Category Archives: Xəbərlər

21 may 2003 cü ildə ilk dəfə Ümumdünya mədəni müxtəliflikləri dialoq naminə inkişafı günü kimi qeyd olunur

 

21 may 2003 cü ildə ilk dəfə  Ümumdünya mədəni müxtəlifliklərin  dialoq naminə inkişafı günü (World Day for Cultural Diversity for Dialogue and Development) kimi qeyd olunur. BMT Baş Asambleyası 2002-ci il dekabrın 20-də 57/249 qətnaməsi ilə 21 may Ümumdünya mədəni müxtəlifliklərin  dialoq naminə inkişafı gününün qeyd olunmasını bütün hökumətlərə- üzvlərə, dövlətlərarası orqanlara BMT-nin bütün orqanlarına və QHT-na teklif etmişdir. Bu təklifdə qeyd edilirdi ki,  mədəni müxtəlifliklərin dəyərini, vacibliyini və qiymətini ictimaiyyətin, KİV – rin diqqətinə maarifləndirmə yolu ilə çatdırılsın.

 

Azərbaycan Respublikasında Ekologiya Günü

Azərbaycan Respublikasında ətraf mühitin qorunması və təbii ehtiyatlardan istifadənin ayrı-ayrı aspektləri ilə məşğul olan və fəaliyyətlərində qismən biri-birini təkrarlayan Dövlət Ekologiya və Təbii ehtiyatlardan İstifadəyə Nəzarət Komitəsi, «Azərmeşə» İstehsalat Birliyi, Geologiya Komitəsi, «Azərbalıq» Dövlət Konserni və Dövlət Hidrometeorologiya Komitəsi ləğv edilmiş və onların bazasında Azərbaycan Respublikası Prezidentinin 23 may 2001-ci il tarixli 485 saylı Fərmanı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Əsasnaməsi Respublika Prezidentinin 18 sentyabr 2001-ci il tarixli 583 saylı Fərmanı ilə təsdiq edilmişdir.

Nazirlik – Azərbaycan Respublikası ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü təbii sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Avropa Milli Parklar günü

24 may tarixində Avroparis Federasiyası (Europarc Federation) və bütövlükdə Avropa Avropa Milli Parklar gününü  (The European Day of Parks, EDoP) qeyd edir. Bu bayram 1999-cu ildən qeyd edilməyə başlamış və tez bir zamanda geniş vüsət almış dır. Bu bayram hər il xüsusi ənənələrıə və qəti olaraq bir mövzuya həsr edilərək qeyd edilir.

Avropada Gonşular Günü

 

29 may 2012-ci il Avropada gonşular günü kimi ((European Neighbours Day)) qeyd olunur. Avropada gonşular günü kimi qeyd olunan bayramın tarixi 1990-cı ildə Atanaz Perifan və onun dostları tərəfindən Rarisin 17 rayonunda yaşayan qonşuları yad etməklə qoyulub. Bayramın məqsədi yaxınlıqda yaşayan insanları birlədirməkdir. Elə o vaxtdan Avropada gonşular günü bayram ənənəvi olaraq may ayının axırıncı çərşənbə axşamı qeyd olunur.