1 saylı protokolu
Bakı şəhəri 09 aprel 2006-ci il
Təsis yığıncağında iştirak edirdilər:
1. Yüzbaşeva Sevil İsmayıl qızı
2. Cəbrayılov Eldar Kamal oğlu
3 .Kərimova İradə İsmayıl qızı
İclasın keçirilməsi üçün təsisçilər prosedura qaydalarına müvafiq olaraq üç nəfər arasından bir nəfərin iclasın sədri və bir nəfərin isə katib seçilməsini müzakirə etdilər. Cəbrayılov Eldar Kamal oğlu iclasa sədrlik etmək üçün Yüzbaşeva Sevil İsmayıl qızının namizədliyini irəli sürdü. Təklif səsə qoyuldu. Lehinə 3 olmaqla Yüzbaşeva Sevil İsmayıl qızı iclasın sədri seçildi. Yüzbaşeva Sevil İsmayıl qızı Cəbrayılov Eldar Kamal oğlunun iclasın katibi olması üçün namizədliyini irəli sürdü. Təklif səsə qoyuldu. Cəbrayılov Eldar Kamal oğlu 3 səs lehinə olmaqla iclasın katibi seçildi. Sonra gündəlik məsələlər müzakirə olundu və gündəlik müəyyənləşdirildi.
Gündəlik məsələ:
1. “Eko – Aləm” İctimai Birliyinin təsis edilməsi.
2. “Eko – Aləm” İctimai Birliyinin Nizamnamə layihəsinin müzakirəsi və təsdiqi.
3. “Eko- Aləm” İctimai Birliyinin rəhbər orqanlarının seçilməsi (İdarə heyəti, Nəzarət təftiş komissiyası) və ya İB-nin ümumi yığıncağı çağırılanadək təşkilatın idarə olunması qaydaları haqqında.
4. “Eko- Aləm” İctimai Birliyinin möhür, künc ştampı və embleminin eskizlərinin təsdiqi.
5. “Eko- Aləm” İctimai Birliyinin İB-nin dövlət qeydiyyatı ilə bağlı maraqlarını təmsil edən hüquqi təmsilçinin seçilməsi.
Gündəliyin müzakirəsinə başlanıldı. Yüzbaşeva Sevil İsmayıl qızı gündəliyin birinci məsələsi ilə əlaqədar çıxış etdi. Sonra söz Kərimova İradə İsmayıl qızına verildi. O, “Eko- Aləm” İB-nin məqsəd və vəzifələrindən danışdı, təşkilatın təsis edilməsinin məqsədəuyğun olduğunu təklif etdi. Təklif səsə qoyuldu.
Lehinə-3 nəfər olmaqla “Eko- Aləm” İB-nin təsis olunması yekdilliklə qərara alındı.
Gündəlikdə duran ikinci məsələ ilə əlaqədar çıxış üçün söz Cəbrayılov Eldar Kamal oğluna verildi. O, İB-nin Nizamnamə layihəsini oxudu.
Müzakirələrdən sonra sədr Nizamnaməyə əlavə və düzəlişlərin olub-olmadığını soruşdu. Başqa təklif olmadığından iştirakçılar Nizamnamənin bəyənildiyini bildirərək səsə qoyulmasını təklif etdilər. Təklif səsə qoyuldu. Lehinə-3 nəfər olmaqla “Eko- Aləm” İB-nin nizamnaməsi yekdilliklə qəbul edildi.
Gündəliyin üçüncü məsələsi ilə əlaqədar Cəbrayılov Eldar Kamal oğlu çıxış edərək bildirdi ki, hazırda Nizamnamənin tələblərinə uyğun olaraq İdarə Heyəti və digər orqanları tam tərkibdə seçmək mümkün olmadığından İB-nin ümumi yığıncağı keçirilənədək idarəetmə bir nəfər səlahiyyətli şəxsə etibar olunmalıdır. Söz alan Kərimova İradə İsmayıl qızı qeyd olunanlara əlavə olaraq , Yüzbaşeva Sevil İsmayıl qızının namizədliyini irəli sürdü və onun İB-nin sədri seçilməsini təklif etdi. Təklif səsə qoyuldu.
Lehinə -3 nəfər olmaqla Yüzbaşeva Sevil İsmayıl qızının “Eko- Aləm” İB-nin sədri seçilməsi barədə qərar qəbul edildi.
Yığıncağa sədrlik edən Yüzbaşeva Sevil İsmayıl qızı gündəliyin dördüncü məsələsi olaraq İB-nin emblemi, möhür və künc ştampının eskizlərini iştirakçılara təqdim etdi. O, emblemin forması və mənası barədə izahatlar verərək eskizlərin təsdiq olunmasını təklif etdi. Təklif səsə qoyuldu.
Lehinə -3 nəfər olmaqla “Eko- Aləm” İB-nin möhür, künc ştampı və embleminin eskizləri təsdiq olundu.
Gündəlikdə duran sonuncu məsələnin mahiyyəti barədə Yüzbaşeva Sevil İsmayıl qızı çıxış etdi. İB-nin təsis sənədlərinin hazırlanması və qeydiyyat orqanına təqdim olunması ilə bağlı üъzakirələr aparıldı. Cəbrayılov Eldar Kamal oğlu İB-nin dövlət qeydiyyatı ilə bağlı maraqlarını təmsil edən hüquqi təmsilçisi kimi Yüzbaşeva Sevil İsmayıl qızının namizədliyini irəli sürdü. Səlahiyyətlərin verilməsi təklifi iştirakçılar tərəfindən səsə qoyuldu.
Lehinə-3 nəfər olmaqla “Eko- Aləm” İB-nin dövlət qeydiyyatı ilə bağlı maraqlarını təmsil edən hüquqi təmsilçisi Yüzbaşeva Sevil İsmayıl qızı təyin edildi.
“Eko- Aləm” İB-nin təsis yığıncağı Qərara alır:
1. “Eko- Aləm” İB-nin təsis edilsin.
2. “Eko- Aləm” İB-nin Nizamnaməsi təsdiq olunsun.
3. Yüzbaşeva Sevil İsmayıl qızı “Eko- Aləm” İB-nin sədri seçilsin.
4. “Eko- Aləm” İB-nin İB-nin möhür, künc ştampı və embleminin eskizləri təsdiq edilsin.
5. “Eko- Aləm” İB-nin dövlət qeydiyyatı ilə bağlı maraqlarını tamsil edən hüquqi təmsilçisi Yüzbaşeva Sevil İsmayıl qızı təyin edilsin.
Yığıncağın sədri: Yüzbaşeva Sevil İsmayıl qızı
Yığıncağın katibi: Cəbrayılov Eldar Kamal oğlu
İştirak edənlər:
Yüzbaşeva Sevil İsmayıl qizi
Cəbrayılov Eldar Kamal oğlu
Kərimova İradə İsmayıl qizi