, Aralıq dənizi hövzəsində daha çox yayılıb. Azərbaycanda isə bu xəstəlikdən 1000-dən artıq insan əziyyət çəkir.

Yer saatı

Yer saatı (ing. Earth Hour) — Ümumdünya vəhşi təbiət fondu tərəfindən hər il keçirilən beynəlxalq tədbir. Hər ilin mart ayının axırıncı şənbə günü keçirilir və hər kəsi, dövlətkommersiya təşkilatlarını həyati əhəmiyyət daşımayan bütün elektrik cihazlarını bir saatlığa keçirməyə çağırır. Bununla da dünyada iqlimin dəyişməsinə diqqət ayırmağa çalışır. İlk dəfə bu tədbir (WWF) tərəfindən The Sydney Morning Herald qəzeti ilə birgə 2007-ci ildə Avstraliyada keçirilib. Artıq gələn il dünyada tərəfdarları tapıldı, 2009-cu ildə isə geniş hərəkata çevrildi. WWF-nin məlumatına görə onu hər il 1 milyard əhali keçirir.

 

11 aprel Faşist konslagerlərində olan əsrlərin beynəlxalq azadlıq günü

11 aprel 1945 – ci ildən Faşist konslagerlərində olan əsrlərin beynəlxalq azadlıq      günü kimi qeyd edilir. 11 aprel 1945 – ci ildə Buhenvald konslagerində əsirlər üsyan edərək, azadlığa çıxmışlar. Bu zaman həmin konslagerdə  Avropanın 18 ölkəsində insanlar olduğu üçün bu internosional bir mübarizə idi. Üsyan işti rakçıları konslagerlərdə meydançanı ələ keçirtmiş və “SOS” siqnalı vermişlər. Bir neçə gündən sonra yaxınlıqda olan Amerika əsgərlərionların harayına yetişmişlər.