Category Archives: Eko maarifləndirmə

XƏZƏRİN EKOLOJİ PROBLEMLƏRİ

Xəzər dənizi problemləri içərisində səviyyə tərəddüdü ilə yanaşı, dəniz sularının çirklənməsi və bununla əlaqədar ekoloji şəraitin korlanması son dövrün ən mühüm problemidir. Zəngin təbii sərvətləri və müalicə əhəmiyyəti tarixən onun ətrafında çoxlu sayda insanların məskunlaşmasına səbəb olmuşdur. Xəzər dənizinin əsas çirklənmə mənbələri onun hövzəsində, sahillərində və akvatoriyalarında yerləşən şəhərlərin və sənaye obyektlərinin çirkab suları, dəniz nəqliyyatından və neft mədənlərindən daxil olan müxtəlif çirkləndiricilərdir. Hazırda Xəzər sahili zonalarda 15 milyona qədər əhali yaşayır ki, onların da həyat fəaliyyəti bilavasitə bu dənizlə (əsasən də balıqçılıqla) bağlıdır. Dünyanın ən məhsuldar su sahəsi olan Xəzər yeganə dənizdir ki, nərə balıqlarının böyük ehtiyatı (təxminən 95%) burada cəmləşmişdir. Məlumdur ki, nərə balığı dünya bazarında çox qiymətli sayılan qara kürünün “istehsalçısıdır”. Ona görə də həmin balıqların Xəzərdəki genofondu ciddi şəkildə qorunur. Qeyd edək ki, planetdə qara kürünün əsas icracatı bu gölün sakinləri hesabınadır. Lakin Xəzərin varidatı bununla tükənmir. Neft-qaz ehtiyatı potensialına görə də o, dünyanın ən iri karbohidrogen xammalı mərkəzlərindən biridir. Ekoloji xarakteristikasına görə Xəzər dənizi çox vaxt digər qapalı hövzələr kimi öyrənilir. Qapalı hövzələrin isə müvafiq problemləri var. Məsələn: təbii resursların və kəmiyyətcə tükənməsi, antropogen və torpaqüstü təbii ekosistemlərin tənəzzülü, dəniz mühitinin çirklənməsi və su ekosistemlərinin tənəzzülü. Sonuncu ən böyük problem sayılır. Balıq təsərrüfatı və sanitar-toksiki xüsusiyyətləri baxımından Xəzərin durumu hələ Sovetlər Birliyinin sonunda krizis dövrünün başlanğıcı kimi qiymətləndirilirdi. Belə ki, 1992-ci ildə Volqa hövzəsi və Xəzərin sahil zonası “ekoloji fəlakət zonası” adlandırılmışdı.

Xəzər dənizini çirkləndirən əsas mənbələr aşağıdakılardır: təmizlənməmiş sənaye məhsulları və kənd təsərrüfatı tullantıları, çay və dəniz gəmiçiliyi, quru və su sahillərində qaz və neft buruqlarının istismarı, dəniz dibinin dərinləşdirilməsi işləri zamanı ikinci çirklənmə, atmosfer və su vasitəsilə uzaq zonalardan çirkli maddələrin gəlməsi. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, çaylar vasitəsilə hər il Xəzərə 40-45 km3 çirkab daxil olur ki, onun da 60 faizi Volqa çayının payına düşür. Əgər bu çirkli sular dənizin üst qatında bərabər paylansaydı, onda il ərzində həmin qatın qalınlığı 10-11 sm-ə çatardı. Xəzər sularının çirklənməsində Kür və Ural çayları da az rol oynamır. Tbilisi, Rustavi şəhərlərinin və sənaye müəssisələrinin çirkab suları, həmçinin kənd təsərrüfatında işlədilən müxtəlif toksiki maddələr Kür çayı vasitəsilə Xəzərə daxil olur. Xəzər dənizi sahillərində yerləşən şəhərlərdən Bakı, Sumqayıt, Mahaçqala, Həştərxan, Türkmənbaşı, Rəşt, Ənzəli şəhərlərindən dənizə axıdılan çirkab suları onun əsas çirkləndiricilərindən hesab edilir. Bununla yanaşı dəniz neft yataqlarının istismarı və neft məhsullarının daşınması, dəniz nəqliyyatı da Xəzər sularını xeyli çirkləndirir.

Dəniz dibi qruntlarından götürülən nümunələrin tərkibində neft məhsulları, fenollar, bəzi rayonlarda isə civə olması müəyyən edilmişdir. Ən çox çirklənmiş Bakı buxtası olmaqla burada dib qruntlarının çirklənməsi orqanizmlərin və bentosun azalmasına, bəzi yerlərdə isə dib faunasının yox olmasına gətirib çıxarır. Dəniz sularının çirklənməsi Xəzərin ekoloji şəraitində böyük gərginliyə səbəb olmuş, onun bir sıra sahil bölgələrində isə ekoloji böhran yaratmışdır. Dənizin ekoloji şəraitinə Volqa, Kür hövzələrində bir sıra sututarların yaradılması da mənfi təsir göstərmişdir. Bu sututarların miqdarının kəskin azalmasına səbəb olmuş, digər tərəfdən bir sıra olduqca qiymətli balıq növlərini ənənəvi kürü tökmək yerlərindən məhrum etmişdir.

Ekoloji şəraitə dəniz səviyyəsinin tərəddüdləri də təsir göstərir. Dənizin səviyyəsi aşağı düşdüyü zaman şorluğu artır, balıqların sahil zonalarında qidalanma bölgələrinin məhsuldarlığı və sahəsi azalır. Dənizin səviyyəsi qaxdıqca isə suların, xüsusilə böyük çayların delta bölgələrinə yanaşan sahələrdə şorluğu azalır, yem ehtiyatı artır.

Bunlarla yanaşı dəniz sularının yuxarıda göstərilən maddələrlə, xüsusilə neft məhsulları ilə çox çirklənməsi aerasiya prosesini ciddi pozur, dəniz fauna və florasının məhv olmasına gətirib çıxarır. Dənizin ən çox çirklənmiş sahələri eyni zamanda ekoloji böhran sahələridir. Belə sahələrə Bakı, Sumqayıt, Mahaçqala, Türkmənbaşı şəhərlərinin akvatoriyaları, istismarda olan dəniz neft yataqları rayonları aid edilir. Xəzər gölünün çirklənməsindən danışarkən aşağıdakı xüsusiyyətlər nəzərə alınmalıdır: birincisi, çirkabın qeyri- bərabər paylanması dənizin ayrı-ayrı sahələrinin ciddi şəkildə çirklənməsinə gətirib çıxarır. Ikincisi, sahilboyu yaranan çirklənməni bir zonadan başqasına aparır və oranı da çirkləndirir. Nəzərə alsaq ki, tullantılar əsasən suyun üzəndə – üst qatında toplaşaraq “su-atmosfer” zonası yaradır, onda məhz burada yığılmış çirkablar hesabına daha çox dənizin bioloji əhəmiyyətli sahələrinin çirkləndiyini qeyd etmək lazım gəlir. Xəzər dənizi üçün ən təhlükəli çirklənmə tərkibində zərərli kimyəvi maddələr olan tullantılarla çirklənmədir. Bunlardan neft karbohidrogenlərini, karbohidrogenləri, karbonukleidləri, xlor üzvi birləşmələrini və ağır metalları göstərmək olar. Dənizin çirklənməsində neft karbohidrogenləri böyük rol oynayır. Söhbət Abşeron yarımadası və Manqışlağın yarısını əhatə edən dəniz neft sənayesi və sualtı neft borularından gedir. Vaxtilə dənizdə neft buruqlarının görünməsi elm və texnikanın nailiyyəti sayılsa da, bəzi alimlər bunun yaxın gələcəkdə zərərli fəsadlar törçdəcəyi barədə həyacan dolu məlumatlar veriblər. Üstündən yarım əsrdən çox ötməsinə baxmayaraq, həmin fikirlər özünü doğruldur və biz artıq Xəzərin dünya miqyaslı problemə çevrildiyinin şahidləriyik. Onun ekoloji vəziyyəti indi bütün dünyanı narahat edir. Bakı isə Xəzərin ən çirkli hissəsidir. Təsadüfi deyil ki, o, bioloji cəhətdən “ölü buxta” statusunu qazanıb.

Xəzəryanı ölkələrdə baş verən ictimai-siyasi proseslər, ziddiyyətli münaqişələr də dənizin ekomühitinə öz təsirini göstərib. Xüsusilə hərbi münaqişələr. Məsələn, 1991-ci ildən başlanan Rus-Çeçen müharibəsi dənizin ekosistemində müəyyən problemlər yaradıb. Hövzədə il ərzində 20-30 hərbi tullantı qeydə alınır. Bundan əlavə, texnogen qəzaların sayı da xeyli artıb. Belə ki, Xəzərin Rusiya sahillərində karbohidrogenlərin miqdarı Çeçen müharibəsi ilə əlaqədar xeyli artmışdır.

Məlumdur ki, Azərbaycanın yataqlarının birgə istismarı ilə əlaqədar “Əsrin müqaviləsi” (1994) adlı saziş imzalanmışdır. Dünyanın məşhur neft korporasiyalarının qoşulduqları saziş, Azərbaycanın xam neftini dünya bazarına çıxarmaq məqsədi güdür. Regiondakı digər neft istehsalçıları da eyni maraqdan çıxış edirlər. Qazaxıstan və Türkmənistanda da Abşeronda olduğu kimi neft-qaz istehsalı mərkəzləri açılıb. Bu regionların ekoloji durumu respublikamızla müqayisədə heç də yaxşı deyil. Çünki burada çıxarılan neftin tərkibində merkaptanların miqdarı çox, kükürdlü birləşmələr daha artıqdır. Belə nefti xüsusi yolla təmizləmək lazım gəlir ki, bu da əlavə problemlər yaradır. Bu prosesdə ekoloji standartlar mütləq nəzərə alınmalıdır, əks halda Xəzərin bütün akvatoriyası pis hala düşə bilər.

Dənizin şərq-qərb hissələri ilə müqayisədə şimal tərəfində çirklənmənin səviyyəsi nisbətən azdır. Qeyd edək ki, Xəzər gölünün mühitinin qorunmasında, xüsusilə çirkablardan mühafizədə Volqa və digər çay-su anbarlarının rolu böyükdür. Eyni zamanda, Xəzərin dib çöküntüləri və özünün fiziki-kimyəvi və bioloji təmizlənmə proseslərinin də rolu var. Orta və cənub zonalarında temperaturun sabitliyi (normallığı) suda kimyəvi reaksiyaların sürətini artırır və nəticə etibarilə burada dəniz suyunun təmizliyi öz-özünə təmin olunur. Xəzərin ekoloji problemləri onun səviyyəsinin vaxtaşırı dəyişməsilə də əlaqədardır. 1978-ci ildən tranqressiv mərhələyə keçən dənizin səviyyəsi tədricən qalxaraq ciddi təhlükəyə səbəb olmuşdur. Belə ki, suyun səviyyəsinin 2,5 m qalxması sahil zonasının il ərzində 1-2 km sahəsinin dənizin altında qalması ilə nəticələnmişdir. Məsələn, 10-15 il əvvəl ölkəmizin cənub bölgəsindəki (Lənkəran-Astara) sahil zolağında yerləşən bir çox yaşayış məntəqələri və təsərrüfat sahələri həmin fəlakətlə üzləşdi, əhaliyə, dövlətə xeyli ziyan dəydi. Elə burdaca bir məsələni xatırlatmaq yerinə düşər. Əski tarixdə ulu babalarımız heç vaxt hövzə kənarında daimi məskunlaşmayıblar. Yalnız mövsümi xarakter daşıyan fəaliyyətlə məşğul olublar. Çünki onlar haçansa yarana biləcək təbii hadisələri çox düzgün qiymətləndiriblər. Müasir dövrün insanları isə keçmişdən öyrənmək əvəzinə, sanki təbiəti ram edirmişlər kimi dənizin düz qırağında möhtəşəm sənaye obyektləri, neft-qazçıxarma qurğuları, çoxmərtəbəli yaşayış binaları inşa edir, fermer təsərrüfatları salırlar. Hesab edirlər ki, onları həmişəlik sahildə saxlamaq mümkündür.

Təəssüf ki, bu belə deyil. Təbiət özü şıltaq olsa da, şıltaqları sevmir. Dənizdə və sahilboyunda gözlənilən qəzaların böyük əksəriyyəti, əlbəttə ki, burada yerləşdirilən neft sənayesilə bağlıdır. Avadanlıqların suda batması, neft məhsullarının dənizə axması, qurğuların yararsız hala düşməsi və s. Cənub və orta sahələrdə Xəzər daha çox hidrodinamiki təhlükəyə məruz qalır. Bunlardan başqa, Xəzərin dibi palçıq vulkanlarına meyllidir. Kükürd tərkibli neft çıxarılan sahələr daha təhlükəlidir. Güclü zəlzələ baş verərsə, havaya 1000 atmosfer təzyiqlə milyon ton kükürd tərkibli karbohidrogen daxil ola bilər ki, bu da qlobal fəlakətdir.Iri tankerlərlə neftin daşınması da Xəzərin çirklənməsinə səbəbdir. Xəzər qapalı ekosistem olduğu üçün onun neft axınları vasitəsilə çirklənməsi kifayətdir ki, “canını tapşırsın” – “ölsün”.Xırda dəniz donanmalarının inkişafı iqtisadi və hərbi baxımdan əhəmiyyət daşısa da, çirkləndirici amil kimi onların da rolu az deyil. Iri gəmilərin ixrac etdiyi axıntı suları çirklənmə mənbələrindəndir. Yeni limanların tikilməsi, gəmi istehsalı, neft və neft məhsullarının nəqli və s. suyun çirklənməsinin əsas səbəblərindəndir. Xəzərsahili ölkələrin hərbi dəniz donanmalarının yaradılması da həmin faktorlardandır. Xəzər gölünün çirklənmə mənbəyini yalnız fiziki-kimyəvi səbəblərlə əlaqələndirmək olmaz. Problemin əmələ gəlməsində bioloji çirklənmənin də payı var. Söhbət Volqa-Don kanalı vasitəsilə Azov-Qara dəniz hövzəsindən gələn yad orqanizmlərdən gedir. Belə ki, bu yaxınlarda Türkmənistana aid sektorda meduzalar (aurella aurita, mneniopsis leudyi) aşkar edilmişdir. Bu meduzalar Xəzərdə çoxalaraq vətəgə əhəmiyyətli iri balıqların qidasını yeyib tükəndirir. Məsələn, bu meduzalar kilkə ilə qidalanırlar. Kilkənin azalması paralel olaraq onlarla qidalanan müxtəlif su heyvanlarının sayca azalmasıyla nəticələnir. Neft-qaz istismarına geniş yer verilməsi balıqçılıq təsərrüfatına da öz mənfi təsirini göstərir. Su mühitinin ifrat çirklənməsi balıq sənayesinə ciddi ziyan vurur. Hesablamalara əsasən, bu səbəbdən nərə balığı təsərrüfatına dəyən zərər 6 milyard, kürü biznesinə deyən ziyan isə 10 milyard dollar təşkil edir. Həmçinin digər vətəgə balıqlarının iqtisadi cəhətdən itirilməsi də realdır. Xəzər olduqca unikal ekosistemdir. Onun qorunması təkcə regional dövlətlərin yox, planetin işidir. Beynəlxalq sistemin son illər bu dənizin ekoloji problemlərinə maraq göstərməsi təsadüfi deyil. Xəzərə yalnız bir ölkənin yox, 5 sahilyanı ölkənin qayğı göstərməsi vacibdir. Hər bir Xəzərsahili ölkə dənizə öz şəxsi prizmasından yanaşsa, onun sonrakı taleyi daha tutqun ola bilər. Xəzərin statusu tam müəyyənləşmədikcə dənizin nərə balığı ehtiyatı, canlıların rəngarəngliyi, ekosistemi tənəzzülə uğrayacaq.

DÜNYADA YARANAN EKOLOJİ PROBLEMLƏR

Problemlər

1.

Cəmiyyətin mövcudluğu və inkişafı üçün lazım olan maddə, enerji və informasiyanın təbiətdən alınmasının çətinləşməsi.

2.

Ətraf mühitin istehsal tullantıları, ona yad olan maddələrlə, əlavə enerji və təbiətdə informasiya səbəbliyinin sistemni pozan informasiya ilə çirklənməsi.

3.

Əhalinin sağlamlılığının pisləşməsi, bioloji müxtəlifliliyin yoxsullaşması.

4.

Turş yağışlar.

5.

Torpağın aşınması (kənd təsərrüfatı sahələrindən hər il erroziya nəticəsində 26 mld. t torpaq aparılır).

6.

Səhralaşma (torpaqların düzgün istifadə edilməməsi nəticəsində səhraların sahəsi ildə 6 mln. ha artır.)

7.

 Göllərin deqradasiyası (minlərlə göl hazırda bioloji cəhətdən ölüdür, daha minə qədəri ölüm mərhələsindədir).

8.

Təmiz içməli su qıtlığı.

9.

Hər il bir neçə min fauna və flora növlərinin yoxa çıxması.

10.

Yeraltısuların keyfiyyətinin pisləşməsi.

11.

 İqlim dəyişməsi (Yerin orta illik temperaturunun 1,5-4,50 artması baş verə bilər).

12.

 Dəniz və okeanları səviyyəsinin artması (2100-cü ilə kimi 1,4-2,2 m).

13.

Ekoloji qaçqınların yaranması.

14.

Ənənəvi yanacaq ehtiyatlarındanenerji alınmasının mürəkkəbləşməsi və s.

Abşeron Gölləri

Azərbaycan Respublikasının ərazisində, Böyük Qafqazın cənub-şimal qurtaracağında Xəzər dənizinin qərb sahilində Qobustanla həmsərhəd olam böyük yarımada Abşeron yarimadasidır.  Uzunluğu təqribən 60 km, ən geniş yerdə eni 30 km-dir. Abşeron yarımadasının səthi geniş düzənlikdən, bir-birindən dərə və çökəkliklərlə ayrılan tirə, yayla və təpəliklərdən ibarətdir. Abşeron yarımadasının qərb hissəsi nisbətən yüksəkdir. Sahilboyu hissə okean səviyyəsindən 28 m-ədək aşağıdır. Mənbələrdə “Abşeron” ifadəsinə 18 əsrin əvvələrində rast gəlmək olur. “Abşeron” sözünün mənşəyi haqqında bir neçə ehtimal var. Bə”ziləri bu adın “Əfşəran” sözündən (sonralar təhrif edilərək “Apşeron”, “Abşeron”)sözünün  yarandığını və Əfşarlar ilə əlaqədar olduğunu göstərirlər. Digərləri isə “Abşeron”un farsça ab (su) və şoran (duzlu) sözlərindən əmələ gəldiyini güman edirlər. Ölkə əhalisinin təxminən 40 faizinin və sənaye potensialının 70 faizinin cəmləşdiyi bu ərazi, ekoloji cəhətdən respublikanın ən gərgin regionudur. Ümumi sahəsi 222 min hektar olan Abşeron yarımadasındakı yararsız torpaqların, yəni üst qatı pozulmuş, çirklənməyə məruz qalmasa da, öz təbii imkanlarını itirmiş torpaqların sahəsi 30 min hektara qədərdir. Bunun neftlə çirklənmiş hissəsi 10,6 min hektara yaxındır. Neft və neft məhsulları ilə ən çox çirklənmiş torpaq sahələri Qaradağ, Binəqədi, Sabunçu, Suraxanı, Əzizbəyov və Səbail rayonları ərazisindədir. Abşeron yarımadasının ekoloji problemlərindən biri sənaye və məişət sularından əmələ gəlmiş və bu sularla çirklənmiş göllərdir. Abşeron yarımadasının gölləri yarımadada iqlim şəraitinin formalaşmasına və bütövlükdə ölkə əhalisinin sıx məskunlaşdığı bu ərazidə ekoloji şəraitə ciddi təsir göstərir.Ümumi sahəsi 3325 hektara yaxın 800-ə qədər göldən, 200-ü nisbətən iri göllərdir. Onların tərkibinə hər il 40 milyon kubmetrdən çox çirkab və yaxud lay suları axıdılır. Göllərin ekoloji vəziyyətini gərginləşdirən əsas amillər neftlə çirklənmə, istehsal, sənaye mənşəli tullantı suları, kommunikasiya sistemləri ilə təchiz olunmadan inşa edilən çoxsaylı yeni yaşayış evlərindən və ictimai binalardan axıdılan məişət və təsərrüfat sularından ibarətdir. Yarımadada quru iqlimin bərqərar olduğu, atmosfer yağıntılarının illik miqdarının 200-300 mm, mümkün buxarlanmanın isə yağıntılardan 3-4 dəfə artıq olması, yay dövründə quruma həddinə çataraq, suyunun ifrat dərəcədə şorlaşıb dibinə duz çökdürməsi bu göllər üçün xarakterikdir. Abşeron yarımadasında neft-qaz yataqlarının kəşfiyyatı və istismarı ilə əlaqədar olaraq yaranan süni göl və gölməçələrin əksəriyyəti neftlə birgə çıxan lay sularının uzun müddət təmizlənmədən ətraf mühitə atılması nəticəsində əmələ gəlmişdir. Abşeronda sənayenin sürətli inkişafı əhalinin sayının artmasına və nəticədə çoxlu sayda yaşayış massivlərinin tikilməsinə səbəb olmuşdur.Yaşayış massivlərində isə vahid kanalizasiya sistemləri qurulmadığına görə onların kommunal-məişət, tullantı suları yaxında olan göllərə və ətraf ərazilərə axıdılır. Nəticədə həmin su hövzələri zərərli maddələrlə çirklənərək gərgin ekoloji ərazilərə çevrilmişdir. Böyükşor, Bülbülə, Qırmızıgöl, Xocasən və Çuxurdərə gölləri daha çox çirklənməyə məruz qalmışdır. Bu göllərdə zərərli maddələrin miqdarı normadan 8-12 dəfə artıqdır. Bu göllər artıq böyüməkdə olan Bakı şəhərinin ərazisinin genişlənməsinə mane olur. Böyükşor Abşeron yarımadasının mərkəzində, Binəqədi, Sabunçu və Nərimanov rayonları ərazisində yerləşən böyük göldür. Aparılmış müşahidələrin nəticələrinə əsasən göl akvatoriyasının açıq yerlərində dərinliklər 3,40-3,95 m, maksimal dərinlik isə 4,20 m təşkil edir. Gölün yaxın hissələrində dərinlik 0,50-1,70 m arasında dəyişir. Oval formada olan gölün uzunluğu şimal-qərbdən cənub-şərqə doğru istiqamətlənməklə 10 km-ə çatır, maksimal eni isə 1,5-2,0 km-dir. Göl şimal tərəfdən qədim Xəzərin terrasından ibarət olan maili, cənubdan isə düzbucaqlı kəsilmiş yamacla əhatə olumuşdur. Hazırda Böyük-şor gölü, bütün ətraf ərazilərdən yeraltı su axınının  yönəlmiş olduğu qapalı bir hövzədir.  Suyunun minerallaşmasına görə Böyük-şor gölü şor sulu göllər qrupuna aiddir

            Böyük-şor gölünə şəhərin Nərimanov, Sabunçu və Binəqədi rayonlarının göl ətrafında salınmış və kanalizasiya sistemləri ilə təchiz olunmayan məişət, ticarət və digər obyektlərindən, fərdi evlərdən tullantı suları axıdılır. Hal-hazırda 49 mənbədən gölə gün ərzində 18 min m3 sənaye və məişət suları daxil olur. Gölün əsas çirklənmə mənbələrindən biri gölün şərq hissəsində Suraxanı rayonu ərazisindəki Balaxanı zibilxanasıdır.  Böyük-şor gölünün əsas çirklənmə mənbəyi keçən əsrin 30-cu illərindən başlayaraq ətraf ərazilərdə neft çıxarılması zamanı əmələ gələn neft-mədən sularının gölə axıdılması olmuşdur. Böyük-şor gölünün sularının minerallaşmasının artması ilə yanaşı suyun tərkibi kəskin şəkildə dəyişmişdir.

            Statistik məlumatlara görə 1929-cu ildə Keşlə kanalı vasitəsilə gölə neft-mədən suları axıdılmışdır. Bu suların 60%-i bilavasitə qazma, qalanı isə mədənlərdə istifadə olunmuş, bilavasitə dənizdən su xətləri ilə götürülmüş sulardan ibarət olmuşdur. 1970-ci illərdən başlayaraq gölə fekal, təsərrüfat-məişət və sənaye suları axıdılmışdır. Təsərrüfat-fekal sular gölə təmizlənmə prosesi keçmədən, sistemsiz formada açıq kanal və çökəkliklər vasitəsilə axıdılmışdır ki, bu da ərazinin sanitariya vəziyyətini xeyli pisləşdirmiş, gölün dibi və sahil zolağı neft məhsullarının bitum qatı altında qalmışdır. İsti havalarda neft məhsullarının buxarlanması səbəbindən atmosferdə neftin yüngül konsentrasiyaları yayılaraq kəskin qoxu yaranmasına səbəb olur.

             Suyun inteqral çirklənmə indeksinə əsaslanaraq demək olar ki, 2000-ci ildə Böyük-şor gölü keyfiyyət sinfinin çox çirkli su sinfinə aid оlmuşsа, bu göstərici 2004-cü ildən başlayaraq fövqəladə çirkli su sinfinə aid edilmişdir.

İlk dövrlərdə göl, əsasən, yeraltı sulardan qidalanırdısa, hazırda buraya çoxsaylı çirkab axınları mövcuddur. Gölün su səthi 1300 hektar, uzunluğu 10 kilometr, eni 1,5-2 kilometrdir. Dərinliyi 4-8 metr olan bu böyük göl 45 milyon kubmetrə qədər su saxlayır. Bu günə qədər gölün torpaq tökülməklə tamamilə qurudulmuş ərazisi 15 hektardan çoxdur.

Ərazisi 7,2 km2, suyunun həcmi isə 8,3 mln m3 olan Qırmızı göl Qaradağ ərazisində, Lökbatan qəsəbəsinin cənubunda yerləşir. Qırmızı gölə axıdılan çirkab sularının əsasını Lökbatan qəsəbəsinin məişət çirkab suları və Xocahəsən gölündən axan sular  təşkil edir. Gölə çirkab sularının axıdılması onun suyunun oksigen rejiminin pozulmasına səbəb olub. 1976-cı ilə kimi bu göldən neft mədənlərindən çıxan lay sularının qəbuledici anbarı kimi istifadə olunmuşdur.

Qırmızı göl şor sulu göllər qrupuna aiddir. Ərazidə radiasiya fonu norma daxilindədir. Gölün uzun müddət antropogen təsirlərə məruz qalması, neft və neft məhsulları ilə, fenollarla həddindən artıq çirklənməsi və digər neqativ təsirlər nəticəsində onun geoloji quruluşu, torpaq süxurları, dibinin relyefi və digər parametrləri deqradasiyaya məruz qalmış, dib çöküntülərində çoxlu miqdarda neft məhsulları yığılmışdır.

            Yasamal-1 gölünün ətrafında bir sıra abadlaşdırma və yaşıllaşdırma işləri görülüb, gölə axıdılan məişət-kommunal çirkab sularının qarşısı alınıb. Görülən işlər bilavasitə gölün ekoloji vəziyyətinə müsbət təsirini göstərib. Belə ki, gölün oksigen rejmi tam bərpa olunub və suda həll olmuş oksigenin konsentrasiyası yüksəlib, onun biokimyəvi sərfi digər göllər ilə müqayisədə kəskin şəkildə azalıb. Göl suyunun minerallaşmasına görə Yasamal-1 gölü  şortəhər sulu göllər qrupuna aiddir. Suyun spesifik çirkləndiricilərndən ancaq fenollar və misin miqdarı normanı bir qədər aşır, bu da onların uzun illər ərzində gölün dibində toplanması və yenidən suyun üst qatlarına qalxması ilə əlaqədardır (təkrar çirklənmə prosesləri). Yasamal-1 gölünün müasir ekoloji vəziyyəti qənaətbəxşdir.

Masazır gölünə, əsasən Masazır və Novxanı kəndlərinin məişət-kommunal suları axıdılır. Suyunun minerallaşmasına görə Masazır gölü şor sulu göllər qrupuna aiddir. Suyun ion tərkibində xloridlər  və sulfatlar  üstünlük təşkil edir. Masazır gölünün suları kifayət qədər yüksək çirklənməyə məruz qalmışdır.

Kürdəxanı gölünə ətraf qəsəbələrin məişət-təsərrüfat çirkab suları axıdılır. Kürdəxanı gölü şortəhər sulu göllər qrupuna aiddir. Tədqiq olunan gölün oksigen rejimi pozulub.

Bülbülə gölü də Böyük şor gölü kimi yüksək dərəcədə antropogen təsirə məruz qalır. Suyunun minerallaşmasına görə  Bülbülə gölü şortəhər sulu göllər qrupuna aiddir. Çoxillik müşahidələr göstərir ki, Bülbülə gölü Böyük-şor gölü ilə müqayisədə çirklənməyə nisbətən aşağı dərəcədə məruz qalır.

Xocahəsən gölünə atılan çirkab sularının 80%-ə qədəri kommunal-məişət mənbəli tullantılardır. Suyun minerallaşmasına görə şortəhər sulu göllər qrupuna aiddir. Göl suyunun tərkibində xloridlərin miqdarı normadan dəfələrlə, sulfatlar isə bir necə dəfə yüksəkdir, bu da  gölün dəniz suları ilə əlaqəli yeraltı sularla qidalanması ilə əlaqədardır.

Abşeron yarımadasındakı mühüm obyektlərdən biri də Ceyranbatan su anbarıdır ki, əsas problemlərdən biri də Ceyranbatan su anbarı ilə bağlıdır.. Ceyranbatan su anbarının Bakı və Sum­qayıt şəhərlərinin su ilə təchizatında xüsusi əhə­miyyəti var­dır. Ceyranbatan su anbarı əsasən Samur çayının suyu hesabına Samur -Abşeron kanalı vasitəsilə doldurulur. Sahəsi 13,89 kvadratkilometr olan anbarın şərq yamacında inşa edilmiş yaşayış massivində 1500-dən artıq fərdi ev mövcuddur. Bundan əlavə, anbarın sanitar mühafizə zonasının ətraf ərazisində 12 müəssisə fəaliyyət göstərir. Sahənin tikinti normalarına uyğun əsaslı kanalizasiya sistemiylə təmin olunmaması, çirkab suların borularla birbaşa küçələrə axıdılması, yaşayış sahəsində məişət tullantı sularının toplanması üçün torpaq şambolardan istifadə olunması ilə əlaqədar problemlər yaranıb. Nəzərə alsaq ki, orada qrunt az gillidir, ənənəvi metodlardan istifadə edən əhali çirkab sularını həyətdəki quyularına buraxırlar ki, bu sular oradan süzülərək su anbarına axır və içməlin su hövzəsini çitkləndirərək əhali arasında müxtəlif yolxucu xəstəliklərin  yaranması üçün şərait yaradır.

Aeroportun uçuş-enmə zolağının ətrafında olan rəngbərəng gölməçələri də qidalandıran mənbə həmin ərazidə olan neft qurğularından az miqdarda axan, lakin yüksək konsentrasiyalı tullantılarla bərabər, həmin kollektordan olan sızmalardır. İkincisi isə, həmin ətrafda yaradılan, infrastrukturu olmayan iri yaşayış məntəqələrinin tullantılarının axıdılmasıdır.

            Bu göllərin çirklənməsində səbəbkarlar, ilk növbədə, neft-qaz çıxarma müəssisələri, yerli icra hakimiyyətləri, bələdiyyələrdir ki, onlar tərəfindən müxtəlif məqsədlər üçün  torpaq ayırankən, bütün şəhərsalma normaları və ekoloji amillər nəzərə alınmır.  Bundan başqa “Azərsu” Səhmdar Cəmiyyətidir ki, kanalizasiya şəbəkəsi yaşayış məntəqələrini tam əhatə etmir və axıntı suları lazımi səviyyədə təmizlənmir. Bakı buxtasının çirklənməsində ən çox günahkar təşkilatlar yenə də neft-qaz çıxarma və neft emalı müəssisələri, “Xəzərdənizneftdonanma”, Xəzər Dəniz Gəmiçiliyi, Beynəlxalq Dəniz Ticarət Limanı, “Azərsu” Səhmdar Cəmiyyəti, Bakı Şəhəri İcra Hakimiyyəti və bələdiyyələr və sairdir. Bütün bu qüsurları tezliklə aradan qaldırmaq üçün tədbirlər planı hazırlasınaraq həyata keçirilməlidir. Cənubi Qafqaz ölkələri arasında Azərbaycanın su eh­ti­yat­la­rı daha məhdud olub, Cənubi Qafqazın ümumi su ehtiyatının cə­mi 15%-i təşkil edir. ərazi və adambaşına düşən su eh­ti­yat­la­rı Gürcüstandan müvafiq olaraq 7,7 və 8,3 dəfə, Ermənistandan isə 2,2 və 1,7 dəfə azdır. Su təminatına görə res­pub­li­ka­mız dünyanın az təmin olunan regionlarından sayılır və təx­mi­nən 1 km2-ə 100 000 m3 su hər adambaşına isə il ərzində 950-1000 m3 su düşür. Statistika göstərir ki,yer kürəsindəki su ehtiyatlarının 97.5 % – i şor sulardan, 2.7 % – i içməli sudan ibarətdir. Insanlar bütün yeraltı və yerüstü içməli suyun ancaq bir faizdən azını istifadə edirlər. Qalan  faizdən isə ya istifadə etmir, ya da israfçılığa yol verirlər. Bəşər tarixində çirkli sudan xəstələnib ölənlərin sayı, bütün müharibələrdə ölənlərin sayından 4 – 5 dəfə çoxdur.İnsan cəmiyyəti öz inkişaf tarixində elmi nailiyyətlər nəticəsində sənayeni inkişaf etdirərək, böyük nailiyyətlər əldə etmiş, istehsalı artmış, təbiətdən istifadəni isə gücləndirərək, ona ciddi ziyan vurmaqla, başqa bir problemlə – tullantı qazlarla, çirkablarla, bərk tullantılarla, səs-küylə, bir sözlə ətraf mühitin  çirklənməsi ilə  üzləşmişdir. İnsanın normal yaşamağı və inkişafı üçün birinci növbədə təmiz hava, saf içməli su və qida vacibdir, eyni zamanda yanacaq, paltar, ev, nəqliyyat vasitəsi və istehsalat alətləri lazımdır. O, öz tələbatını ödəmək üçün ona nə lazımdırsa, hamısını təbiətdən əldə edir: məhsul yetişdirmək, mal-qara saxlamaq, meşədən istifadə etmək, mə , dən işləri aparmaq, kömür, neft, qaz əldə etmək, fabrik, zavodlar tikmək və s. İnsanın istehsalat fəaliyyəti ətraf təbii mühitlə əlaqəsi olmadan baş verə bilməz.
Bir çox zavod və fabriklər təmizlənməmiş çirkabları dənizə axıtmışlar ki, bu da ancaq tək suyun keyfiyyətini pisləşdirməmiş,  çirkablarda olan fenollar, neft məhsulları, ağır metallar torpağa hoparaq, həm torpağı, həm də yeraltı suları zəhərləyirlər. Tullantı qazların bir çox komponentləri (kükürd və azot oksidləri) atmosferin rütubəti ilə birləşərək turşulu yağış əmələ gətirmişlər. Şəhər çirkablarına gəldikdə isə bunlar əsasən sənaye çirkablarıdır.Xəzər dənizinə axıdılan çirkablar dənizdəki canlıların zəhərlənməsinə və məhv olmasına səbəb olmuşdur.
70 illik sovetlər dövründəki inkişafımıza nəzər salsaq, görərik ki, xalq təsərrüfatının istehsalında onun ayrı-ayrı sahələrində yaranan neqativ təsirlər ekoloji tarazlığın pozulması ilə nəticələnmişdir. Azərbaycanda birinci növbədə Abşeron yarımadasından torpaqlarımızın neft tullantıları, kimyəvi birləşmələr və s. ilə çirklənmişdir. Abşeronda 200-ə qədər süni və təbii göllərin neft və neft məhsulları ilə çirkləndiyinin şahidi oluruq, həmçinin bu çirklənməni təmizləmək üçün nə qədər vəsait, insan qüvvəsi lazım olduğunu hesablamaq da çox çətin olur.
Yuxarıda göstərilənlər onu subut edirlər ki, insanla təbiət arasında gedən maddi mübadilə prosesində əlavə effektlər baş verir, hansı ki, insanın sağlamlığına zərər vurur və həm də maddi nemətlər istehsalına mənfi təsir edir. Eyni zamanda, hər cür tullantının azaldılması ilə yanaşı, “tullantını gəlirə çevirmək” ən mühüm məsələlərdən biri kimi insanı düşündürməlidir.
Ekoloji tarazlıq qanunları pozulursa, bu, iqtisadiyyata mənfi təsir göstərir: torpağın eroziyası, heyvan tələfatı, balıqların məhv olması, neft məhsulları ilə çirklənmiş torpaqların əkin üçün yararsız hala düşməsi və s. Ekoloji tarazlıq təbiətin obyektiv qanunudur və o, yalnız bitki və heyvanat aləminin yox, eyni zamanda insanın da sağlamlığına təsir edir.
Ətraf mühitin çirklənməsi günü-gündən ciddiləşir. Bu obyektiv reallıqdır və biz bəzi ölkələrin prinsipi ilə hərəkət edə bilmərik: “əvvəl çirkləndirmək, sonra onun nəticələrini aradan qaldırmaq”.

Azərbaycan Respublikası

Dünyanın ən füsünkar guşələrindən biri olan Azərbaycan zəngin mədəniyyətə və qədim tarixə malik olan dövlətdir. Üç tərəfdən Böyük Qafqaz, Kiçik Qafqaz və Talış dağları,bir tərəfdən də dünyanın ən böyük gölü olan Xəzər(dəniz sahəsi 400000 kmІ, dərinliyi 1025 km) ilə əhatə olunan Azərbaycanı «Odlar yurdu» adlandırırlar.Təbiət doğma Azərbaycandan öz səxavətini əsirgəlməmişdir. Yer kürəsində mövcud olan on bir(11) iqlim qurşağından doqquzunun Azərbaycanda olması ölkəmizin flora və faunasının rəngarəngliyində özünü göstərir.Vətənimizin meşə, dağ və düzənliklərində 97 növ məməli heyvan, 346 növ quş, göl və çaylarında 95 növ balıq məskən salmışlar. Bunların bir çoxu nəsilləri tükənməkdə olan heyvan və bitki növləri kimi Qırmızı kitaba salınmışdır.

Coğrafi mövqeyi – Azərbaycan Respublikası Cənubi Qafqazın Şərq hissəsində Xəzər dənizi sahillərində yerləşir. Azərbaycan cənubdan İran ilə 756 km, Türkiyə ilə 13 km, şimaldan Rusiya ilə 390 km, şimal –qərbdən Gürcüstan ilə 480 km, qərbdən isə Ermənistan ilə 1007 km, həmsərhəddir.Xəzər dənizinin Azərbaycan sektorunda ən enli sahəsinin uzunluğu 436 km-dir. Azərbaycan 44° və 57° şərq uzunluq dairəsi, 38° və 42° -şimal en dairəsindədir.

İqlimi – Azərbaycan ərazisində 11 iqlim nümunəsindən aşağıda adları sadalanan 9 iqlimə rast gəlinir:

1. Qışı quraq keçən mülayim isti iqlim- Şəki-Zaqatala massivində yayılmışdır.

2. Qışı mülayim, yayı quraq və isti yarımsəhra və quru çöl iqlimi-Əsasən Mərkəzi Aran vilayətində, Samur-Dəvəçi ovalağında və talış silsiləsindən şimal-şərqə yayılmışdır.

3. Qışı soyuq,yayı quraq və isti yarımsəhravəquru çöl iqlimi—Naxçıvan Muxtar Respublikasında müşahidə edilir.

4. Yayı quraq keçən mülayim isti iqlim- Kiçik Qafqazda füzuli,Xocəvənd rayonları ərazisində,Dağlıq Şirvanla Qobustan sərhədi zonasında hakimdir.

5. Qışı quraq keçən soyuq iqlim—Böyük Qafqazda Quba-Xaçmaz massivinin şimal hissəsinin, Kiçik Qafqazda isə onun yüksək zonasının əhatə edir.

6. Yayı quraq keçən soyuq iqlim—-Naxçıvan Muxtar Respublikasının 1000m-dən 3000m-ə qədər hündürlükdə olan orta və yüksək dağ zonasını əhatə edir.

7. Yağıntıları demək olar ki,butun fəsillər üzrə bərabər paylananmülayim isti iqlim—Böyük Qafqazın şimal-şərq yamaclarında dəniz səthindən 200-800 m hündürlükdə yerləşən böyük bir sahədə,cənub yamaclarında isə 600m-dən 1500m hündürlüyə qədər ensiz bir zolaqda yayılmışdır.

8. Yağıntıları bütün fəsillər üzrə bol olan soyuq iqlim—Ancaq Böyk Qafqazın cənub yamaclarında yayılmışdır.

9. Dağlıq tundra iqlimi—Böyük və Kiçik Qafqazda dəniz səthindən 2800 m yüksəklikdən hündürdə yerləşən yüksək dağ zonası

Təbiəti -Azərbaycan təbiəti öz rəngarəngliyi ilə seçilir. Ölkədə olan 14 qoruq və 20 yasaqlıq dövlət tərəfindən qorunur və himayə olunur.

1. Kür-Araz ovalığının Mil düzənliyində yerləşən Ağ göl dövlət qoruğu,

2. Xızı rayonu ərazisində yerləşən Altıağac dövlət qoruğu,

3. Ermənitsan təcəvüzkarlığı nəticəsində işğal olunan Bəstiçay dövlət qoruğu,

4. Samux rayonunda yerləşən Göygöl dövlət qoruğu,

5. Lənkəranda yerləşən Hirkan dövlət qoruğu,

6. Böyük Qafqazın cənub yamaclarında yerləşən İlisu dövlət qoruğu,

7. İsmayıllı rayonu ərazisində yerləşən İsmayıllı dövlət qoruğu,

8. Ermənitsan təcəvüzkarlığı nəticəsində işğal olunan Qaragöl dövlət qoruğu,

9. Kür çayı sahillərində yerləşən Qarayazı dövlət qoruğu

10. Xəzər sahilinin cənub-qərbində yerləşən Qızılağac dövlət qoruğu

11. Şamaxı yaxınlığında yerləşən Piriqulu dövlət qoruğu

12. Şirvan zonasında yerləşən Şirvan dövlət qoruğu,

13. Böyük Qafqazın cənub yamaclarında yerləşən Türyançay dövlət qoruğu,

14. Zaqatalada yerləşən Zaqatala dövlət qoruğu,

Ərazisi – Azərbaycan Respublikasının ərazisi 86,6 min km²-dir. (11,5 %-in meşələr, 1,6 %-in su hövzəsi, 50%-in becərilən torpaqlar, o cümlədən 27%-in otlaqlar, 36,9%-in sair torpaqlar təşkil edir). Torpaqlarımızın təxminən 20%-i işğal altındadır.

Ölkədə bir inzibati ərazi vahidi –Naxçıvan Muxtar Respublikası, 69 şəhər, 65 rayon, şəhər rayonlarının sayı 13, şəhər tipli qəsəbələrin sayı 130, kənd yaşayış məskənlərinin sayı 4354 –dür.

Əhalisi-Azərbaycan Respublikasının əhalisinin sayı 2005-ci ilin yanvar ayının 1-nə görə 8347.3 min nəfər təşkil edir.Bunlardan 85%-dən çoxunu azərbaycanlılar, digər hissəsini isə ləzgilər, talışlar, kürdlər, avrlar, ruslar və digər azsaylı xalqlar təşkil edir.

MEŞƏDƏ DAVRANIŞ QAYDALARI

1.

Meşədə gəzinti zamanı ekoloji cığırla getməli;

        

2.
Səs-küy salmamalı, musiqiyə ucadan qulaq asmamalı;
3.   

 

Göbələkləri qopartmamalı, əzməməli, həşəratların  yuvalarını  dağıtmamalı;
4. Əks halda heyvanların  dərman bitkiləri yox  olar, ağaclar, həşəratlar, göbələklər arasında olan  qarşılıqlı əlaqə kəsilər

 

5

 

Tonqal qalamaq üçün “Meşə Mühafizəsi və Bərpası Müəssisəsi”nin icazəsi verdiyi xüsusı ərazilərdən istifadə etməli;
6.  

 

Tonqal qalamaq üçün quru çör-çöpləri toplamalı;

 

7.    Ağacların budaqlarını qırmamalı;

 

8.   

 

İsti  quru havada meşədə ocaq qalamamalı;

                       

9.

 

Ocağı heç bir halda ağacın altında (xüsusən də budaqları aşağı sallanan ağacların altında) 
yandırmamalı;

 

10 

 

Tonqalı nəzarətsiz qoymamalı;

 

11.

 

Tonqal qalayarkən küləyin istiqamətini nəzərə almalı;
12 Yanacaq məhlulunu tonqadan 3-5 m aralı məsafədə  saxlamalı;

 

13. Ocağı su və ya torpaqla tam söndürməli.

 

14. Polietilen pis çürüdüyündən paketləri, metal ərzaq qablarını meşədə qoymamalı;

          Polietilen paketlər 220 il;

–          Metal ərzaq qabları 100 ildən  sonra çürüyəcək.

 

15. Quşların yumurtalarına əl vurmamalı, onlar yuvalarını tərk edə  bilər;

 

16. Kiçik heyvanları və quşları şəhərə gətirməməli;
17. Qarışqa yuvasını dağıtmamalı;

                    Onlar arasında olan  mürəkkəb qarşılıqlı münasibət pozula   bilər.           

18.

İldırım çaxanda tənha ağacın altında gizlənməməli;

           Oranı ildırım vura bilər.

19. Heç bir ilanı öldürmək olmaz.
20. Meşədəki çöl çiçəklərini qırmamalı, toplamamal;  

                      Onların ömrü qısadır.

 

21. Çöl çiçəklərindən topladığınız buketə “Qirmizi Kitaba” daxil olan nadir çiçəklərdüşə bilər;

 

22. Kəpənəkləri, vəhşi arıları, çəyirtkələri və başqa həşəratları tutmamalı, öldürməməli;

 

23. Meşədə sönməmiş siqaret kötüyünü yerə atma malı