Ekologiya – canlı orqanizmlərin ətraf mühitlə qarşılıqlı əlaqəsindən bəhs edən elmdir.
1886-cı ildə E. Heekel tərəfindən təklif edilmişdir. Ekologiya yunan sözü olub, oikos – ev, sığınacaq və logos – elm, təlim sözlərindən əmələ gəlmişdir.
***
Bioloji ekologiya – canlı orqanizmlərin yaşadığı mühiti və orqanizmlərin yaşadığı mühitlə qarşılıqlı əlaqəsini öyrənir.
***
Qlobal ekologiya – biosferin qruluşunu və onu antropagen , kosmik. geofiziki və digər təsirləri öyrənir.
***
İnsan ekologiyası – insanın, onu əhatə edən təbii və sosial mühitlə əlaqəsini nəzərə almaqla adamların sağlamlığının qorunmasını və artırılması məsələlərinı öyrənir.
Sosial ekologiya – “təbiət – cəmiyyət”sistemini, onun inkişaf perspektivlərini və müxtəlif – lokal, regional, qlobal səviyyədə tənzimlənməsini tədqiq edi
Təbiət elmləri içərisində ilk dəfə olaraq ekologiya öz məzmununa insanın maraqlarını, adamların həyat fəaliyyətinin yaxşılaşdırılması məsələlərini daxil etmişdir.
Ekologiyanın ən vacib əsasını sistemli dəketmə, canlı orqanizmlərin o, cümlədən həm insan həm də cəmiyyətin əlaqələrini açıq sistemin mühitlə mübadiləsi kimi göstərmək imkanını təşkil edir.
Sistemli dəketmə – mütəlif ekosistemlərin xüsusiyyətlərini aşkarlayan əsas anlayışları müəyyən etməyə imkan verir: ekoloji qarşılıqlı təsir, ekoloji ziddiyyət, ekoloji inkişaf, ekoloji dayanıqlıq.
***
Ekoloji ziddiyyət – ekosistemin “mərkəzi” obyektinin yaşamadı üçün onun ətraf mühitlə maddə, enerji, və informasiya mübadiləsi lazımdır. İdeal halda bu mübadiləsi fasiləsiz olur. Lakin gec-tez bu mübadilə prosesi pozulur. Bu zaman daxil olan və xaric olan maddə, enerji və informasiya axınları arasındakı fərq dərinləşərək, mübadilə prosesləri nizamsız qeyri-xətti xarakter alır. Başqa sözlə “mərkəzi” obyektin tələbatı vaxtında ödənmir. Beləliklə ekosistemin strukturundakı fərq ziddiyyətə keçir.
***
Ekoloji inkişaf – ekosistemdə yaranmış ziddiyyət onların dəyişkənliyini və inkişafını müəyyən edir.
Bəşəriyyət təhlükəsiz ekoloji inkişafın həyata keçirilməsi zəruriliyi qarşısında durur. Bundan ötrü ətraf mühit haqqında yeni biliklər, yeni texnologiyalar, yeni rəftar (davranış) normaları lazımdır. Bütün bunlar ekologiyanı öyrənmədən mümkün deyildir. Ekoloji biliklər təkcə gerçəkliyin məlum olmayan cəhətlərini izah etməklə kifayətlənmir, həm də insan fəaliyyətinə münasibətdə istiqamətləndirici funksiyanə yerinə yetirir.
***
Ekoloji dayanıqlıq – Mühitlə müvazinətini və bütün dəyişkənlikldə öz eyniliyini saxlayan ekosistem dayanıqlı ekosistem hesab olunur.
***
Biogeokimya – kimyəvi elementlərin biosferdəki dövranını öyrənən elm.
***
Analitik yanaşma (yun. analysis. – ayırma) – yeni biliklər əldə etmək üçün tədqiqatın məqsədindən asılı olaraq tama özünün ayrı-ayrı hissəslərinin cəmi kimi baxmaqla, mürəkkəb olanı sadələşdirməklə, vacib cəhətlərini vacib olmayanlarından ayırmaqla tədqiq edilən obyekti fikrən hissələrə ayıran üsul.
Funksional yanaşma (lat. finctio – yerinə yetirmə, icraetmə) – obyekti öz daxili, təbii keyfiyyətlərini fikrən ayırmaqla xarici, davranış xassələri əsasında öyrənmə üsulu.
Strukturlar (lat. structura – quruluş) – öz elementləri arasında dayanıqlı qarşılıqlı əlaqələrin vəhdəti kimi özünü göstərən formanın quruluşu daxili təşkili sistemi.
***
Element (lat. elementum – ilkin, başlanğıc maddə) – müəyyən elementin tərkibinə daxil olub, onun hüdudları daxilində bölünməz kimi baxılan obyekt anlayışı.
Hissə və tam – ayrı ayrı elementlər və onların birləşmə xarakteri arasındakı menasibətləri ifadə edən anlayışlardır.
Bu birləşmə xarakteri ayrılıqda elementlərə xas olmayan yeni ümumi xassələrin yaranmasına səbəb olur.
Sistem – bir-biri ilə müəyyən münasibətdə olub vahid bir tam əmələ gətirən eynicinsli və ya müxtəlif cinsli elementlərin çoxluğu.
***
Qlobal (fransız. global – ümumi, latın. globus – kürə) – bütün Yer kürəsini əhatə edən, planetar.
***
Canlı materiya – materiyanın əsas hərəkət formalarından biri: bioloji sistemlər (mikroorqanizmlərdən insana kimi bütün biosfer).
***
Lokal – (lat. locals – məhəlli) məhdud yerə aid edilən.
***
Dinomik müvazinət – sistemin komponentlərinin və strukturunun daimi təzələnməsi hesabına saxlanmış müvazinəti.
***
Regional (lat. regionalis – vilayət) – hansısa müəyyən əraziyə aid edilən.
***
Canlı materiyanın təşkili səviyyəsi – inkişafın dərəcəsini və keyfiyyətini səciyyələndirən ölçü.
***
Landşaft – (alman. Landschaft – eyni cür ərazi) – təbiət sistemi, coğrafi təbəqənin ərazi bölgüsünün əsas kateqoriyası, müxtəlif komponentlərdən ibarətdir: dağ süxurları, torpaq, bitki örtüyü.
***
Abiotik (cansız) mühit – mənşəyinə görə canlı orqanizmlərin (insan daxil olmaqla ) həyat fəaliyyəti ilə bilavasitə əlaqəsi olmayan təbii şərait.
***
Biotik mühit – mənşəyinə görə calı orqanizmlərin həyat fəaliyyəti ilə bağlı olan təbii şərait.
***
Ətraf mühit – ayrıca götürülmüş sistemlə bilavasitə qarşılıqlı əlaqədə olanların cəmi.
***
Biosfer – Yer təbəqəsinin bir hissəsi olub, tərkibi , quruluşu və energetikası canlı orqanizmlərin keçmiş və müasir fəaliyyəti ilə şərtlənir.
Biosfer – qlobal ekosistem, Yerin xüsusi örtüyü, həyatın yayıldığı mühit olub, onun sərhədləri orqanizmlər üçün əlverişlı abiotik şəraitin olması ilə şərtlənir: temperatur, maye su, qazların tərkibi, suyun duzluluğu, mineral qida elementləri. Biosfer kosmos ilə sıx əlaqədardır.Yerə gələnenerji axınları burada həyatın varlığını təmin edən şəraiti yaradır. Butəsir bütün bioloji sistemlərdə başverən fiziki-kimyəvi çevrilmələrə təsir edir və canlı varlıqların fəallığındakı xeyli dəyişikliklərdə özünü biruzə verir.Yerin maqnit sahəsi və azon ekranı planeti kosmik şüalardan və intensivgünəş radiasasından qoruyur.
Biosfer kosmos ilə sıx əlaqədardır. Yerə gələn enerji axınları burada həyatın varlığını təmin edən şəraiti yaradır. Bu təsir bütün bioloji sistemlərdə baş verən fiziki-kimyəvi çevrilmələrə təsir edir və canlı varlıqların fəallığındakı xeyli dəyişikliklərdə özünü biruzə verir. Yerin maqnit sahəsi və azon ekranı planeti kosmik şüalardan və intensiv günəş radiasiyasından qoruyur.
***
Bioloji müxtəliflik – Planetin çox böyük bioloji müxtəlifliyini biosferdə vaxtı ilə yaşamış və yaşamaqda olan bütün növ canlı varlıqlar yaratmışlar. Onların kütləsinə, kimyəvi tərkibinə və enerjisinə görə məcmuu canlı maddəni əks etdirir. Həyat dayanıqlı planetar hadisə kimi yalnız keyfiyyət müxtəlifliyi şəraitində mövcud ola bilər.
***
Noosfer (yun. noos – şüur v ə sphaera – kürə) – biosferin proses və hadisələrin son nəticədə insan intelekti vasitəsi ilə istiqamətləndirilən planetin təkamülünün keyfiyyətcə yeni hala keçməsidir.
Bu mərhələdə biosfer və cəmiyyətin ikitərəfli harmonik inkişafının məqsədyönlü üsulları müəyyən olunur.
***
Canlı maddə – Canlı varlıqların bütün növlərindən olan saysız-hesabsız fərdlər biosferin canlı maddəsini təşkiledir. Canlı maddənin kimyəvi tərkibi ulduzlar və Günəşin tərkibi ilə eynidir. Bu isə təbiətin vəhdətini sübut edir. Canlı maddənin biosferdə qeyri-bərabər paylanmış biokütləsi vardır.
Biosferin canlı maddəsi minerallar və dağ suxurları kimi bircinsli və müxtəlifcinsli olub, həyatın təzələnməsində təyinatına görə reproduktiv və somatik, qidalanma tərzinə görə avtotrof, hetotrof və miksotroflara bölünürlər.
Bircinsli – Yerin tərkibində və səthində əmələ gəlmiş, minerallar kimyəvi tərkibinə və fiziki xassələrinə görə təqribən bircinsli təbiət cismidir. Silisium 4-oksid sə silikat (metasilikat, alümosilikat turşularının duzları) təbiətdə yaxşı məlumdur.
Müxtəlifcinsli – canlı maddə isə tək minerala yox, mədən suxuruna, yəni minerallar toplusudur. Müxtəlifcinsli canlı maddəni meşədə, çöldə, istənilən ekosistemdə yaşayan canlı varlıqlar əmələ gətirmişdir.
Somatik (yun. soma-bədən) – orqanizmin cinsiyyət və reproduktiv hüceyrələrindən başqa bütün hüceyrələrinin toplusudur.
Reproduktiv (re – ön şəkilçi yeniləşmə, təkrarlama, produko – yaradıram mənasını bildirir) elə maddədir ki, onun vasitəsi ilə biosferdə daima həyat artır, təkrarlanır.
Somatik maddə reproduktiv maddəni Yerin müxtəlif guşələrinə yaymaqla, həyatın hər yerdə olmasına şərait yaradır.
Avtotroflar (yun. avto – özü, trof – qidalanma) – yaşamaqdan ötrü tələb olunan bütün kimyəvi elementləri onları əhatə edən canlı materiyadan götürən və öz bədəninin yaranması üçün başqa orqanizmin hazır üzvü birləşmələrindən istifadə etməyən orqanizmlərdir. Avtotrofların əsas istifadə etdiyi enerji mənbəyi Günəşdir. Avtotroflar bütün biosferin əsas qidalandırıcılarıdır. Onlar həm özlərini , həm də başqalarını qidalandırır.
Avtotroflar iki qrupa bölünür:
- fotoavtotroflar – enerji mənbəyi kimi Günəş enerjisindən istifadə edənlər;
- hemoavtotroflar – qeyri – üzvi maddələrin oksidləşmə enerjisindən istifadə edənlər.
Avtotroflar orqanizmlər – öz bədənini qurmaq üçün yeganə, yaxud başlıca karbon qazından istifadə edən və həm mənimsəmək üçün fermentlər sistemi, həm də hüceyrənin bütün komponentlərini sintez etmək qabiliyyətinə malik orqqnizmlərdir.
Hetotroflar (yun. geter – başqası, özgəsi) başqa orqanizmlərin hazır üzvü birləşməsindən istifadə edərək qidalanan orqanizmlər.
Biosferin üzvü maddələrinin parçalanmasında hetotroflar içərisində əsas rol göbələklərə və bakteriyalara məxsusdur, heyvanların rolu isə azdır.
***
Relyef – (fr. Relief) Yer səthindəki girinti–çıxıntıların cəminə deylir. Relyefin səciyyəsi onun genezisinin (tektonik, suffozion, buzlaq-akkumulyativ, buzlaq-erozion, eol formaları və s.) və formalarının (geomorfologiyasının) öyrənilməsinə əsaslanır.
***
Reqressiya-dənizin tədricən sahillərdən geri çəkilməsi, qurunun qalxması və ya okean dibinin enməsi. Qapalı su hövzələrində iqlim şəraitinin dəyişməsi təsirindən hövzələrdə su həcminin azalması ilə əlaqədardır.
***
Ekoloji terror – Konkret ölkə tərəfindən və ya şəxs tərəfindən digər ölkənin flora və faunasına zərər yetirməklə, təbii sərvətlərini məhv etməklə, bilərəkdən vurulan ziyan.