Category Archives: Eko maarifləndirmə

AZƏRBAYCAN ÇAYLARI

Azərbaycan Respublikası Qafqazın cənubi-şərqində və cənubunda kiçik bir hissəni tutur. Onun ərazisinə Böyük Qafqazın cənubi-şərq hissəsi, Kiçik Qafqaz, Talış və onların arasında yerləşmiş geniş Kür-Araz ovalıqları daxildir. Respublika coğrafi baxımdan Avroasiyanın çıxışı olmayan hissəsində, Aral-Xəzər çökəkliyi ilə sıx əlaqələnən və Avropanı Asiya qitəsindən şərti olaraq ayıran sərhəddin yaxınlığında yerləşir.

Respublikanın quru hissəsi ilə yanaşı onun tərkibinə daxil olan və Xəzərin qərb sahilyanı ərazisində yerləşən Böyük Zirə, Çilov, Xara Zirə, Səngi-Muğan, Gil və s. adaları göstərmək olar.

Azərbaycan şimaldan Rusiya Federasiyası ilə (340 km), şimali-qərbdən Gürcüstan ilə (340 km), cənubi-qərbdən Türkiyə ilə (11 km) və Ermənistanla (760 km) həmsərhəddir. Ermənistan həm də Azərbaycanı Naxçıvan MR-dan ayıyır. Respublika İranla 600 km, şərq sərhəddi Xəzər dənizi vasitəsilə Rusiya, Türkmənistan və İranla sahilyanı xətlə 820 km-dən artıq bir məsafədə qovuşur. Sərhədlərin əsas hissəsi təbii sərhədlərdən (çaylar və su ayrıcı dağ silsilələri) və yalnız bəzi yerlərdə şərti xətlərdən ibarətdir.

Azərbaycanın ərazisinin orta hündürlüyü 657 metr olub, 4466 metr (Bazar-düzü) və mənfi 27 metr (Xəzər dənizi sahilyanı hissələrdə) arasında dəyişir. Azərbaycanın ərazisinin 44, 5 min kvadrat km-i dağlıq hissədən ibarətdir. Ərazisinin 18 %-i dünya okeanı səviyyəsindən aşağıdır. Geomorfoloji cəhətdən ərazini 4 böyük hissəyə ayırırlar: Böyük Qafqaz (Böyük Qafqaz sıra dağları), Kiçik Qafqaz (Kiçik Qafqaz dağlarının şərq hissəsi və Naxçıvan), Kür-Araz düzənliyi və Lənkəran ovalığı ilə Talış dağlıq hissəsi.

Respublika ərazisinin relyef quruluşu yerüstü suların Xəzərə axması üçün əlverişli şərait yaradır. Bəzi hallarda sular çıxışı olmayan göllərdə (Acınohur və b.) yığılıb qalır. Geniş Kür-Araz ovalığı və dağ aşırımlarının respublikanın bölgələrində qruplaşması, zəif də olsa ərazinin ayrı-ayrı çay hövzələrinə parçalanması Kür çayına üstünlük verir. Azərbaycanın şimali-şərq çayları və Talış dağ ətəyi müstəsna olmaqla bütün qalan sular – Qara Su, Böyük və Kiçik Qafqazın bütün bulaq gölləri Şərqi Zaqafqaziyanın əsas çay hövzəsi olan Kürə aiddir.

Azərbaycan çaylarını aşağıdakı 3 əsas qrupa bölmək olar:

  1. Azərbaycanın Kür hövzəsinə aid olan mərkəzi və qərb çayları;
  2. Azərbaycanın biləvasitə orta Xəzərə axan şimali-şərq çayları;
  3. Biləvasitə Xəzərin cənubuna axan cənubi-şərq çayları.

Azərbaycan ərazisindən irili-xırdalı 8550-dən artıq axar sudan ibarət çay sistemi vardır ki onların bütövlikdə ümumi uzunluğu 33665 km. təşkil edir. Bütün bu çayların su toplayıcı sahəsi 85500 kv. km. qəbul edilir. Çayların 7550-sinin uzunluğu 5 km-dən az olan çaylardır. Qalan 800 çaydan yalnız 65-nin uzunluğu 50 km-ə qədər, 735-inin uzunluğu isə 6 km ilə 50 km arasında dəyişir.

Azərbaycan ərazisindən axan ən iri çay Kür və onun sağ qolu Araz çayıdır.

Respublikanın qalan çaylarını bir-birindən kəsgin surətdə fərqləndirən iki böyük qrupa bölmək olar: dağ çayları və düzənlik çayları. Birincilər öz mənbəini dəniz səviyyəsindən 2000-3500 m hündürlükdə olan dağlardan götürür, öz axarlarında çay pillələri və şəlalələr əmələ gətirir, dərin dərələrlə axır və düzənliklərə çıxdıqda güclü yarğanlar əmələ gətirərək çoxlu qollara ayrılırlar. Onlardan bəziləri tez-tez öz axarlarını dəyişir digərləri isə yerin altı ilə sızaraq itir yaxud kiçik bataqlıqlar əmələ gətirirlər.

İkincilər başlıca olaraq maili düzənliklərdə, geniş Kür-Araz ovlaqlarında, dərə və vadilərdə yerləşir. Axınları əyri-üyrü və sakit olan bu çaylar öz məcralarını asanlıqla yuyaraq yataqlarını lilləndirilər. Onların suyu kənar qatışıqlarla bir o qədər də zəngin deyil və hamısının mənsəbi vardır. Lakin, Kür çayı ətrafı depressiyanın və dənizyanı qum təpələrinin yaranması nəticəsində bu çayların bir qismi kör arteriyaya çevrilir və mənsəbləri itir. Dayaz çayların qidalanması əsasən dağ çayları, bulaq və yerüstü suların hesabına həyata keçir. Dayaz çayların sonuncu növünü adətən qara su (sularının hədsiz minerallaşması nəticəsi olaraq) adlandırırlar ki, onların mövcud olması da, dağ çayları arteriyaları ilə olduqca bağlıdır.

Respublikanın hidroloji şəbəkəsi çoxlu miqdarda gölləri (400-dən artıq) birləşdirir. Oların bir hissə düzənliklərdə əsasən Abşeron yarımadasında, sənaye və kənd təsərrüfatı sahələrinin istifadə edilmiş su tullantılarının yığılıb toplanması hesabına əmələ gəlmişdir. Əksər göllərin su səthinin sahəsi çox da geniş olmayıb 0,1 kvadrat km-ə yaxındır. Göllərin ümumi su ehtiyatının həcmi 40 kub km-dir və onun 16-18 kub km-i içməyə yararlıdır.

Səhifədə bütün bu çayları 4 qrupa bölünüb: uzunluğu 1000 km-dən uzun olan ən iri (2), 1000 km-dən 100 km-ə qədər olan böyük (21), 100 km-dən 50 km-ə qədər olan orta (42) və 50 km-dən qısa olan kiçik çaylar (110) haqqında müfəssəl məlumat verilib. Bununla yanaşı səhifədə çayların mənsəblərə görə bölünüb: Xəzərə axan çaylar, Kür çayına axan çaylar, Araz çayına axan çaylarQuruyan çaylar.

AZƏRBAJCANIN MÖVCUD EKOLOJİ PROBLEMLƏRİİN HƏLLİ YOLLARI

Hazırda bütün dünyada mövcud ekoloji problemlərin sistem halında öyrənilməsinin elmi əsasını “Hövzə Metodu”  təşkil edir. Bu metod mühitin çirklənməsinə aid bir çox vacib parametrləri “haradan, nə və nə qədər”  suallarına konkret cavab tapmağa imkan verir.

1. Ekoloji nəzarəti elmi sistem halında öyrənmək və kompyuterləşdirmək üçün 70 inzibat bölgəni 40 hövzə daxili bölgə ilə əvəz edərək həmin bölgələrin sərhədlərində iri və xırda çay hövzələrinin keçid-nəzarət müşahidə məntəqələri yaratmaq. Bu təbii təsərrüfat sahələrinin ekoloji bölgələr arasında bölünməsini təmin etməklə ekoliji məsuıiyyəti düzgün ünvanlandırır.

 

2. Kənd təsərrüfatı və sənayenin problemləri üxvi surətdə bir-bii ilə baglı olduğundan və bütün fəaliyyətlər torpaqla bağlı olduğundan Torpaqların ekoloji qiymət xəritələri (Torpaqların Ekoloji Pasportları) hər bir mikrorayon, rayon vahidləri və ümumi respublika üzrə hazırlanmalıdır. Bu xəritələr üzərində torpaqların ekoloji pasportunun ən vacib parametrləri verilməlidir.

 

3. Respublika rayon və mikrorayon vahidləri üzrə torpaqların münbitliyini bərpa, mühafizə və idarəetmə ekoloji münbitlik modelinin işlənib hazırlanmalıdır (kənd təsərrüfatı bitkiləri, yem bitkiləri və meşə sahələrinə üçün).

 

4. Bütövlükdə kənd təsərrüfatı və sənaye sahələrini ekologiyalaşdırmaq üçün uşaq bağçalarından başlayaraq orta. ali təhsil və eləcədə hərbi məktəblər daxil olmaqla ekoloji mədəniyyətin artırılması işinin dövlət siyasəti səviyyəsinə qaldırılması.

 

5. Yay və qış otlaq torpaqlarını müəyyən edən və bu problemləri nizamlayan, mal-qara üçün  yem  parametrlərindən bəhs edən və tənzimləyən ərazilərin xəritələrinin hazırlanması.

 

6. Radionukleidlərin kənd təsərrüfatı məhsullarına daxil olunmasını azltmaq və əhalinin şüalanmasının qarşısını almaq üçün kompleks tədbirlərin həyata keçirilməsi.

 

7.

 

Torpağın münbit qatının yuyulması vəsu təsərrüfatının lillənməsinin qarşısının alınması üçün erroziyaya qarşı mübarizə tədbirlərinin işlənib həyata keçirilməsi.

 

8. Uzun müddətli antropogen təsirlər nəticəsində texnogen çirklənməyə və dağılmaya məruz qalmış və təhlükəli ekoloji şərait yaratmış rayonlarda həmin torpaqların xəritələşdirilməsi və müvafiq kompleks rekultivasiya tədbirlərinin işlənib həyata keçirilməsi.
9. Respublikanın iqtisadiyyatında mühüm yer tutan suvarılan 1 milyon 440 min hektar torpaqların antropogen və iqlim dəyişməsi nəticəsində quraqlaşması (səhralaşması), baş verən təkrar şorlaşma və şorakətləşməyə qarşı kompleks tədbirlərin işlənib həyata keçirilməsi.

 

10. Kənd təsərrüfatında mineral gübrələr və pestisidlərdən istifadə mədəniyyətinin yüksəldilməsinə ciddi diqqət yetirilməsi.
11. Ekoloji problemləri operativ və düzgün həll etmək üçün sənaye. kənd təsərrüfatı və eləcə də subyektləri əhatə edən “Ekoloji bank”ın yaradılması.
12.  Qonşu region dövlətlərin birgə sənaye, kənd təsərrüfatı və eləcə də bütövlükdə biosfer ehtiyatlarından məqsədyönlü istifadə mühafizəsi sahəsində ekoloji koordinasiya mərkəzlərinin təşkili.
13. Ekoloji pensiya təsis edilməsi ilə hövzədaxili ekoloji bölgələrdə müəyyən təcili tədbirlərin həyata keçirtməyin mümkünlüyü.
14. Ekoloji sahədə baş verən qanun pozontularını aradan qaldırmaq məqsədi ilə Azərbaycan cinayət məcəlləsində “Ekoloji cinayətə” aid maddələrin yenidən işlənməsi.
15. Ölkəmizə gətirilən ərzaq məhsullarının ekoloji cəhətdən təmizliyinə ciddi nəzarət edilməsi.

YERİN İSTILİK BALANSI

Yerə düşən və ondan qayıdan Günəş enerjisi axını yer səthinin istilik balansını müəyyən edir.

İstilik balansı isə öz növbəsində yerin orta temperaturunu müəyyənləşdirir. Enerjinin əsas mənbələri olan neft, qaz, kömür, atom enerjisi və s. planetin səthinə əlavə istiliyin daxil olmasına və istilik balansının pozulmasına səbəb olur.

Yer səthinə düşən radiasiyanın enerjisindən və ya külək və hidroenerjidən istifadə olunduqda isə istilik balansı pozulmur.

İzafi istiliktəbii mühitə həm enerjidən istifadə prosesində həm də onu alarkən atılır. İstilik və atom elektrik stansiyalarında əldə edilən elektrik enerjisinin hər vahidinə ətraf mühitə 2-3 vahid istilik enerjisi atılır.

Alimlərin hesablamalarına görə Yer səthinin istilik balansının təbii hissəsinə atılmış əlavə enerji Yerə düşən günəş enerjinin 5%-dən çox olmamalıdır.

Təbii mühitin vəziyyətinə təsir göstərən antropogen fiziki amillər: elektrik maşınlarının (mühərriklər, generatorlar və s.), elektrikötürücü xətlərin, radio və teleötürücülərin yaratdığı elektromaqnit sahəsi vəs.

MÜHİTİN ÇİRKLƏNMƏSİ

Təbii mühitin çirklənməsi ekoloji problemlərin vacib göstəricisidir. Çirklənmə təbiətə yaddır, o biosferdəki təbii prosesi pozur. İnsan və təbiətin təhlükəsizliyi çirklənmənin səviyyəsi ilə bağlıdır.

Ekolji problemin ən vacib cəhəti biosferin çirklənməsi, bizim planetin səthinin fiziki, kimyəvi, bioloji parametrlərinin dəyişməsidir.

 Mühitin çirklənməsi ekoloji sistemlərin vəziyyətinə və insanın sağlamlığına təsir göstərir.

Çirklənmə-təbii mühitə yeni, ona yad olan kimyəvi birləşmələrin, bioloji sistemlərin gətirilməsi, o cümlədən fiziki təsirin göstərəlməsidir.

Mühitin çirklənməsinin şərti təsnifatı:

v  Çirkləndiricilərin xassəsinə görə (fiziki, kimyəvi, bioloji və s.);

v  Çirkləndirici maddələrin vəziyyətinə görə (qaz. maye, bərk tullantılar və s.);

v  Təbii mühitdə çirklənmənin davamlılığına görə (parçalanan və parçalanmayan);

v  Çirklənmənin yayıldığı mühitin keyfiyyətinə və növünə görə (atmosfer, hidrosfer, litosfer və s.);

Real şəraitdə insan və ekoloji sistemlər ayrı-ayrı çirkləndirıcilərin deyil, onların kombinasiyasının (fiziki, kimyəvi və bioloji) təsirinə məruz qalırlar.

Son 100 ildə sənaye inkişafı nəticəsindəatmosferdəkarbon qazının konsentrasiyası 12-15%, toza bulanması 10-20% artmış, Yerin işıqlanması 7-10% azalmışdır.

AZƏRBAJCANIN MÖVCUD EKOLOJİ PROBLEMLƏRİ

Ötən illər ərzində elm və texnikanın yüksək inkişafı ilə əlaqədar ölkənin təbii sərvətlərindən intensiv istifadə edilməsi nəticəsində respublikamızın ümumi ekoloji durumunu mövcud gərgin vəziyyətə gətirib çıxartmışdır.

1. Su  hövzələrinin ardıcıl sürətdə çirklənməsi.
2. Torpaqların güclü erroziyaya, deflyasiyaya, şorlaşmaya, texnogen çirklənməyə və dağılmaya,  subasmaya, bataqlaşmaya məruz qalması.
3. Nəzarətsiz istifadə nəticəsində torpaqların tənəzzülə uğraması, gübrələrin və eləcə də müxtəlif tərkibli kimyəvi pereparatların geniş tətbiqi.
4. Qrunt sularında toksik maddələrin toplanması təhlükəsi.
5. İri şəhərlərin güclü inkişafı.
6. Atmosfer havasının tullantılarla, zəhərli qazlarla çirklənməsi. Sənaye mərkəzlərində atmosfer havasına zərərli qazların yol verilən normadan artıq atılması.
7. İri şəhərlərdə atmosfer havasının avtomobil qazları ilə çirklənməsi.
8. Neft qaz hasilatı ilə bağlı Xəzər dənizinin çirklənməyə məruz qalması.
9. Xəzər dənizinin səviyyəsinin dəyişməsi və suyunun çirklənməsi nəticəsində fauna və florasına  vurulan ziyanlar;
10. İçməli su hövzələrinin o cümlədən Kür çayının suyunun dünya standartlarından qat-qat artıq dərəcədə çirklənməs, iqlim dəyişmələri nəticəsində çayım sululuğunun artması çayın daşması və ətraf mühit və insanlar üçün təhlükə yaratması.
11. Yeraltı sularda toksik maddələrin toplanması.
12. Ölkə əhalisinin (xüsusən Aran rayonlarının) ekoloji təmiz su ilə təmin olunması.
13. Ermənistan tərəfindən Azərbaycan Respublikasının təbiətinə və əhalisinə vurulan ziyan.
14. Su hövzələrinin, o cümlədən Xəzər dənizinin məişət və sənaye sularının tullantıları ilə çirkləndirilməsi;
15.  Məişət və sənaye tullantılarının iri sənaye və yaşayış məntəqələrində mütəmadi şəkildə yığışdırılmaması və tələb olunan müvafiq qaydada yerləşdirilməməsi.
16. Məişət tullantılarının çeşidlənməsi, utilizə edilməsi və təkrar emalının təşkili məqsədilə mütərəqqi təcrübədən istifadə olunması.
17. Tullantılardan bioqazın alınması üçün müvafiq üsulların tətbiq edilməsi.
18. Enerji alınması, eləcə də kompost alınması məqsədi ilə tullantılardan səmərəli istifadə  və  s.
19. Keçid dövrünün iqtisadi problemləri, hərbi münaqişə, qaçqın və köçkünlərin təbiətə, o cümlədən meşələrə artmış təzyiqləri nəticəsində meşələrin həm sahəsinin azalması, həm də inkişafı özünü bərpa etmək xassəsi onların məşğul olduqları heyvandarlıq nəticəsində dayanması və meşələrin keyfiyyətinin aşağı düşməsi.
20. Meşə ərazilərində yerləşən yaşayış məntəqələrində yaşayan əhalinin məşğulluq probleminin həlli və təbii meşə ehtiyatları ilə əlaqədar olmayan məşğulluq sahələrinin yaradılması;
21. Nadir və kökü kəsilməkdə olan bitki və heyvan növlərinin genefondunun qorunmasının təmin edilməsi və onların xüsusi qorunan təbii ərazilərdə, botanika bağlarında, zooloji parklarda saxlanılması üçün şəraitin yaradılması.
22. Bioloji müxtəlifliyin əhəmiyyətli komponentlərinin müəyyənləşdirilməsi və onların qorunması üçün əlavə tədbirlərin hazırlanması və həyata keçirilməsi.
23. Səhralaşma prosesinin təsirinə məruz qalmış torpaqların inventarlaşdırılması.
24. Səhralaşmaya qarşı mübarizə üzrə milli fəaliyyət planının hazırlanması və həyata keçirilməsi.

 

25. Səhralaşmaya qarşı mübarizə işlərinin effektivliyinin yüksəldilməsi məqsədilə proqnozlaşdırma və əhalinin məlumatlandırılması sisteminin yaradılması.

 

26. Qlobal ekoloji problemlərin qarşılıqlı mənfi təsirinin qiymətləndirilməsi və müvafiq əks tədbirlərin həyata keçirilməsi.
27. Meşəsiz ərazilərdə meşə zolaqları və yaşıllıqların yaradılması.

 

28. Meşələrin müxtəlif xəstəliklərdən və zərərvericilərdən qorunması üçün müvafiq tədbirlərin mütəmadi olaraq vaxtında həyata keçirilməsi.