Category Archives: Xəbərlər

15 may Beynəlxalq ailə günü

BMT-nin baş katibi Pan Gi Mun 15 may 2011-ci il – Beynəlxalq Ailə Günü münasibətilə dünya ölkələrinə müraciət edib. Müraciətdə bir çox ailələrin daimi olaraq çətinlik çəkdiyi qeyd edilib. İşsiz və ifrat yoxsulluqda yaşayan böyüklər öz uşaqlarını lazımi qədər qida ilə təmin edə bilmir, bu da onlarda ömürlük fiziki və emosional iz buraxır. Ailənin digər üzvləri etinasızlıq və məhrumiyyətdən əziyyət çəkir. Baş katib bildirib ki, problemin kökündə çox vaxt sosial təcridolunma durur. Ayrı-seçkilik və sosial xidmətlərdən qeyri-bərabər istifadə ailələri uşaqları üçün daha yaxşı gələcək planlaşdırmaq imkanından məhrum edir. Geniş, bir valideynli, başçıları işsiz, xəstə və ya əlil olan, şəhər xarabalıqlarında və ya kəndlərdə yaşayan ailələr daha çox risk altındadırlar. Yerli və miqrant, o cümlədən münaqişə və ya iğtişaş bölgələrində yaşayan ailələr, həmçinin təcrid və məhrum olunur. Baş katib hər kəsi Beynəlxalq Ailə Günündə uşaqları böyüdən, yaşlılara qulluq edən, hər kəs üçün dözümlülük və ləyaqət prinsipləri üzərində qurulan möhkəm icmalar yaradan ailələrə dəstək verməyə çağırıb.

17 may Beynəlxalq elektron əlaqə və telekommunikasiya günü

17 may 1865 – ci ildə Parisdə ilk dəfə beynəlxalq razılaşması imzalandı və Beynəlxalq Teleqraf razılaşması imzalanaraq  Beynəlxalq Teleqraf İttifaqı yaradıldı.  O gündən dünya ictimaiyyəti  BMT  Beynəlxalq elektron əlaqə  və telekommunikasiya günü kimi qeyd edilir. Adətə görə hər bir ölkə bu gün cari ildə bu sahədə gördüyü işləri yekun vurur.

18 may Beynəlxalq muzeylər günü.

 

Beynəlxalq Muzeylər Günü — Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə 1977-ci ildən etibarən 18 may tarixində qeyd edilir. Bu bayram bir qayda olaraq xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirilir. Muzeylər mənəvi dəyərləri toplayan, qoruyan və təbliğ edən müəssisələrdir. Respublika muzeylərində bu baxımdan çox böyük iş aparılır. Həmin gün bütün muzeylərimizdə bu peşə bayramı qeyd edilir.

Ümümdünya metroloq günü

Ümümdünya metroloq günü (World Metrology Day) 20 may 1875- ci ildə Parisdə keçirilən “Ölçü haqqında  Konvensiya” (Metre Convention) həsr olunmuş konfransda qəbul edilmişdir bə metroloji ölçmələrin banisi D.İ. Mendeleyev hesab olunur. 1875- ci ildə 17 ölkə bu sənədi imzalamışdır. 1921-ci ildə Konvensiyaya dəyişiklikedilmişdir. Hazırda 50 ölkə bu Konvensiyaya qoşulub.