Category Archives: Heyət

“Eko- Aləm” İctimai Birliyinin təsisçilərinin ümumi yığıncağın 4 saylı protokolu

Bakı şəhəri                                                                                  05 aprel 2010-ci il

     İştirak edirdilər:

        1. Yüzbaşeva Sevil İsmayıl qızı

        2. Cəbrayılov  Eldar Kamal oğlu

        3. Təmrazov Rafiq

        4. Yüzbaşeva Könül Əhməd qızı

        5. Yüzbaşev Fuad Rafiq oğlu

        6. Abbasova Ülkər Rövşən qızı

        7. Abdullayeva Kubra

          İclasın keçirilməsi üçün yeddi nəfər arasından  bir nəfərin iclasın sədri və bir nəfərin isə katib seçilməsini müzakirə etdilər. Yüzbaşeva Könül iclasa sədrlik etmək üçün Cəbrayılov Eldar Kamal oğlunun  namizədliyini irəli sürdü. Təklif səsə qoyuldu.  Lehinə 7 nəfər olmaqla Cəbrayılov Eldar Kamal oğlu iclasın sədri seçildi. Cəbrayılov  Eldar Kamal oğlu Abbasova Ülkər iclasın katibi olması üçün namizədliyini irəli sürdü. Təklif səsə qoyuldu. Abbasova Ülkər 7 səs lehinə olmaqla iclasın katibi seçildi. Sonra gündəlik məsələlər müzakirə olundu və gündəlik müəyyənləşdirildi.

                                                                       Gündəlik məsələ:

        1. “Eko – Aləm” İctimai Birliyinin ötən iki il ərzindəki fəaliyyəti barədə təşkilatın sədrinin
hesabatı:

        2. Təşkilatın 2009 – cu ilin əvvəlindən bu günə  gördüyü işlər.

        3. 2009-2010 illər üçün təşkilatın rəhbərliyinə Yeni sədrin seçilməsi.

        4. Cari məsələlər.

           İclasa sədrlik edən  Cəbrayılov Eldar Kamal oğlu iclası açıq elan etdi. Katibdən kompyuterin arxasına keçərək protokol üçün qeydlər etməsini xahiş etdi. Sonra o, təşkilat üzvlərinə şəxsi telefonlarına zəng vurub onları 9 aprel 2009 – cu il tarixində keçiriləcək Ümumi yığıncaq haqqında hamının məlumatlandırıldığını söylədi. Cəbrayılov Eldar birinci və ikinci məsələlər barədə danışmaq üçün təşkilata sədrlik edən Yüzbaşeva Sevil İsmayıl qızına hesabat vermək üçün söz verdi.

           Birinci və ikinci məsələ ilə bağlı 2006- 2009 – cu illər ərzində təşkilata sədrlik edən Yüzbaşeva Sevil İsmayıl qızı geniş məlumat verdi. O, çıxışı zamanı təşkilatın ötən il ərzindəki fəaliyyətində danışdı. Sonda isə o, təşkilatın normal fəaliyyət göstərdiyini söylədi.

          Gündəliyin üçüncü məsələsi ilə əlaqədar  Cəbrayılov  Eldar Kamal oğlu çıxış edərək bildirdi ki, hazırda Nizamnamənin tələblərinə uyğun olaraq İdarə Heyətini və sonrakı iki il üçün yeni sədri seçmək lazımdır.  Söz alan Abbasova Ülkər Rövşən qızı     qeyd olunanlara əlavə olaraq , Cəbrayılov  Eldar Kamal oğlu namizədliyini irəli sürdü və onun İB-nin sədri seçilməsini təklif etdi. Təklif səsə qoyuldu.

Lehinə 7 nəfər olmaqla Cəbrayılov  Eldar Kamal oğlu “Eko- Aləm” İB-nin İdarə Heyətinin 2010-2011-ci illər üçün iyeni sədri seçilməsi barədə qərar qəbul edildi. Bundan sonra üç nəfərdən ibarət İdarə Heyəti aşağıdakı tərkibdə seçildi.

1. Cəbrayılov  Eldar Kamal oğlu – İdarə Heyətinin sədr

 2. Yüzbaşeva Sevil İsmayıl qızı – İdarə Heyətinin üzvü

4. Yüzbaşeva Könül Əhməd qızı  – İdarə Heyətinin üzvü

          Yığıncağa sədrlik edən Cəbrayılov  Eldar Kamal oğlu gündəliyin dördüncü məsələsi Cari məsələlər barədə təşkilat üzvü olan yığıncaq iştirakçılarına müraciət etdi. Təşkilat daxili məsələlər müzakirə edildi.

“Eko- Aləm” İB-nin II ümumi yığıncağı Qərara aldı:

    1.  Cəbrayılov  Eldar Kamal oğlu 9.04.2009 –cu ildən 9.04.2011 –ci ilə qədər “Eko- Aləm” İB-nin

         İdarə Heyətinin sədr seçilsin.

    2.  Bu illər üçün üç nəfərdən Yüzbaşeva Sevil İsmayıl qızı,

    3.  Cəbrayılov  Eldar Kamal oğlu “Eko- Aləm” İB-nin İdarə Heyətinin sədri, Yüzbaşeva Sevil
İsmayıl qızı və Məhərrəmova Könül Əhməd qızından ibarət İdarə heyəti seçilsin.

             Yığıncağın sədri:                           Cəbrayılov  Eldar Kamal oğlu

             Yığıncağın katibi:                          Yüzbaşeva Könül Əhməd qızı

                                                     İştirak edənlər:

1. Yüzbaşeva Sevil İsmayıl qızı

2. Cəbrayılov  Eldar Kamal oğlu

3. Təmrazov Rafiq

4. Yüzbaşeva Könül Əhməd qızı

5. Yüzbaşev Fuad Rafiq oğlu

6. Abbasova Ülkər Rövşən qızı

7. Abdullayeva Kubra

“Eko- Aləm” İctimai Birliyinin idarə heyətinin 2008 – ci il

“Eko- Aləm” İctimai Birliyinin idarə heyətinin 2008 – ci ilin

yanvar ayında keçirilən iclasının

                                                 1 saylı protokolu

         İştirak edirdilər:

        1. Yüzbaşeva Sevil İsmayıl qızı

        2. Cəbrayılov  Eldar Kamal oğlu

        3. Yüzbaşeva Könül Əhməd qızı

        4. Abbasova Ülkər Rovşən qızı

        5. Abdullayeva Kübra

        6. Təmrazov Rafiq Qafar oğlu

          İclasın keçirilməsi üçün beş nəfər arasından  bir nəfərin iclasın sədri və bir nəfərin isə katib seçilməsini müzakirə etdilər. Yüzbaşeva Sevild iclasa sədrlik etmək üçün Cəbrayılov Eldar Kamal oğlunun  namizədliyini irəli sürdü. Təklif səsə qoyuldu və yekdilliklə  Cəbrayılov Eldar Kamal oğlunu iclasın sədri seçildi. Cəbrayılov  Eldar Kamal oğlu Yüzbaşeva Könülü iclasın katibi olması üçün namizədliyini irəli sürdü. Təklif səsə qoyuldu və Yüzbaşeva Könül iclasın katibi seçildi. Sonra gündəlik məsələlər müzakirə olundu və gündəlik müəyyənləşdirildi.

Gündəlik məsələ:

        1. “Eko – Aləm” İctimai Birliyinin ötən 2008-ci ilin yekunlari barədə təşkilatın sədrinin hesabatı:

        2. Eko – Aləm İctimai Birliyinin  Açıq  Cəmiyyət İnstitutu Yardım Fondu tərəfindən 17. 09. 2008 – ci il tarixindən 17. 10. 2008 – ci il tarixinə elan olunmuş müsabiqədə “Gənclərin ekoloji tərbiyəsində  qeyri ənənəvi metodlardan istifadənin təbliğinə həsr olunmuş tədbirlərin keçirilməsi” qrant layihəsini müsabiqə qalib gəlməsi barədə məlumat.

        3. layihə icrası üçün tərəfdaş təşkilatın seçilməsi və müqavilə baglanması

        4. Cari məsələlər.

           İclasa sədrlik edən  Cəbrayılov Eldar Kamal oğlu iclası açıq elan etdi. Katibdən kompyuterin arxasına keçərək protokol üçün qeydlər etməsini xahiş etdi. Cəbrayılov Eldar birinci və ikinci məsələlər barədə danışmaq üçün təşkilata sədrlik edən Yüzbaşeva Sevil İsmayıl qızına hesabat vermək üçün söz verdi.

           Birinci məsələ ilə bağlı təşkilatın sədri  Yüzbaşeva Sevil İsmayıl qızı geniş məlumat verdi. O, bildirdiki artıq təşkilatın 11 nefer üzvü var və  təşkilat aktiv fəaliyyət göstərməyə başlayaraq, bir neçə müsabiqələrə iştirak etmişdir. Açıq  Cəmiyyət İnstitutu Yardım Fondu tərəfindən keçirilən müsabiqənin nəticələri Eko – Aləm İctimai Birliyi üçün uğurlu olmuşdur. O, bildirdiki Açıq Cəmiyyət İnstitutu Yardım Fondu tərəfindən 17. 09. 2008 – ci il tarixindən 17. 10. 2008 – ci il tarixinə elan olunmuş müsabiqədə “Eko – Aləm” İctimai Birliyi “Gənclərin ekoloji tərbiyəsində  qeyri ənənəvi metodlardan istifadənin təbliğinə həsr olunmuş tədbirlərin keçirilməsi” layihəsi ilə qalib gəlmişdir. İstinad : 15068 nömrəli qrant layihəsini müsabiqə nəticəsində udmuşdur. Bu yaxınlarda müqavilə imzalanmışdır. Sonra layihə icrası ilə baglı Sağlam həyata doğru İctimai Birliyi ilə və layihə eksperti kimi müstəqil ekspert İsayev Samir İsayevin müqvilə bağlanması barədə iclas iştirakçılarına məlumat verdi. İclas iştirakçıları qaldirilan mesələlərə açıq səsvermə yolu ilə münasibət bildirdilər.  Sonda isə o, təşkilatın normal fəaliyyət göstərdiyini söyləyərək təşkilata yeni müvəffəqiyyətlər arzuladı.

İclasın sonunda aşağıda verilən qərar təsdiq olunaraq qəbul edildi

“Eko- Aləm” İB-nin idarə heyyətinin 28 yanvar 2008 – ci il tarixli

iclasının qərarı:

1. Eko – Aləm İctimai Birliyi Açıq Cəmiyyət İnstitutu Yardım Fondu tərəfindən 17. 09. 2008 – ci il tarixindən 17. 10. 2008 – ci il tarixinə elan olunmuş müsabiqədə “Gənclərin ekoloji tərbiyəsində  qeyri ənənəvi metodlardan istifadənin təbliğinə həsr olunmuş tədbirlərin keçirilməsi” layihəsini,  Sağlam həyata doğru İctimai Birliyi ilə birlikdə həyata keçirtsin.

2. Layihənin həyata keçirilməsi 10.01.2009 tarixindən 10.04.2009 tarixinə olan müddətinə icra olunsun.

3. Layihənin  müəllifi və rəhbəri layihədə nəzərdə tutulduğu kimi Yüzbaşeva Sevil İsmayıl qızı. təsdiq edilsin.

4. Layihənin mühasibi Abdullayeva Kübra təyin edilsin.

7. Layihənin məsləhətçisi layihədə nəzərdə tutulduğu kimi müstəqil ekspert İsayev Samir təsdiq edilsin.

8. Layihənin icrasına 10.01.2009 tarixindən başlanılsın.

             Yığıncağın sədri:                           Cəbrayılov  Eldar Kamal oğlu

             Yığıncağın katibi:                          Yüzbaşeva Könül Əhməd qızı

                                                     İştirak edənlər:

        1. Yüzbaşeva Sevil İsmayıl qızı

        2. Cəbrayılov  Eldar Kamal oğlu

        3. Yüzbaşeva Könül Əhməd qızı

        4. Abbasova Ülkər Rovşən qızı

        5. Abdullayeva Kübra

        6. Təmrazov Rafiq Qafar oğlu