Beynəlxalq astma günü Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən may ayının ilk çəşənbə axşamı qeyd olunması qərarlaşdırılmışdır. 1998-ci ildə ilk dəfə 35 ölkədə qeyd edilmişdir.
Category Archives: Xəbərlər
5 may – Əlillərin Hüquqlarının Müdafiəsi günüdür
1992-ci ildən BMT Baş Assambleyasının qərarı ilə hər il 5 may tarixi Əlillərin Hüquqlarının müdafiəsi günü kimi qeyd olunur. Azərbaycanda bu qəbildən olan insanların sayı 450 mindən çoxdur.
8 may Ümümdünya qırmızı xac və qızıl aypara günü
8 May 2010 – 1953cü ildən bəri hər il 8 may Ümumdünya Qızıl Xaç və Qızıl Aypara günü kimi qeyd olunur.
Anri Dünan – dünya şöhrətli isveçli xeyriyyəçi, iş adamı, ilk Nobel mükafatçısı, Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatının qurucusudur.
Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatı — beynəlxalq yardım cəmiyyəti.
Hərəkatın bir neçə qolu var:
- Beynəlxalq Qırmızı Xaç Komitəsi — xüsusi xeyriyyə təşkilatdir, 1863-cü ildə İsveçrədə yaradılmışdır.
- Beynəlxalq Qırmızı Xaç Və Qırmızı Aypara Federasiyası — 1919-cu ildə yaradılmışdır. Hazırda 185 ölkənin Milli Qırmızı Xaç Və Qırmızı Aypara Cəmiyyətlərini özündə birləşdirir.
- Milli Qırmızı Xaç və Qırmızı Aypara cəmiyyətləri — hər bir ölkədə özünə məxsus təşkilatdır.
Azərbaycan Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyəti 1920-ci ildə regionda ilk olaraq yaradılmışdır.
12 may Beynəlxalq tibb bacıları günü
Tibb bacıları günü Florens Naytinqeylin şərəfinə təsis olunub.
15 may Beynəlxalq iqlim günü .
Bu gün meteoroloqlar tərəfindən indiki və gələcək nəsillərin firavanlığı üçün resurs olan iqlimin qorunmasının 40 mühümlüyünün elan edilməsi günü kimi qeyd edilir. İqlim dəyişkənliyi, hava, kəskin təbiət çevrilişləri ərzaq, həyat, əmlak təhlükəsizliyinə, su ehtiyatlarına, bütün ölkələrin dayanıqlı inkişafına əhəmiyyətli təsir göstərir. Bu iqlim gün 2007-ci ildə dekabr ayında Bali adasında keçirilən konfransda komunike qəbul edilmişdir.